Icma.az
close
up
RU
150 bal toplaya bilməyən subbakalavrın universitetə daxil olması DOĞRU DEYİL

150 bal toplaya bilməyən subbakalavrın universitetə daxil olması DOĞRU DEYİL

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 6.4-cü maddəsinə görə, orta ixtisas təhsili pilləsini (subbakalavr səviyyəsini) bitirmiş şəxslər müvafiq ixtisas uyğunluğu olan ali təhsil müəssisələrinə qəbul oluna bilərlər. 
Subbakalavrların ali təhsil müəssisələrinə imtahansız qəbul olunması praktikası Azərbaycanda son illərdə geniş tətbiq olunmağa başlayıb. Bu yanaşma, zahirən təhsilin davamlılığını təmin etmək, daha geniş əhali təbəqəsinin ali təhsil almasına şərait yaratmaq məqsədi daşıyır. Lakin bu modelin tətbiqi həm hüquqi, həm struktur, həm də pedaqoji baxımdan ciddi suallar doğurur. 
Mövzu ilə bağlı Modern.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, bu hüququn verilməsi nəzəri baxımdan təqdirəlayiqdir. Lakin qanunun bu müddəası real praktikada qiymətləndirmə sisteminin şəffaflığı və obyektivliyi ilə təmin edilmədiyindən, ali məktəblərə imtahansız keçən şəxslərdə ciddi bilik fərqi müşahidə olunur:
“Subbakalavrlar ali məktəblərə kollec dövründəki akademik göstəricilər əsasında qəbul olunurlar. Bu qiymətlərin isə necə və hansı şəraitdə verildiyi, hansı meyarlarla ölçüldüyü, hansı nəzarət orqanı tərəfindən yoxlanıldığı praktikada tam qeyri-müəyyəndir”.

İmtahanda 150-200 bal toplaya bilməyənlərin imtahansız universitetə daxil olması...

Ekspert vurğulayıb ki, hazırda Azərbaycanda fəaliyyət göstərən 55-ə yaxın dövlət və özəl kollec var. Bu kolleclərdə təhsilin təşkili, qiymətləndirmə siyasəti və müəllim heyətinin ixtisas səviyyəsi arasında ciddi qeyri-bərabərlik mövcuddur:

“Bəzi kolleclərdə qiymətləndirmə sistemində hələ də kağız əsaslı və formal yoxlama üsulları qalır, kurikulumlar isə müasir əmək bazarının və universitet proqramlarının tələblərinə cavab vermir. Nəticədə, yüksək ortalama göstəricilər subbakalavrın həmin qiymətləri hansı səviyyədə əldə etdiyi mübahisəli olur. Dövlət İmtahan Mərkəzi tərəfindən aparılan qəbul imtahanlarında bəzən 150–250 bal aralığında nəticə göstərən, hətta ali məktəbə qəbul oluna bilməyən abituriyentlər eyni fakültələrə subbakalavr statusu ilə, heç bir imtahan vermədən daxil edilir. Bu isə sistemin içində ədalətsiz, təhrikedici və motivasiya sarsıdıcı ziddiyyət yaradır”.
Subbakalavrların sayı çoxaldıqca, narazılıqlar da artır
“2022-ci ilin sonundan 2024-cü ilin ortalarınadək ali təhsil müəssisələrinə imtahansız qəbul olunan subbakalavrların sayı 10.500 nəfəri keçib. Onların əksəriyyəti iqtisadiyyat, pedaqogika, hüquq, biznes və turizm sahələrində ixtisaslaşmış fakültələrə yerləşdirilmişdir. Məhz bu sahələr üzrə ali təhsil müəssisələrinin məzunlarının sayı hər il artır, lakin işəgötürənlər arasında onların bilik və bacarıq keyfiyyətləri ilə bağlı narazılıqlar da çoxalır. Belə tendensiyalar, universitet diplomunun ictimai dəyərinin, akademik reputasiyanın və karyera perspektivlərinin zəifləməsinə səbəb olur. Universitetin səviyyəsini və elmi nüfuzunu qorumaq əvəzinə, onu “kütləvi diplom verən müəssisə” formasına salmaq təhlükəsi yaranır”,- deyə K.Əsədov bildirib.

Prosesin müsbət tərəflərindən də danışan ekspert vurğulayıb ki, bu sistem müəyyən sosial təbəqələrə ali təhsilə çıxış imkanı verir. Əsasən regionlardan gələn, sosial rifah səviyyəsi aşağı olan ailələrin övladları kollecə daxil olub oradan ali məktəbə keçid üçün fürsət qazanırlar. 
Subbakalavrların universitetə daxil olmasına Dövlət İmtahan Mərkəzi və Elm və Təhsil Nazirliyi nəzarət etməlidir
“Mövcud vəziyyətin dəyişməsi üçün ilk növbədə kolleclərdə qiymətləndirmə sistemi tam şəkildə rəqəmsallaşdırılmalı, Dövlət İmtahan Mərkəzi və Elm və Təhsil Nazirliyi bu qiymətləndirməyə real nəzarət etməlidir. Eyni zamanda, subbakalavrların universitetə keçidi üçün minimum GPA ilə yanaşı, əlavə test imtahanı və ya müsahibə mərhələsi tətbiq olunmalıdır. Bu zaman tələbənin akademik hazırlığı, motivasiyası və uyğunluğu obyektiv şəkildə ölçülə bilər. Həmçinin yalnız müvafiq ixtisas uyğunluğu olan hallarda keçidə icazə verilməli, “hər kollecdən hər fakültəyə keçmək olar” yanaşmasına son qoyulmalıdır. Belə bir sistem həm kollecə hörmət qazandırar, həm də universitetlərin nüfuzunu qoruyar”.

Sonda Kamran Əsədov qeyd edib ki, dəyişikliklər özünü praktikada göstərsə, ali təhsil müəssisələrində keyfiyyət fərqləri aradan qalxacaq, şagird və tələbə arasında ədalətli rəqabət bərpa olunacaq və təhsil sistemi daha etibarlı və şəffaf hala gələcək:

“Əgər dəyişiklik edilməzsə, subbakalavr sistemindən imtahansız qəbul mexanizmi ali təhsilin səviyyəsini və cəmiyyətin təhsilə olan etimadını sürətlə aşındıracaq. Təhsil sisteminin davamlılığı yalnız forma ilə deyil, məzmunla təmin olunmalıdır. Bunun üçün isə şəffaflıq, obyektivlik və keyfiyyət meyarlarına əsaslanan islahatlar qaçılmazdır”.
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 İyun 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see218

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see197

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see191

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see177

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see176

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see155

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see152

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see145

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see145

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see137

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see136

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see136

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see131

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see131

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see130

Putin Ermənistan Azərbaycan münaqişəsini həll etdiyimə inana bilmirdi Tramp

30 Dekabr 2025 00:44see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri