Icma.az
close
up
RU
150 yaşlı mətbuatımız: Sözə sahib çıxaq Qalib İbrahimoğlu yazır

150 yaşlı mətbuatımız: Sözə sahib çıxaq Qalib İbrahimoğlu yazır

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Milli mətbuatımız 150 yaşına çatır. Tarixi köklərini hələ 1875-ci ildə Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzetindən götürən mətbuatımız 150 ildir müqəddəs missiyasını davam etdirir.

Güclü dövlətin təməl daşlarından biri də azad, obyektiv, vicdanlı mətbuatdır. İllərdi azad sözün çırağını sönməyə qoymayıb milli mətbuatımız. Həmişə də dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunub.

Elə Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı Sərəncam da dövlətimizin, onun başçısının milli mətbuata verdiyi önəmin, növbəti qayğının göstəricisidir. Bu Sərəncam milli mətbuatın Azərbaycanın ictimai-siyasi və mədəni həyatındakı yerini, mədəniyyətin, maarifçiliyin inkişafında rolunu, müasir cəmiyyət quruculuğu və ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəldilməsi sahəsində töhfələrini ​​​​​​​nəzərə alaraq imzalanıb. Bu Sərəncam eyni zamanda Ulu öndər Heydər Əliyevin milli mətbuatımızın yubileylərinin qeyd olunması ilə qoyduğu ənənənin davamıdır.

Sərəncamda göstərilir ki, ötən dövr ərzində müstəqil siyasi kursun qətiyyətlə və ardıcıl həyata keçirilməsi nəticəsində ölkəmizin dinamik inkişafı təmin edilib, qarşıda duran strateji vəzifələr uğurla gerçəkləşdirilib. Azərbaycan Vətən müharibəsində şanlı Zəfər qazanaraq və unikal antiterror əməliyyatı ilə hərb tarixinə yeni səhifə yazdı, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Müharibə dövründə mediamız əsl vətənpərvərlik, həmrəylik nümunəsi ortaya qoydu, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, düşmənin və onun havadarlarının saxta məlumatlarının ifşası üçün xüsusi səy göstərdi. Milli Ordumuzun, əsgər və zabitlərimizin rəşadəti, qəhrəmanlığı ilə bağlı zəngin salnamə yaratdı.

Vətən müharibəsində qələbəmizdən az sonra başlanan islahatlar, o cümlədən “Media haqqında” Qanunun qəbulu media fəaliyyətinin rəqəmsal dövrün çağırışlarına uyğunlaşdırılmasını və ölkəmizin informasiya mühitinin sağlamlaşdırılmasını hədəfləyib. Vergi azadolmalarının tətbiqi, qəzet və jurnallar üçün əlavə dəyər vergisinin aradan qaldırılması, jurnalistlərə güzəştli ipoteka kreditindən yararlanmaq hüququnun verilməsi və digər tədbirlər informasiya resurslarının iqtisadi müstəqilliyinin gücləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində görülən işlərin davamlılığını təmin etmişdir.

Dövlətimizin başçısı bu Sərəncamla yalnız bir yubiley tədbirinin təşkili deyil, həm də Azərbaycan mətbuatının cəmiyyət həyatındakı əvəzolunmaz roluna dəyər verdi. Cəmiyyətin güzgüsü, dövlətlə xalq arasında körpü olan Azərbaycan jurnalistikası milli kimliyimizin qorunmasında da böyük xidmətlər göstərib.

Bu gün mətbuatımız təkcə informasiya yaymır. Eyni zamanda milli kimliyimizi qoruyur, ictimai rəy formalaşdırır.

Prezidentin imzaladığı bu sərəncam mətbuat işçilərinə həm mənəvi stimul verir, həm də onların əməyinin cəmiyyət tərəfindən nə qədər yüksək qiymətləndirildiyini göstərir.

Bu Sərəncam jurnalistlərə yeni ruh verməklə yanaşı həm də bütün media işçilərinə bir mesajdır: milli mətbuat ənənələrini qoruyaq, qələmi vicdanla işlədək, sözə sahib çıxaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 28 Aprel 2025 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see360

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see342

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see312

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see310

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see301

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see292

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see281

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see276

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see266

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see254

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see245

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see238

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see233

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see231

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see230

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see229

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see227

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see213

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri