Icma.az
close
up
RU
İyunun 15 də Super Təzə Ay hadisəsi baş verəcək

İyunun 15 də Super Təzə Ay hadisəsi baş verəcək

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İyunun 15-də Super Təzə Ay (Super New Moon) müşahidə olunacaq. Bu hadisə Ayın həm Təzə Ay fazasında olması, həm də Yerə minimum məsafəyə – perigey nöqtəsinə çox yaxın yerləşməsi ilə xarakterizə olunur.

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından “Yeni Sabah”a verilən məlumata görə, Ay iyunun 15-i Bakı vaxtı ilə saat 03:19-da perigey nöqtəsindən keçəcək, bu zaman onun Yerə qədər məsafəsi 357 195 km olacaq.

Cəmi bir neçə saat sonra, saat 06:56-da Ay Təzə Ay fazasına daxil olacaq. Perigey ilə Təzə Ay arasındakı zaman fərqi təxminən 3 saat 37 dəqiqə təşkil etdiyindən, bu hadisə astronomiyada Super Təzə Ay adlandırılır. İndiyədək qeydə alınan ən yaxın Super Təzə Ay hadisələrindən biri 22 yanvar 2023-cü ildə baş verib. Bu zaman Ay Yerə təxminən 356 568 km məsafəyə qədər yaxınlaşıb. pizza

Təzə Ay zamanı Ay Yer ilə Günəş arasında yerləşir və onun işıqlanan tərəfi Yerə əks istiqamətdə olduğundan Ay səma üzərində görünmür. Buna baxmayaraq, bu faza astronomik baxımdan böyük əhəmiyyət daşıyır. Ayın görünməməsi gecə səmasını daha qaranlıq edir və zəif dərin səma obyektlərinin – qalaktikaların, ulduz topalarının və dumanlıqların müşahidəsi üçün əlverişli şərait yaradır.

Ayın orbiti tam dairə deyil, ellips formasındadır. Buna görə Ayın Yerə qədər məsafəsi daim dəyişir. Perigey nöqtəsində Ay Yerə ən yaxın, apogey nöqtəsində isə ən uzaq mövqedə olur. Super Təzə Ay hadisəsi məhz Ayın perigey yaxınlığında Təzə Ay fazasına düşməsi nəticəsində baş verir. Bu hadisə zamanı Ay Yerə bir qədər yaxın yerləşsə də, görünmədiyi üçün bunu vizual olaraq müşahidə etmək mümkün deyil. Lakin Ayın və Günəşin cazibə qüvvələrinin birgə təsiri nəticəsində okeanlarda daha güclü qabarma-çəkilmə hadisələri baş verə bilər.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 05 İyun 2026 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see516

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see384

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see289

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see284

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see277

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see277

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see269

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see248

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see247

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see246

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see243

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see230

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see222

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see217

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see217

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see196

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see188

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see181

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see175

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri