Icma.az
close
up
RU
Kinomuza sahib çıxaq

Kinomuza sahib çıxaq

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Azərbaycan Kinematoqrafçılar İttifaqı ətrafında

 yaranmış süni ajiotaj səngimir…

Bir tərəfdə milli kinomuzun təəssübünü çəkən, onun inkişafını, dünya arenasına çıxışını, ən əsası mütərəqqi kino  xadimlərinin birliyini arzu edən qocalı-cavanlı kinematoqrafçılar… Digər tərəfdə isə, nə istədiyini kəsdirə bilməyən 15-20 nəfərdən ibarət  və olsa-olsa, Don Kixota parodiya adlana bləcək kiçik bir qruplaşma…

Qəribə də olsa, bu qruplaşmanın öz  Don Kixotu da var, Sanço Pansosu da. Hətta onlar özləri üçün xəyali bir Dulsineya da “yapıblar” – yaşı çox olsa belə. Bu “dostların” Rosinant adlı “hayı gedib vayı qalmış” qoca bir yabıları, eləcə də  Don Kixotun, nəhəng devlər saydığı yel dəyirmanları da var… 

…Onların tək bircə, amma ən vacib personajı çatmır — Servantesi! 

Bu yaşa gəlmişəm amma hələ də mənə çatmır ki, nəyə görə bəzi adamlar ciddi məsələlərə münasibət bildirəndə başlarından daha çox, -üzr istəyərəm -, digər girdə yerləri ilə düşünürlər?..

Haşiyə çıxaraq ərz edim ki, onların ədalət və reallıq hissindən savayı hər şeyləri var: samballı  “day-dayları”,  orden-medalları, ad-sanları, dolanışıqları və sairə və ilaxır. 

Birincilər (o cümlədən, mən də) AKİ -nin ümumi konfransının və sədr seçkilərinin ciddi şəkildə qanunla, nizamnamə tələblərinə uyğun olaraq, demokratik, tam şəffaf və alternativli, yəni çoxnamizədli keçirilməsi təşəbbüsü ilə çıxış  edirlər.

İkincilər isə, iki ayaqlarını bir başmağa pərçim edibən, əsl bolşevik inadkarlığı ilə: “AKİ sədri seçkiylə yox, təyinatla olmadır!deyirlər.

Niyə təyinatla? Nədən kino ictimaiyyəti öz doğma ittifaqına sədr seçmək hüququndan məhrum olmalıdır? Nə üçün AKİ üzvlərinin, habelə İttifaqın taleyi  kənarda, kimlər tərəfindənsə  volyuntarizm hikkəsiylə həll edilməlidır?! Bu nonsens deyilsə, onda mən də Roma Papasının xalası nəvəsiyəm…

Davam edirəm:

– birincilər dəlil-sübutla, FAKTlarla danışır…

– ikincilər, tutduğunu buraxmayan kor kimi, – RƏYlərlə. Və heç cürə anlamaq istəmirlər ki, RƏYi hər zaman dəyişmək, inkar eləmək olar, FAKTı isə heç vaxt – nə dəyişmək, nə də inkar etmək olar!

– birincilər əsaslı arqumentlər, ədalətli yanaşma irəli sürür…

– ikincilər əsassız gümanlara və ədalətsiz yollara üstünlük verir…

– birincilər milli kinomuzun sabahını, bədi- sənədli kino yaradıcılığı və kino sənayesinin perspektivini düşünür…

– ikincilər ancaq və ancaq öz komformist maraqlarını…

– birincilər milli kino sənətinə yeni nəfəs gətirən yeni nəslin taleyindən nigarandı.. 

– ikincilər öz şəxsi maddiyyatlarından…

– birincilər Mədəniyyət nazirliyi və onun nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) ilə müştərək iş birliyi qurub milli kinomuzun tərəqqisinə töhfə verməyə çalışır…

– ikincilər bu birlikdən əndişələnib aşkar şəkildə dağıdıcı mövqe sərgiləyirlər…

Əlbəttə, bu misalların sayını istənilən qədər artırmaq olar; ancaq elə bunlar da kifayətdir ki, kimin kim olduğu aydın olsun.

Kobud çıxsa da deməliyəm: “İa-aa!” – bu, uzunqulağ anqırtısının fonetik transkripsiyasıdır. Və məncə, bu gün bunu, Azərbaycan kinosunun inkişafına əngəl törədənlərin, milli kinomuzun  büdrəməsinə rəvac verənlərin ən çox istifadə etdikləri səs birləşməsi də hesab etmək olar!..

Mənə görə, eləcə də Azərbaycan Kinematoqrafçılar İttifaqı üzvlərinin əksəriyyətinin fikirincə AKİ artlq  öz sədrini seçib. Və lazım gələrsə, dübarə seçkiyə getməyə hazırdı. Təki Don Kixotu yamsılayanlar  araya yeni təfriqə salmasınlar, təki işlərin gedişatına süni əngəllər törətməsinlər…

Təki, təki…

Bəli, bizim seçimimiz bəllidir! Və bu seçim milli kinomuzun yaşaması, tərəqqisi naminə bütün varlığı ilə çalışan dəyərli sənətkarımız  Əli İsa Cabbarovdu! O Əli İsa Cabbarov ki, AKİ üçün son bir ildə… son 10 il ərzində edilənlərdən  qat-qat  çox işlər görüb. Pozitiv və alqışlanmalı işlər! Bunları danmaq,  şübhəsiz ki, riyakarlıq və nadanlıqdan başqa bir şey deyil.

Haqqında bəhs etdiyim “mehriban dostlar” isə, səd heyif ki, hər bir normal insana xas olan beş hiss üzvündən ən azı ikisini salıb itiriblər – görmə və eşitmə hisslərini!..

Belə olmasaydı, onlar feyk bəyanatlar yaymaz, müxtəlif təşkilatlara donos yazmazdılar…

Nəhayət belə olmasaydı, onlar öz merkantil maraqlarını qorumaq xatirinə və guya daha uzağı görmək, yaxud daha yüksəyə dırmaşmaq üçün… vicdanlarından ayaqaltı düzəltməzdilər!..

Eldəniz Quliyev

Ssenarist və kinodramaturq 

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 21 Avqust 2026 04:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see359

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see316

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see310

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see300

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see250

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see246

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see244

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see242

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see235

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see218

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see197

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see188

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see186

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see184

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see181

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see179

Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb

04 Oktyabr 2026 06:15see177

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see174

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see170

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri