Icma.az
close
up
RU
15 iyun milli birlik, dövlətçilik və qurtuluş salnaməsidir

15 iyun milli birlik, dövlətçilik və qurtuluş salnaməsidir

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın müasir dövlətçilik tarixində 15 İyun Milli Qurtuluş Günü xüsusi siyasi və tarixi əhəmiyyətə malikdir. Bu gün təkcə hakimiyyət dəyişikliyi və ya siyasi hadisə kimi deyil, Azərbaycan dövlətinin müstəqilliyini qoruyub saxlaması, parçalanmaq təhlükəsindən xilas olması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından taleyüklü mərhələ kimi qiymətləndirilir. Məhz 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycanı dərin böhrandan çıxararaq sabitlik, inkişaf və dövlət quruculuğu mərhələsinə gətirib çıxardı.

1987-ci ilin oktyabrında Ulu Öndər Heydər Əliyevin SSRİ rəhbərliyindəki yüksək vəzifələrdən istefa verməsindən qısa müddət sonra erməni millətçiləri və onları dəstəkləyən dairələr Dağlıq Qarabağ məsələsini gündəmə gətirdilər. Bununla da Azərbaycanın sonrakı illərdə üzləşdiyi faciələrin, ərazi iddialarının və separatçılıq meyllərinin əsası qoyuldu.

1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan son dərəcə mürəkkəb daxili və xarici siyasi şəraitdə fəaliyyət göstərirdi. Müstəqilliyin ilk illərində ölkədə idarəetmə böhranı, siyasi qeyri-sabitlik, iqtisadi tənəzzül, qanunsuz silahlı dəstələrin fəaliyyəti və Ermənistanın hərbi təcavüzü dövlətçiliyi ciddi təhlükə ilə üz-üzə qoymuşdu. AXC-Müsavat hakimiyyəti dövründə baş verən siyasi qarşıdurmalar, hakimiyyət daxilində qruplaşmaların yaranması, dövlət institutlarının zəifləməsi və cəbhədə uğursuzluqlar ölkədə dərin böhran yaratmışdı.

1993-cü ilin yaz-yay aylarında vəziyyət daha da ağırlaşdı. Kəlbəcərin işğalı, Gəncə hadisələri, müxtəlif bölgələrdə separatçı meyllərin güclənməsi və vətəndaş qarşıdurması təhlükəsi Azərbaycanı faktiki olaraq dövlət müstəqilliyini itirmək həddinə gətirib çıxarmışdı. Belə bir şəraitdə Azərbaycan cəmiyyətində ölkəni bu böhrandan çıxara biləcək siyasi liderə ehtiyac yaranmışdı. Xalqın böyük əksəriyyəti öz ümidini Naxçıvanda fəaliyyət göstərən Heydər Əliyevə bağlayırdı. Onun zəngin dövlət idarəçilik təcrübəsi, siyasi nüfuzu və milli maraqlara əsaslanan mövqeyi Azərbaycanın xilası üçün yeganə real çıxış yolu kimi qəbul edilirdi.

1993-cü il iyunun 9-da Ümummilli Lider Heydər Əliyev xalqın və dövlət rəhbərliyinin təkidli çağırışlarını qəbul edərək Bakıya gəldi. Bu qayıdış ölkənin taleyində həlledici dönüş nöqtəsinə çevrildi. İyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi isə tarixə Milli Qurtuluş Günü kimi daxil oldu. Məhz həmin gündən etibarən dövlət idarəçiliyində sabitliyin bərpası, vətəndaş qarşıdurmasının qarşısının alınması və milli dövlətçilik institutlarının möhkəmləndirilməsi istiqamətində sistemli fəaliyyət başlandı.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə ən vacib vəzifə dövlətçiliyin qorunması idi. Ulu Öndərin siyasi uzaqgörənliyi və qətiyyəti sayəsində qısa müddət ərzində ölkədə ictimai-siyasi sabitlik təmin edildi, qanunsuz silahlı birləşmələrin fəaliyyəti məhdudlaşdırıldı, dövlət çevrilişi cəhdlərinin qarşısı alındı. Onun rəhbərliyi ilə dövlət idarəetmə sistemi yenidən quruldu, hüquqi dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı.

1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi, parlament seçkilərinin keçirilməsi və demokratik institutların formalaşdırılması ölkənin gələcək inkişafının hüquqi əsaslarını yaratdı. Eyni zamanda, Ermənistan-Azərbaycan münaqişəsinin hərbi mərhələsinin dayandırılması məqsədilə 1994-cü ildə atəşkəs əldə olundu. Bu addım dövlət quruculuğu və iqtisadi inkişaf üçün zəruri sabitlik mühitinin formalaşmasına imkan verdi.

Milli Qurtuluşdan sonra Azərbaycanın inkişaf strategiyasının əsas istiqamətlərindən biri iqtisadiyyatın bərpası oldu. 1994-cü ildə imzalanmış və “Əsrin müqaviləsi” kimi tarixə düşmüş neft sazişi ölkənin iqtisadi müstəqilliyini gücləndirdi, xarici investisiyaların cəlb olunmasına və Azərbaycanın beynəlxalq enerji xəritəsində mühüm yer tutmasına şərait yaratdı.

Ümummilli Lider Heydər Əliyevin balanslaşdırılmış xarici siyasəti nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanındı. Ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndi, beynəlxalq təşkilatlarla əməkdaşlıq genişləndi və Azərbaycanın milli maraqlarına əsaslanan müstəqil xarici siyasət kursu formalaşdırıldı.

Bu gün Azərbaycanın əldə etdiyi uğurların əsasında 1993-cü ildən başlanan dövlət quruculuğu siyasəti dayanır. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası nəticəsində ölkədə güclü dövlət institutları formalaşdı, iqtisadi inkişaf təmin edildi, ordu quruculuğu sahəsində mühüm nailiyyətlər əldə olundu. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həmin siyasi kurs müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirilərək yeni mərhələyə yüksəldildi.

Azərbaycanın iqtisadi, siyasi və hərbi gücünün artması nəticəsində ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər, 2023-cü ildə ölkənin bütün ərazisində suverenliyin tam təmin olunması Ulu Öndərin əsasını qoyduğu dövlətçilik strategiyasının uğurlu nəticəsi kimi qiymətləndirilir. Prezident İlham Əliyevin ifadə etdiyi kimi, bu Zəfər həm də ata vəsiyyətinin yerinə yetirilməsi, Azərbaycan xalqının tarixi ədalətinin bərpası idi.

15 İyun Milli Qurtuluş Günü Azərbaycan tarixində dövlət müstəqilliyinin qorunması, milli birliyin təmin olunması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Bu gün Azərbaycan xalqının öz taleyini müəyyən etdiyi, dövlətçiliyin xilası naminə doğru siyasi seçim etdiyi tarixi dönüş nöqtəsidir. Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi sabitliyinin, iqtisadi inkişafının, beynəlxalq nüfuzunun və tarixi Zəfərinin təməlində dayanan hadisə kimi xalqımızın yaddaşında yaşayır.

Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində qorunub saxlanılan Azərbaycan dövləti bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə yeni uğurlara imza atır, regionun aparıcı güc mərkəzlərindən biri kimi mövqeyini daha da möhkəmləndirir. Bu mənada 15 İyun təkcə keçmişin deyil, həm də müasir Azərbaycanın və gələcək inkişafının ideoloji-siyasi dayaqlarından biri olaraq tariximizdə əbədi yaşayacaqdır.

Mehriban Vəliyeva
Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 İyun 2026 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see283

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see267

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see230

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see213

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see209

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see207

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see200

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see200

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see189

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see183

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see182

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see181

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see177

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see177

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see176

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see176

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see174

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see173

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri