Icma.az
close
up
RU
15 İyun yalnız tarix deyil, qurtuluş rəmzidir

15 İyun yalnız tarix deyil, qurtuluş rəmzidir

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 12 iyun, AZƏRTAC

İyunun 12-də Elm və Təhsil Nazirliyi Polimer Materialları İnstitutunda Elmi şuranın Milli Qurtuluş Gününə həsr olunan iclası keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Bəxtiyar Məmmədov çıxışında Milli Qurtuluş Gününün xalqımız üçün dövlətçiliyimizin qorunmasının, müstəqilliyimizin xilasının və müasir Azərbaycanın inkişaf yolunun əsasının qoyulmasını təcəssüm etdirən taleyüklü bir gün olduğunu bildirib.

Sonra Ümummilli Lider Heydər Əliyevin və müstəqillik yolunda canından keçən bütün şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Beynəlxalq əlaqələr və qrant layihələri şöbəsinin müdiri Esmira İmanovanın çıxışı dinlənilib. O, ötən əsrdə ölkəmizin iki dəfə dövlət müstəqilliyini elan etdiyini deyib. Bildirilib ki, 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti müstəqil dövlət kimi cəmi 23 ay fəaliyyət göstərib. 1991-ci il oktyabrın 18-də isə Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunub. Müstəqillik haqqında Konstitusiya Aktı Azərbaycana sözün həqiqi mənasında müstəqillik gətirmədi. 1993-cü ilin əvvəllərindən Azərbaycanın ayrı-ayrı bölgələrində parçalanma meyilləri baş qaldırmağa başladı. Belə bir vaxtda Heydər Əliyev xalqın təkidli tələbi ilə ölkə rəhbərliyi tərəfindən Bakıya dəvət edildi. Azərbaycanın həqiqi müstəqillik tarixi Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəldiyi tarixlə hesablanır. Bu gün Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

15 İyun – yalnız tarix deyil, qurtuluş rəmzidir. Bu günü qeyd etməklə həm keçmişə hörmətimizi bildirir, həm də gələcək nəsillərə güclü, sabit və müstəqil Azərbaycan ideyasını aşılayırıq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:59
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 İyun 2026 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see264

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see176

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see174

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see170

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see170

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see169

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see168

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see166

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see166

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see165

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see165

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see164

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see164

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see164

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see162

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see162

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see161

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see159

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see157

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri