Icma.az
close
up
RU
Kamaləddin Qafarov: “1993 cü il 3 oktyabr seçkiləri milli qurtuluşa aparan yolun başlanğıcıdır”

Kamaləddin Qafarov: “1993 cü il 3 oktyabr seçkiləri milli qurtuluşa aparan yolun başlanğıcıdır”

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

“Azərbaycanın müasir tarixində 3 oktyabr 1993-cü il seçkiləri xüsusi əhəmiyyətə malikdir. Bu gün biz tam əminliklə deyə bilərik ki, həmin gün keçirilmiş prezident seçkiləri milli qurtuluşa gedən yolun başlanğıcı oldu. Çünki həmin seçkilərdə xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Azərbaycan Respublikasının Prezidenti seçilən Ümummilli Lider Heydər Əliyev ölkəmizi böyük fəlakətlərdən, parçalanma təhlükəsindən xilas etdi.”

Yenisabah.az xəbər verir ki, Milli Məclisin deputatı Kamaləddin Qafarov bu fikri mətbuata verdiyi açıqlamasında səsləndirib. pizza sifarişi

Onun sözlərinə görə, müstəqilliyin ilk illəri Azərbaycan üçün çox ağır və çətin bir dövr idi: “1991-1993-cü illər hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə ilə yadda qaldı. O dövrün iqtidarı dövlətin qarşısında dayanan problemləri həll edə bilmirdi. Hadisələri düzgün qiymətləndirmək, çıxış yolları tapmaq əvəzinə, ziddiyyətli qərarlar qəbul olunur, ölkə getdikcə böhrana sürüklənirdi. Xalq artıq anlayırdı ki, yeganə çıxış yolu Heydər Əliyevin ölkə rəhbərliyinə gəlməsidir.”

K.Qafarov qeyd edib ki, əgər xalqın səsinə vaxtında qulaq asılsaydı, Azərbaycanda bir çox böyük faciələr yaşanmazdı: “Əgər 1990-cı illərin əvvəllərində sağlam düşüncəyə üstünlük verilib Heydər Əliyev hakimiyyətə gətirilsəydi, 20 Yanvar, Xocalı faciələri baş verməz, Laçın və Şuşa xəyanətin qurbanı olmazdı. Dövlət müstəqilliyimiz bu qədər ağrılı və əzablı yollardan keçməzdi. Təəssüf ki, tarixə qara hərflərlə yazılmış bu hadisələr milli yaddaşımızda ağır izlər buraxdı. Lakin xalqımızın iradəsi nəticəsində nəhayət, 1993-cü ilin iyununda Ümummilli Lider Heydər Əliyev Bakıya dəvət edildi və oktyabrın 3-də keçirilən seçkilərdə müstəqil Azərbaycanın Prezidenti oldu.”

Kamaləddin Qafarov həmçinin xatırladıb ki, o dövrdə ölkə vətəndaş müharibəsi həddinə gəlmişdi: “Bakıdakı hakimiyyət savaşı nəticəsində dövlət idarəçiliyi iflic vəziyyətə düşmüşdü. Belə bir zamanda həyatını təhlükəyə atan Ulu Öndər dərhal Gəncəyə getdi, qiyamın qarşısını aldı və vətəndaş qarşıdurmasını önlədi. Bu addım onun xilaskarlıq missiyasının təntənəsi idi. Ulu Öndər Heydər Əliyev 1993-cü il oktyabrın 10-da xalqa sədaqət andı içdi və bu andına ömrünün sonuna qədər sadiq qaldı. Ümummilli liderin rəhbərliyi ilə müstəqil Azərbaycanın hüquqi, siyasi və iqtisadi suverenliyi təmin olundu. Dövlətçiliyin əsasları möhkəmləndi, ordu quruculuğuna start verildi, milli maraqların qorunması prioritet elan edildi. Ən əsası, xalq öz gələcəyinə inam qazandı. Beləliklə, 3 oktyabr 1993-cü il seçkiləri Azərbaycanın parçalanmaq təhlükəsindən qurtuluşu, müstəqilliyimizin möhkəmləndirilməsi və gələcək inkişaf yolunun başlanğıcı oldu. Heydər Əliyev əsil Ümumilli Lider kimi öz üzərinə götürdüyü xilaskarlıq missiyasını yüksək səviyyədə yerinə yetirdi. Ulu Öndərimizin dövlətə sədaqətli xidmət nümunəsi Azərbaycan xalqının yaddaşında əbədi qalacaqdır”.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 03 Oktyabr 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see214

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see173

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see170

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see158

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see147

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see139

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see138

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see135

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see132

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see128

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri