Icma.az
close
up
RU
15 iyun müstəqilliyimizin və azadlığımızın başladığı gündür

15 iyun müstəqilliyimizin və azadlığımızın başladığı gündür

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Milli müstəqillik, müstəqil dövlət, azad cəmiyyət bəşər tarixi boyu xalqların, millətlərin ən çox arzusunda olduqları siyasi, hüquqi və mənəvi tələbatları arasında əsas yer tutub. Çünki müstəqil olmayan bir xalq və millət daima öz mövcudluğunu sürdürə bilməz. Milli müstəqilliyini əldən vermiş millətlər zaman-zaman başqa xalqların və millətlərin içində assimilyasiyaya uğrayır və tarixdən silinmək məcburiyyətində qalırlar. Hər xalqın, millətin milli və dövlət müstəqilliyinin əldə edilməsində mühüm tarixi missiyaya malik olan dahi şəxsiyyətləri var. O şəxsiyyətlər tarixin ən vacib məqamında xalqın arasından çıxır və həmin xalqın tarixinə öz damğalarını vuraraq tarix yaradan şəxsiyyətlərə, xilaskara və yaddaşlarda əbədi yaşayacaq liderlərə çevrilirlər. Öz xalqına milli müstəqillik nemətini daddıra bilən həmin dahilər heç zaman unudulmur. Azərbaycan xalqı da öz tarix yaddaşına xilaskar lider həkk etmiş xalqlardan biridir. Bu lider Azərbaycanı, XX əsrin 90-cı illərinin əvvəllərində Sovet imperiyasının dağıldığı bir vaxtda, dünyada müxtəlif siyasi dəyişikliklərin baş verdiyi illərdə parçalanmaqdan, bir millət kimi məhv olmaqdan, qırğınlarla əldə etdiyi müstəqilliyini itirməkdən xilas etmiş Ulu Öndər Heydər Əliyevdir.

Heydər Əliyev xalqını dövrün mürəkkəb tarixi- siyasi sınaqlarından uğurla çıxarmış və durmadan mübarizə apararaq Azərbaycanın müstəqilliyini qoruyub saxlamağı bacarmış bir şəxsiyyətdir.Azərbaycan xalqı XXI-ci əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı inkişaf yolunda iri addımlarla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin böyük zəhmətinin təntənəsidir.

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr bütövlükdə xalqın azadlıq, müstəqillik arzularının gerçəkləşməsinə real hüquqi, siyasi və iqtisadi əsasların yaradılması, bu möhkəm baza üzərində qazanılmış dövlət müstəqilliyinin möhkəmləndirilməsi, xalqın təbii konstitusion hüquqlarına sahib çıxması, milli-mənəvi yüksəlişə nail olması, fərdin özünü vətəndaş kimi dərk etməsi kimi iftixar doğuran şanlı epoxanı əhatə edir. Ümummilli liderin Azərbaycan qarşısındakı əvəzsiz tarixi xidmətlərinin ən qabarıq siyasi təzahürü isə onun dayanıqlı milli dövlət qurması, onu möhkəmləndirməsidir. Hələ 1991-ci il 18 oktyabr tarixində ulu öndər Heydər Əliyevin də imza atdığı “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” dövlətimizi rəsmi olaraq 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Demokratik Respublikasının varisi və müstəqil respublika elan etdi.

Ancaq müstəqilliyimizin ilk illərində – 1991-ci ildən 1993-cü ilin iyununa qədərki mərhələdə respublikada mövcud olmuş fəlakət və sarsıntılar, ağır sosial-iqtisadi böhran, hərc-mərclik, anarxiya təsdiqlədi ki, dövlət müstəqilliyinin qorunub saxlanılması onun qazanılmasından qat-qat çətindir. 1991-1993-cü illərdə respublikamız de-yure müstəqil sayılsa da, əslində, bu müstəqillik formal xarakter daşımış, xalqımız ədalətli və sivil dövlətdə yaşamaq arzusunu tam mənada gerçəkləşdirə bilməmiş, hələdə böyük xarici qüvvələrin təsiri altında onların oyun meydanına çevrilmişdir. Həmin illərdə Azərbaycanda hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı, daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermiş, qanunçuluğun və hüquq qaydalarının təmini, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun, ən nəhayət, ictimai asayişin qorunması sahəsində əsaslı problemlər yaratmışdı. O zaman hakimiyyətdə olan qüvvələrin səriştəsiz və yarıtmaz fəaliyyəti nəticəsində hüquq-mühafizə orqanlarının üzərinə düşən qanuni vəzifələri həyata keçirə bilməməsi ictimai həyatın müxtəlif sahələrində hərc-mərcliyin baş alıb getməsinə, daxildə qeyri-sabit və təhlükəli vəziyyətə səbəb olmuşdu. Sözsüz ki, belə hallar Azərbaycanın yenicə nail olduğu dövlət müstəqilliyinə ciddi təhlükə olmaqla yanaşı, silahlı vətəndaş müharibəsinə, Azərbaycanın ayrı-ayrı bölgələrə parçalanmasına zəmin yaratmışdı. Azərbaycan faktiki olaraq dövlət müstəqilliyini itirmək ərəfəsində, xalq isə vətəndaş müharibəsinin astanasında idi. Belə bir mürəkkəb şəraitdə xalqın səsinə səs verərək 1993-cü ilin 15 iyununda hakimiyyətə qayıdan Heydər Əliyev respublikanı milli müstəqilliyin itirilməsi təhlükəsindən qurtarmış, çağdaş tariximizə dövlətçiliyin xilaskarı, qurucusu kimi daxil olmuşdu. Böyük strateqin rəhbərliyi altında hakimiyyət boşluğu qısa müddətdə aradan qaldırıldı, respublikanın müxtəlif bölgələrində dövlətçiliyə qəsdlər təşkil edən cinayətkar ünsürlər xalqın dəstəyi ilə zərərsizləşdirildi, vətəndaş sülhü və həmrəyliyinin təmini istiqamətində ciddi addımlar atıldı. Ulu öndərin bu mərhələdə Azərbaycan üçün ən böyük xidməti isə onun de-fakto müstəqil dövlət qurması, dövlətçilik sütunlarını möhkəmləndirməsi, tarixi ənənə və müasirlik əsasında milli inkişaf konsepsiyasını müəyyənləşdirməsi oldu. Bütün bunlar Azərbaycanda ardıcıl və sistemli olaraq hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinə başlamaq imkanı yaratdı. Ölkədə ictimai-siyasi sabitliyin tam bərqərar olması, hüquq qaydalarının möhkəmləndirilməsi, dövlət çevrilişləri cəhdlərinin qarşısının xalqın dəstəyi ilə qətiyyətlə alınması ulu öndər Heydər Əliyevə dövlət quruculuğu istiqamətində praktik addımlar atmağa və istədiyi tam müstəqil və azad Azərbaycan qurmağa imkan verdi.

Öz zamanının ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Ulu öndər Heydər Əliyev Azərbaycanın müasir simasının, millətimizin zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynadı. Ermənistan- Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Heydər Əliyevin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilmişdi. Lakin nə bədnam qonşu nə də beynəlxalq aləm bu məsələnin ədalətli həllinə zamanında maraq göstərməmiş hətta, məsələnin dondurulmuş vəziyyətdə qalmasının tərəfdarı olmuşdular. Lakin tarixi və ilahi ədalət öz yerini nəhayət ki tapdı. Heydər Əliyevin qurub yaratdığı və etibarlı əllərə ötürdüyü Azərbaycan dövləti və Azərbaycan xalqı ədaləti öz lideri cənab prezident İlham Əliyevin və öz ordusunun hesabına bərpa etdi. Ulu öndərin müəllifi olduğu güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa, ərazi bütövlüyünü bərpa etməyə qadir olduğunu 2020-ci il sentyabrı 27-də başlamış və cəmi 44 gün davam etmiş Vətən müharibəsində və 2023-cü ilin 20 sentyabrında cəmi bir gün ərzində həyata keçirdiyi antiterror əməliyyatında şanlı zəfər qazanmaqla sübuta yetirmişdir. Bir sözlə, daima Azərbaycan üçün yanıb alışan, onun üçün ailəsini belə qurban verməyə hazır olan, hər zaman azərbaycanlı olması ilə fəxr edən Heydər Əliyev bunu sözdə yox əməli ilə də sübut etmişdir. 1993-cü ilin 15 iyununda yenidən hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanı tam müstəqil, azad, dünya dövlətləri arasında söz sahibi olan, sürətlə inkişaf edən dövlətə çevirdi.

Şahmar Həsənov,

Azərbaycan Texnologiya Universiteti sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 İyun 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see654

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see253

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see252

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see241

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see210

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see199

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see178

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see175

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see167

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see159

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see150

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see149

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see146

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri