Icma.az
close
up
RU
15 nəfər tibbi spirt içib ölübsə, sahibkar niyə həbs edilir?

15 nəfər tibbi spirt içib ölübsə, sahibkar niyə həbs edilir?

Icma.az, Axar.az saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, Sabunçuda 15 nəfərin texniki spirtdən zəhərlənərək öldüyü ehtimal edilir. Hadisənin “Starlyuks” markalı gigiyenik vasitənin qəbulu nəticəsində baş verdiyi bildirilir. Artıq Baş Prokurorluq cinayət işinin istintaqı çərçivəsində (CM-in 314.3-cü maddəsi - iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) “Starlyuks” markalı gigiyenik vasitənin istehsalçısı Səbuhi Xanhüseynovu həbs edib.

Axar.az xəbər verir ki, S.Xanhüseynovun həbsi bəzi müzakirələrə səbəb olub. Belə hesab edilir ki, sahibkar gigiyenik vasitə istehsal edib və onun qəbuluna görə baş verən ölümdən məsuliyyət daşıya bilməz.

Baş Prokurorluğun məlumatında qeyd edilir ki, tərkibi yoxlanılarkən, gigiyenik vasitənin (spirt) tərkibində insan həyatı və sağlamlığı üçün təhlükəli olan metil spirti aşkar edilib. Bu isə sual yaradır: gigiyenik vasitə kimi istifadə olunan texniki spirtin hazırlanmasında nələr olmalıdır?

Süni intellektdən aldığımız cavaba görə, apteklərdə satılan tibbi spirt əsasən etil spirti (etanol) və ya izopropil spirtindən (izopropanol) hazırlanır:

- Etil spirti (etanol, 70%-96%) – dezinfeksiya üçün istifadə olunur. İçməyə uyğun deyil, çünki yüksək konsentrasiyalıdır və tərkibində texniki qatqılar ola bilər.

- İzopropil spirti (izopropanol, 70%-99%) – güclü antiseptikdir, lakin içildikdə ciddi zəhərlənməyə səbəb olur.

Süni intellekt metil spirtinin (metanol) tibbi spirtə qatılmadığını təsdiqləyib:

“Çünki çox zəhərlidir və hətta az miqdarda içildikdə belə korluğa, sinir sisteminin zədələnməsinə və ölümlə nəticələnə bilər. Metanol daha çox sənaye spirti, antifriz, boya həllediciləri və s. istifadə olunur”.

Bununla belə, daha bir açıq sual qalır: əvvəla, texniki spirt ümumiyyətlə daxilə qəbul edilməməlidir. İkincisi, cavabdan da göründüyü kimi, izopropil spirti (izopropanol, 70%-99%) də içildikdə ciddi zəhərlənməyə səbəb olur. Başqa sözlə, gigiyenik vasitə kimi istifadəsi və istehsalına icazə verilən və metanol qatılmayan izopropil spirit də daxilə qəbul edildikdə ölümə səbəb ola bilər. Bu halda “Starlyuks” istehsalçısı metil spirtindən gigiyenik vasitədə istifadə etdiyi üçün niyə o, “səhlənkarlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olma” ilə məsuliyyətə cəlb olunur?

“Starlyuks” istehsalçısı ən pis halda istehsal qaydalarını pozmada ittiham olunmalı deyilmi? Çünki daxilə qəbul edilməyəcəyi halda “Starlyuks”un təhlükəli olduğu və ya gigiyenik vasitə kimi istifadə edildikdə dəriyə hər hansı təsiri haqda heç bir iddia yoxdur.

Hüquqşünas Səməd Vəkilov saytımıza açıqlamasında bildirib ki, Baş Prokurorluğun CM-nin sözügedən maddəsi ilə cinayət işi açması və istintaq çərçivəsində “Starlyuks” istehsalçısını həbs etməsi tamamilə qanunauyğundur:

“Çünki istehsalçı qadağan olunmuş spirtdən istifadə edib və nəticədə bu, kütləvi ölümə səbəb olub. CM-in 314.3-cü maddəsində səhlənkarlıqdan ölümə səbəb olma nəzərdə tutulur. Burada da qəsd yoxdur, ona görə də həbs qətimkan tədbirinin bu maddə ilə həyata keçirilməsi doğru təsbitdir”.

S.Vəkilovun sözlərinə görə, istehsalçı icazə verilən spirtdən – etil və ya izopropildən istifadə etsəydi və bu, ölümə səbəb olsaydı, onda heç bir məsuliyyət daşımayacaqdı:

“Bütün hallarda bu, istehsalçıların heç bir halda məsuliyyətsizlik etməməsi gərəkdiyini bir daha təsdiqləyir. Yəni hətta gigiyenik vasitədə də tərkibə xüsusi diqqət edilməlidir, heç bir halda bunun daxilə qəbul edilmədiyi üçün problem olmayacağını düşünüb, istehsal qaydalarını pozmaq olmaz”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://axar.az
archiveBu xəbər 26 Fevral 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri