15 iyunda Super Ay olacaq
Icma.az xəbər verir, Medicina saytına əsaslanaraq.
İyunun 15-də Super Təzə Ay (Super New Moon) müşahidə olunacaq. Bu hadisə Ayın həm Təzə Ay fazasında olması, həm də Yerə minimum məsafəyə - perigey nöqtəsinə çox yaxın yerləşməsi ilə xarakterizə olunur.
Medicina.az xəbər verir ki, Ay iyunun 15-də Bakı vaxtı ilə saat 03:19-da perigey nöqtəsindən keçəcək, bu zaman onun Yerdən uzaqlığı 357 195 km olacaq.
Cəmi bir neçə saat sonra, saat 06:56-da peyk Təzə Ay fazasına daxil olacaq. Perigeylə Təzə Ay arasındakı zaman fərqi təxminən 3 saat 37 dəqiqə təşkil etdiyindən, bu hadisə astronomiyada Super Təzə Ay adlanır. İndiyədək qeydə alınan ən yaxın Super Təzə Ay hadisələrindən biri 2023-cü il yanvarın 22-də baş verib.
Bu zaman Ay Yerə təxminən 356 568 km məsafəyə qədər yaxınlaşıb.
Təzə Ay zamanı peyk Yerlə Günəş arasında yerləşir və onun işıqlanan tərəfi Yerə əks istiqamətdə olduğundan Ay səma üzərində görünmür. Buna baxmayaraq, bu faza astronomik baxımdan böyük əhəmiyyət daşıyır. Ayın görünməməsi gecə səmasını daha qaranlıq edir və zəif dərin səma obyektlərinin - qalaktikaların, ulduz topalarının və dumanlıqların müşahidəsi üçün əlverişli şərait yaradır.
medicina.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 05 İyun 2026 16:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















