Icma.az
close
up
RU
15 iyun: Milli dövlətçilik konsepsiyasına aparan yol

15 iyun: Milli dövlətçilik konsepsiyasına aparan yol

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

15 iyun Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur.

"Cebheinfo.az" xəbər verir ki, bu, artıq uzun illər işğal altında olan Azərbaycan torpaqlarının əsarətdən qurtulduqdan sonra qeyd olunan altıncı Milli Qurtuluş Günüdür.

Məhz 33 il əvvəl hakimiyyətə qayıdaraq Azərbaycan xalqını, dövlətini və millətini parçalanmadan xilas edən Ulu Öndər Heydər Əliyevin hazırda Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasəti nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunub.

Ata vəsiyyətini layiqincə yerinə yetirən Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin işğal altında saxladığı əzəli və əbədi torpaqlarımızı azad edib.

Bununla da Azərbaycan dövləti Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə BMT-nin qətnamələrini döyüş meydanında təkbaşına icra edib. Beləliklə, 30 ilə yaxın müddət ərzində düşmənin zəbt etdiyi Azərbaycan torpaqları işğaldan qurtulub.

Düz 33 il əvvəl - Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan edib və bu gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub, Azərbaycan dövlətçiliyi yox olmaq təhlükəsindən qurtulub.

Həmin gün Azərbaycan xalqının tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev Ali Sovetin sədri seçilib. Bununla da uzun illər davam edən gərginlik və qarşıdurma səngiyib və ölkə vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas olub. 

Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin edir.

Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ suverenliyi qoruyub inkişaf etdirmək idi və bu Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. O, Milli Azərbaycan dövlətçiliyi konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq, ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu.

Heydər Əliyev 1993-cü il iyunun 20-də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün yerli və xarici jurnalistlər üçün brifinq keçirib, iyunun 21-də isə bir sıra ölkələrin diplomatları ilə görüşüb. Bu sahədə yürüdülən siyasət respublikanı informasiya blokadasından çıxartdı.

Dünyada Azərbaycanla bağlı formalaşan fikri müsbət yöndə dəyişdi. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi.

Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti və xarizması siyasi böhrana son qoydu və Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı.

1997-ci ildə Milli Məclisin deputatları 15 iyun tarixinin təqvimə Azərbaycan Respublikasının Milli Qurtuluş Günü kimi salınması təklifi ilə çıxış ediblər və parlament bu təklifi bəyənib. Həmin vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş Günü kimi qeyd edilir.

"Cebheinfo.az"

Açar sözlər: 15 iyun Heydər Əliyev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 İyun 2026 09:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see727

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see331

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see296

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see293

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see271

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see268

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see248

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see232

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see231

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see228

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see212

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see206

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see200

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see194

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see193

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see185

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri