15 yaşlı qızı qaçıran şəxsə Bu cəza verildi
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Şamaxı rayonunda yetkinlik yaşına çatmayan qızı qaçıran şəxs cinayət məsuliyyətinə cəlb edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Şamaxı şəhər sakini 1999-cu il təvəllüdlü Səxavət Müseyibov (ad-soyad şərtdir) Cinayət Məcəlləsinin 152-ci (16 yaşına çatmayan şəxslə seksual xarakterli hərəkətlər etmə) maddəsi ilə təqsirli bilinib.
Araşdırmalarla müəyyən edilib ki, Səxavət oğurluq və narkotik vasitələrlə bağlı cinayətə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilibmiş və ayağına elektron qolbaq taxılmaqla sərbəst buraxılıbmış.
Səxavət ötən ilin sentyabrında Şamaxıdakı “VİP market”də 15 yaşlı L.Məmmədova ilə tanış olub və onlar sosial şəbəkədə yazışmağa başlayıblar. Bundan sonra o, yeniyetmə qızı dərsdən sonra qaçırıb. L.Məmmədova həmin vaxt evlərinə zəng edərək Səxavətlə qaçdığını deyib. Bir müddət sonra polis əməkdaşları Səxavətgilin evinə gedərək onunla qızı Şamaxı Rayon Polis Şöbəsinə aparıb.
Şamaxı Rayon Məhkəməsi S.Müseyibovun üzərindəki məhkumluğu da nəzərə alaraq ona 2 il həbs cəzası verib.


