Icma.az
close
up
RU
3 oktyabr qələbələrə aparan yolun başlanğıcı

3 oktyabr qələbələrə aparan yolun başlanğıcı

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

1990-cı illərin əvvəllərində Azərbaycanın dövlət müstəqilliyinin bərpası ağrılı-acılı hadisələrlə müşaiyət olunurdu. Sovet imperiyasının süqutu nəticəsində yerli hakimiyyət orqanları da ciddi böhran yaşayırdı. Böhran siyasi hakimiyyətin zəifləməsi və kommunist elitanın hakimiyyətdən uzaqlaşdırılması ilə nəticələndi. Azadlıq, demokratiya və insan haqları şüarları ilə hakimiyyəti ələ keçirən AXC – Müsavat rəhbərliyi isə müstəqil dövlət qurmaq və ölkəni böhranlı vəziyyətdən çıxarmaq iqtidarında deyildilər. Heç bir ictimai-siyasi fəaliyyət təcrübəsi olmayan təsadüfi adamların hakimiyyətə gəlişi ölkədə hökm sürən böhranın daha da dərinləşməsinə səbəb oldu.

Dövlət idarəçilik mexanizmləri bir andaca sıradan çıxarıldı və yeni mexanizmlərin yaradılması barədə isə hər hansı təsəvvür belə yox idi. Bundan istifadə edən xarici qüvvələr Azərbaycanın parçalanması və torpaqların müxtəlif güc mərkəzləri arasında bölüşdürülməsi üçün hərəkətə keçdilər. Qarabağda yuva salmış erməni separatçı qüvvələr Ermənistan və Rusiyanın dəstəyi ilə qərb bölgələrimizdə etnik təmizləmə siyasəti yürüdür və torpaqları işğal edirdilər. Şimal və cənub bölgələrində yaşayan milli azlıqlar xarici qüvvələr tərəfindən separatizmə təhrik olunur və hadisələrin silahlı münaqişəyə çevrilmək təhlükəsi gündən günə daha real görünürdü. Cəbhə bölgəsində hər gün torpaq və insan itkiləri baş verirdi, xalq isə təlaş içində çıxılmazlıq sindromu yaşayırdı.

Müstəqilliyini yenicə bərpa etmiş gənc bir dövlətin müqəddaratı üçün təhlükəli bir zamanda siyasi hakimiyyətdə təmsil olunmuş AXC, Müsavat və digər siyasi partiyalar hakimiyyət orqanlarında daha yüksək mövqe tutmaq üçün bir-biri ilə amansız mübarizəyə girişmişdilər. Nəhayət, o zamankı hakimiyyətin torpaqları qorumaq üçün cəbhədə döyüşən könüllü ordunu daxili siyasi mübarizəyə cəlb etmək cəhdi ölkəni vətəndaş müharibəsinin astanasına gətirdi. Məhz o zaman xalq hakimiyyəti zəbt etmiş səbatsız siyasi qüvvələrə qarşı ayağa qalxdı. Xalq yeganə çıxış yolunu Heydər Əliyevin siyasi hakimiyyətə gətirilməsində görürdü və hakimiyyətdən də məhz bunu tələb etməyə başladı. Başqa çıxış yolu tapa bilməyən AXC – Müsavat hakimiyyəti həmin vaxt Naxçıvan Muxtar Respublikasını idarə edən Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur oldular.

Qısa bir müddətdə Azərbaycan parlamentinə sədr seçilən Heydər Əliyev ilk növbədə həmin ərəfədə Gəncədə alovlanmış vətəndaş müharibəsini dayandırmağa nail oldu.Daha sonra 1993-cü il oktyabrın 3-nə təyin edilmiş prezident seçkiləri Azərbaycan xalqı üçün qurtuluşa gedən yolun başlanğıcı oldu. Həmin seçkilərdə xalq böyük səs çoxluğu ilə Ulu Öndər Heydər Əliyevi Prezident seçdi.

Həmin gündən başlayaraq Azərbaycanda yeni dövlət quruculuğu başlandı. Heydər Əliyev ilk növbədə ölkəni beynəlxalq siyasi təcrid vəziyyətindən çıxarmaq və iqtisadi tənəzzülü dayandırmaq üzrə tədbirlər görməyə başladı. Qısa bir müddətdə cəbhədə atəşkəs əldə olundu, ölkəni didib parçalayan separatizm meyllərinin qarşısı alındı, iqtisadi tənəzzülün dayandırılması və müasir idarəçilik sisteminin tətbiq olunması ilə bağlı mühüm qərarlar qəbul olundu. Cəmi 1 il ərzində bilavasitə Heydər Əliyevin özünün rəhbərliyi altında Azərbaycanın neft strategiyası hazırlandı və dünyanın ən böyük transmilli şirkətlərinin ölkəmizə sərmayə yatırması üçün zəruri şərait yaradıldı. 1994-cü ildə imzalanmış “Əsrin Müqaviləsi” Ulu öndərin ilk böyük Qələbəsi oldu. Bu Müqavilə dünyanın iqtisadi cəhətdən ən çox inkişaf etmiş ölkələrinin diqqətini Azərbaycana yönəltdi və sonralar bu Azərbaycanın işğala qarşı aparacağı mübarizədə önəmli rol oynadı.

Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkədə ictimai-siyasi sabitliyin bərpa olunması Qarabağ münaqişəsinin davam etməsində maraqlı olan xarici qüvvələri laqeyd qoya bilməzdi. Odur ki, Heydər Əliyevin birinci prezidentliyi dövründə bir neçə dəfə dövlət çevrilişinə cəhdlər edildi. Lakin öz liderinin ətrafında sıx birləşmiş xalq öz xilaskarının ətrafında sıx birləşərək müstəqilliyimizin qorunub saxlanmasını təmin etdi.

Sonrakı illərdə də ictimai-siyasi sabitliyin qorunması daha geniş miqyaslı islahatların həyata keçirilmısi üçün şərait yaratdı.Heydər əliyev tərəfindən həyata keçirilən hərtərəfli köklü islahatlar nəticəsində ölkədə bazar iqtisadiyyatına keçid başlandı və iqtisadi tənəzzül dayandırıldı. Ulu öndər yeni dövr üçün yeni milli ideologiyanın hazırlanmasında və bütün dünya Azərbaycanlıları tərəfindən dəstəklənən Azərbaycançılıq ideologiyasının ictimai şüurda möhkəmləndirilməsində mühüm rol oynadı. Bütün bunlar Azərbaycan dövlətçiliyini möhkəmləndirməyə və bütün Azərbaycanlıların Qarabağın azad edilməsi uğrunda vahid bir gücə çevrilməsinə xidmət edirdi.

Özünəməxsus xüsusiyyətləri ilə seçilən Heydər Əliyev dünyanın bütün dövlətləri və qlobal siyasət arenasında söz sahibi olan bütün siyasətçiləri tərəfindən rəğbət bəslənilən siyasət nəhəngi idi. Beynəlxalq siyasi fəaliyyətdə böyük təcrübəyə və geniş dünyagörüşünə malik olan Ulu öndər sadəcə yeni dövlət qurmur, həm də bu dövlətin çox da uzaq olmayan gələcəkdə qüdrətli orduya, güclü iqtisadiyyata, nəhəng insan resurslarına malik ola bilməsi üçün uzunmüddətli yol xəritəsi hazırlayırdı. Heydər Əliyev siyasətinin müdrikliyi daha sonralar ölkəmizdə baş verən hadisələrdə öz təsdiqini tapdı. Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə Heydər Əliyev siyasi kursu uğurla davam etdirildi. Azərbaycan enerji resursları idaxl edən ölkədən beynəlxalq miqyaslı neft-qaz ixracatçısına çevrildi. İqtisadi sahədə əldə olunan uğurlar Azərbaycan əhalisinin sosial rifah vəziyyətini köklü şəkildə dəyişdi. Ölkədə ən müasir standartlara uyğun elm, təhsil, səhiyyə sistemləri, yol, su, qaz, elektrik təminatı üzrə yeni infrastruktur yaradıldı. 2020-ci ilin Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olundu, 2023-cü ildə Qarabağda yuva salmış separatist rejim öz-özünü ləğv etməklə iflasa uğradı.Azərbaycan bütün əraziləri üzərində dövlət suverenliyini bərpa etdi. Bütün bunlar Ulu öndərin əsasını qoyduğu dövlətçilik prinsiplərinin İlham Əliyev tərəfindən ardıcıl surətdə və yaradıcı şəkildə uğurla davam etdirilməsi sayəsində baş verdi. Heydər Əliyevin öz çıxışlarından birində dediyi ki, “Azərbaycan dünyaya Günəş kimi doğdu”.

Bu gün Azərbaycan qlobal siyasətdə önəmli rol oynayan, Avrasiya miqyasında qlobal və regional əhəmiyyətli layihələri irəli sürən və uğurla həyata keçirən ölkələrdən biri kimi özünün ən yüksək inkişaf mərhələsini yaşamaqdadır. Lakin Heydər Əliyev siyasətinin üfüqləri bu günlə məhdudlaşmır. Prezident İlham Əliyevin yürütdüyü sülh və inkişaf siyasəti zamanında ölkəmizi məhv olmaq təhlükəsindən xilas edən Heydər Əliyev siyasətinin davamıdır. Bu gün bütün xalq məhz bu siyasətin ətrafında sıx birləşərək rifah cəmiyyətinə aparan yolda milli həmrəyliyi qoruyub saxlamaq əzmindədir. Heydər Əliyev siyasi kursu ilə daha parlaq gələcəyə addımlamaq isə hər bir vətəndaş üçün şərəfdir.
Cavanşir Feyziyev
Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Oktyabr 2026 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see294

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see292

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see280

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see259

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see251

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see246

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see239

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see235

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see229

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see228

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see205

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see201

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see200

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see198

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see198

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see196

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see185

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see184

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri