Icma.az
close
up
RU
15 İyun Azərbaycanın qurtuluş və inkişaf yolunun başlanğıcı kimi dəyərləndirilib

15 İyun Azərbaycanın qurtuluş və inkişaf yolunun başlanğıcı kimi dəyərləndirilib

Icma.az bildirir, Azxeber.com portalına istinadən.

İyunun 12-də Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində "15 İyun-Milli Qurtuluş günü” münasibətilə Mingəçevir şəhər İcra Hakimiyyəti, YAP Şəhər Təşkilatı və Mingəçevir Dövlət Universitetinin birgə hazırladığı "Ulu öndər Heydər Əliyev Milli Qurtuluşumuzun müəllifidir” mövzusunda konfrans keçirilib.

Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək ehtiramlarını ifadə ediblər. Mərkəzin foyesində Heydər Əliyevin fəaliyyətini əks etdirən sərgiyə baxış keçirilib. Dövlət müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olanların və Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükütla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. "Ulu öndər Heydər Əliyev milli qurtuluşumuzun müəllifidir” mövzusunda film nümayiş etdirilib.

Şəhər rəsmilərinin, ictimiayyət nümayəndələrinin işrtirak etdiyi konfransda Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov "15 iyun 1993-cü il Azərbaycan xalqı və dövlətçiliyi üçün qurtuluş tarixinin başlanğıcıdır” mövzusunda geniş məruzə ilə çıxış edib. Qeyd edib ki, 15 iyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının dövlətçilik tarixində mühüm əhəmiyyətə malikdir. Ölkə Prezidenti cənab İlham Əliyev bu barədə demişdir: "Qurtuluş günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”. Ötən əsrin sonlarında yenidən müstəqillik qazanan Azərbaycan müstəqilliyini itirmək təhlükəsində idi, ölkədaxili xaos və anarxiya son həddə çatırdı. AXC-Müsavat hakimiyyəti ölkəni idarə edə bilmirdi.

Ümummilli Lider Heydər Əliyev həmin dövrü belə xarakterizə edirdi: "Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr gücli idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərəmalik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra xalq özü hakimiyyətdən saldı”.

Məruzəçi bildirib ki, ictimai-siyasi şərait, xaos, anarxiya xalqı bu vəziyyətdən xilas etməyə qadir olan lider zərurəti yaradırdı. Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə iyunun 9-da Naxçıvandan Bakıya qayıtdı, iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi və xalqın qurtuluş missiyasını öz üzərinə götürdü, bununla da daxili və xarici düşmənlərimizin bütün planlarını iflasa uğratdı. Milli Məclisin 1993-cü il uyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Beləliklə 15 iyun Azərbaycan tarixinə Milli Qurtuluş günü kimi daxil oldu.

Qısa müddətdə həyata keçirilən səriştəli siyasətlə ümummilli liderimiz Azərbaycanı məhv olmaqdan, xalqı isə düçar olduğu bəlalardan xilas etdi, tariximizin yeni mərhələsini – quruculuq, inkişaf və yüksəliş dövrünün əsasını qoydu, dövlətçilik tariximizin şanlı səhifəsini yazdı. Heydər Əliyevin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Dövlətimizin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması, qurtuluş demək idi. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun- Milli Qurtuluş gününü hər il yüksək əhval-ruhiyə ilə qeyd edir.

Azərbaycan böyük inkişaf yolu keçib. Azərbaycanın gələcəyi daha işıqlı və firavan görünür. Müstəqil Azərbaycanın idarəçilik sükanı Ulu Öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir. Əminik ki, bu uğurlar davamlı olacaq, biz müstəqil dövlətimizin yeni-yeni zəfərlərini və qələbələrini görəcəyik. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 gün davam edən müharibədə 30 ilə yaxın işğal altında olan torpaqlarımız şanlı ordumuzun qalibiyyəti ilə azad olundu, sərhədlərimiz bərpa edildi. 2023-cü ilin 19-20 sentyabrında antiterror əməliyyatlarından sonra suverenliyimiz tam bərpa olundu. Bu gün azad olunmuş ərazilərimizdə bərpa işləri sürətlə aparılır, ərazilərimizə böyük qayıdış başlanmışdır.

Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycanı dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu artan dövlətinə çevrilib, iqtisadi uğurlara imza atılıb. Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması, ölkəmizə etibar olunan beynəlxalq, mədəni tədbirlər və idman yarışları, humanitar forumlar, Türk dövlətləri təşkilatının, İslam əməkdaşlıq təşkilatının, Qoşulmama hərəkatının Bakı şəhərində keçirilən tədbirləri, cənab İlham Əliyevin dünya dövlətlərinin rəhbərləri ilə görüşləri dövlətimizin başçısının beynəlxalq aləmdə nüfuzunun göstəricisidir.

"Şəhərsalma və Memarliq ili” çərçivəsində genişmiqyaslı tədbirlərdən danışan İlham İsmayılov 17-22 may tarixlərində Beynəlxalq Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakıda keçirilməsini Azərbaycanın Beynəlxalq əlaqələrinin inkişafı, ölkəmizin qlobal miqyasda nüfuzunun möhkəmlənməsi və yeni əməkdaşlıq platformalarının formalaşması baxımından əhəmiyyətli olduğunu vurğuladı. Xalqımız əmindir ki, Heydər Əliyev ideyalarını davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan yeni yüksəkliklər fəth edəcək.

Konfransda YAP Mingəçevir şəhər Təşkilatının sədri Bəxtiyar Mustafayev "15 iyun-Milli Qurtuluş günü müasir dövlətçilik tariximizin ən parlaq səhifəsidir”, Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov ”Milli Qurtuluş günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir”, Qərbi Azərbaycan İcmasının Mingəçevir şəhər Nümayəndəliyinin sədri Mayıl İsmayılov "Ulu öndər Heydər Əliyev Milli inkişaf strategiyamızın yaradıcısıdır”, Mingəçevir şəhər Ruhi Əsəb Xəstəlikləri Dispanserinin baş həkimi Şəmsinur Hüseynova "Ölkə prezidenti İlham Əliyevin müasir zəfərləri əsası Ulu öndər tərəfindən qoyulan siyasi kursun uğurlu davamıdır” mövzularında məruzələrlə çıxış ediblər.

Tədbir Qurtuluş günü münasibəti ilə hazırlanmış kompozisiyanın təqdimatı ilə davam edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 13 İyun 2026 19:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see361

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see317

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see288

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see277

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see273

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see264

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see252

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see250

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see236

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see234

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see230

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see229

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see224

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see218

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see216

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see214

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see202

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see195

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see193

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri