15 yaşlı qızı evlənmək məqsədilə qaçıran gənc həbs edilib
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Naxçıvan Muxtar Respublikasında yetkinlik yaşına çatmayan qızı evlənmək məqsədilə qaçıran gənc həbs edilib.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə bu ilin aprelində Babək rayonunda qeydə alınıb.
Belə ki, 2007-ci il təvəllüdlü Tural Abdulov (şərti) qonşu kənddə yaşayan 8-ci sinif şagirdi, 2010-cu il təvəllüdlü Aytəni (şərti) qaçırıb.
Onlar Turalın evində ər-arvad kimi birgə yaşamağa başlayıblar. Lakin bir neçə gün sonra yetkinlik yaşına çatmayan şəxslə intim münasibətdə olan Abdulov barəsində cinayət işi açılıb və o, məsuliyyətə cəlb edilib.
Bildirilib ki, Tural 2024-cü il dekabrın 31-də - Yeni il gecəsi də Aytəni onun razılığı ilə evlənmək məqsədilə qaçırıbmış. Lakin həmin vaxt ailələr qısa müddət sonra qızın geri qaytarılması barəsində razılaşıblar.
Babək Rayon Məhkəməsində T.Abdulov barəsində Cinayət Məcəlləsinin 152-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə açılmış işə baxılıb. Məhkəmənin 2 oktyabr tarixli hökmü ilə ona 1 il həbs cəzası verilib. 18 yaşlı oğlan məhkəmə zalındaca qandallanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 09 Oktyabr 2025 22:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















