Icma.az
close
up
RU
Hər kəsin ana, ata olması doğru deyil Psixoloq

Hər kəsin ana, ata olması doğru deyil Psixoloq

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

6 uşağı qazdan zəhərlənən ata bildirib ki, onun ümumilikdə 12 uşağı olub və onlardan hətta “pay” belə verib. Bu açıqlama təkcə faciəli hadisənin miqyasını göstərmir, həm də valideyn məsuliyyəti, dövlətin ailələr üzərində nəzarəti və uşaqların rifahı ilə bağlı ciddi suallar doğurur. Belə hallarda ailələrin psixoloji vəziyyəti, valideynlərin davranış tərzi və uşaqların həyat şəraiti diqqətlə qiymətləndirilməli, həm sosial xidmətlər, həm də müvafiq dövlət qurumları tərəfindən profilaktik tədbirlər görülməlidir. 
Məsələ ilə bağlı Demokrat.az-a danışan psixoloq Fidan Canbabazadə bildirib ki, hər kəsin ailə qurması və ya valideyn olması doğru deyil:
"Bəzi insanlar şüuraltı olaraq rekord qırmaq, dövlətdən gəlir əldə etmək, “qəhrəman ana” və ya “qəhrəman ata” adını almaq, yaxud müəyyən imtiyazlara sahib olmaq üçün çoxlu uşaq dünyaya gətirirlər. Lakin bu hallarda uşaqların sonrakı taleyi çox vaxt qaranlıq qalır. Sağlam bir ailə modelinin formalaşması üçün bəzi məsələlər nəzərə alınmalıdır. İnsanlar ailə həyatı qurarkən təkcə tibbi analizlərdən deyil, həm də psixoloji müayinədən keçməlidirlər. Çoxuşaqlı ailələrdə bəzən sağlam psixologiyadan söhbət gedə bilməz. Nikaha daxil olan və ya uşaq sahibi olmağı planlaşdıran şəxslərin maddi gücü mütləq nəzərə alınmalıdır".
Onun sözlərinə görə,  “Uşaq ruzisi ilə gəlir” düşüncəsi ilə maddi imkan olmadan çoxlu uşaq dünyaya gətirmək uşaqdan sui-istifadə hesab olunur:
"Maddi imkanı olmadığı halda uşaqlardan istifadə edən şəxslər məsuliyyətə cəlb olunmalı və onlara verilən imtiyazlar yenidən nəzərdən keçirilməlidir. Xüsusilə əkiz hamiləliklər və çox sayda (5, 6, hətta 10-a qədər) uşaq dünyaya gətirilməsi halları dövlət və tibbi ekspertiza tərəfindən ciddi nəzarətə götürülməlidir".
Psixoloq deyib ki, bəzi insanlar çoxuşaqlılığı bir növ “biznesə” çevirirlər:
"Bu uşaqların qanuni yolla övladlığa verilib-verilmədiyi və ya bunun qarşılığında hər hansı məbləğ alınıb-alınmadığı sual doğuran və mübahisəli mövzulardır. Uşağın sonrakı həyatı, psixologiyası və təhsili gələcəkdə baş verə biləcək faciaların qarşısını almaq üçün ciddi qanunlarla tənzimlənməlidir. Övladlığa vermə və ya digər şəxslərə uşaq “pay vermə” halları ilə bağlı çox ciddi hüquqi mexanizmlər tətbiq olunmalıdır".
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 Aprel 2026 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see405

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see322

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see279

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see269

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see268

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see256

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see253

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see245

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see243

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see241

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see228

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see216

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see215

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see215

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see214

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see212

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see210

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see201

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri