Icma.az
close
up
RU
15 oktyabr Azərbaycanı zəfərə və yüksəlişə aparan yolun başlanğıcı Şərh

15 oktyabr Azərbaycanı zəfərə və yüksəlişə aparan yolun başlanğıcı Şərh

Icma.az, Olke.az saytına istinadən bildirir.

“15 oktyabr 2003-cü il Azərbaycanın siyasi tarixinin ən parlaq səhifələrindən biridir. 22 il öncə xalq öz xoş gələcəyini, inkişafını, təhlükəsizliyini, zəfərini təmin edə biləcək şəxs – cənab İlham Əliyevə səs verərək ona etimad göstərdi. Və xalq bu seçimində də yanılmadı. Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi müddətdə dövlətin və xalqın qarşısında duran ən çətin və mürəkkəb problemləri həll etməklə Azərbaycanı dünyanın qalib dövlətləri sırasına yüksəltdi.

Tarix həm də Ulu Öndər Heydər Əliyevin 2003-cü il oktyabrın 1-də xalqa müraciətində cənab İlham Əliyevi öz siyasi irsinin davamçısı elan etməkdə nə qədər müdrik bir şəxsiyyət olduğunu sübut etdi. Ulu Öndər çox gözəl bilirdi ki, həm onun Azərbaycanın inkişafı ilə bağlı yarımçıq qalan arzularını, həm də Azərbaycanı dünyanın güclü, qüdrətli dövlətlər səviyyəsinə yüksəldəcək bir namizəd varsa, o da yalnız İlham Əliyevdir. Ulu Öndər Heydər Əliyev müraciətində deyib:

“Yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Belə də oldu”.

Bunu “Ölkə.az”a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

Deputat bildirib ki, bu gün Prezident İlham Əliyevin 15 oktyabr 2003-cü ildə birinci dəfə prezident seçilməsindən 22 il ötür. “Bu tarixdən Azərbaycanın sıçrayışlı inkişaf dövrü başlamışdır. Azərbaycan ən qısa zamanda siyasi cəhətdən dünyanın ən nüfuzlu ölkələrindən biri kimi mövqeyini möhkəmlətməklə yanaşı, iqtisadi və hərbi cəhətdən də qüdrətli dövlətlərdən birinə çevrilib. Ona görə də biz əminliklə deyə bilərik ki, 15 oktyabr 2003-cü il tarixi Azərbaycanı zəfərə və yüksəlişə aparan yolun başlanğıcıdır”, – o qeyd edib.

Deputat əlavə edib ki, Prezident İlham Əliyevin hakimiyyət dövrünü qısaca belə xarakterizə etmək olar:

- Bütün sahələri əhatə edən genişmiqyaslı islahatlar nəticəsində ilk növbədə vətəndaşların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması;

- İqtisadiyyatın şaxələndirilməsi və davamlı, dayanıqlı inkişafının təmin edilməsi;

- Yoxsulluq həddinin və səviyyəsinin 5,5 faizə endirilməsi;

- Enerji resurslarından məharətlə istifadə etməklə həm ölkə iqtisadiyyatının inkişaf etdirilməsi, iqtisadi suverenliyin təmin olunması, həm ölkənin təhlükəsizliyinin etibarlı şəkildə qorunması, həm Azərbaycanın təkcə enerji dəhlizi deyil, çoxşaxəli logistik qovşağa çevrilməsi, həm əldə edilən gəlirin insan kapitalına çevrilməsi, həm də Avropanın enerji təhlükəsizliyinə töhfə verməklə xeyrimizə olmayan geosiyasi proseslərin xeyrimizə çevrilməsi;

- Azərbaycanın beynəlxalq münasibətlər sistemində söz sahibi olan dövlətə çevrilməsi;

- Dövlətin qarşısında duran bir nömrəli problem kimi Ermənistanın işğalçılıq siyasətinə son qoyulması;

- Dünyadakı böhranları və kataklizmləri fürsətə çevirərək Azərbaycanın yeni dünya nizamının formalaşmasında aktiv oyunçu və “orta güc” rolunda çıxış edib qlobal və regional sülhə, təhlükəsizliyə, əməkdaşlığa öz töhfəsini verən ölkə kimi tanınmasına nail olunması.

Cənab Prezident İlham Əliyevin liderliyi altında Azərbaycan sadaladığımız və sadalamadığımız bütün istiqamətlərdə uğurlara, qələbələrə, zəfərlərə, yüksəlişlərə imza ataraq dünyada yeni reallıqlar yaradan ölkəyə çevrilib. Məhz yürüdülən uzaqgörən, qətiyyətli, konkret hədəflərə xidmət edən siyasət nəticəsində Azərbaycan bu gün qlobal miqyasda gedən proseslərdə aktiv oyunçu qismində qlobal sülhə, sabitliyə, təhlükəsizliyə və sıx əməkdaşlıq formatlarının yaradılmasında iştirak edən nüfuzlu ölkələr sırasında yer alıb.

Cənab Prezident İlham Əliyevin Misirdə Yaxın Şərq Sülh Sammitində iştirakı dediklərimin bariz nümunəsidir. Artıq dünyanın aparıcı dövlətləri belə Azərbaycanın yaratdığı reallıqları qəbul etməklə yanaşı, onun təcrübəsindən qlobal miqyasda istifadə edirlər.

Yekun olaraq onu qeyd edə bilərəm ki, Prezident İlham Əliyev dünya liderləri sırasında xalqa verdiyi bütün vədləri yerinə yetirən nadir siyasi xadimlərdən biridir. Bu gün Azərbaycan xalqı öz Prezidentini sevir, onu daim dəstəkləyir. Bu sevgi, bu dəstək yorulmaz fəaliyyətin, böyük zəhmətin, təmənnasız xidmətin nəticəsində mümkün olmuşdur. Azərbaycan dövləti özünün ən möhtəşəm yüksəliş dövrünü yaşayır. Biz onun rəhbərliyi ilə hələ çox uğurlara imza atacağıq!”

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://olke.az
archiveBu xəbər 15 Oktyabr 2025 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see231

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see207

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see201

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see144

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri