Icma.az
close
up
RU
150 yaşlı mətbuatımız yeni mərhələ çağında Milli hesabat günü

150 yaşlı mətbuatımız yeni mərhələ çağında Milli hesabat günü

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

(Yazı "Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” mövzusu üzrə hazırlanıb) 

Hər bir dövlətin inkişafında birmənalı olaraq fikir, söz və məlumat azadlığı mühüm yer tutur. Bu xüsusda da media azadlığı daha böyük önəm kəsb edir. Belə ki, məlumat azadlığının inkişafında məhz medianın rolu əvəzsizdir. Cəmiyyətin doğru-düzgün maarifləndirilməsi, dövlətin, xalqın maraqlarına xidmət etmək medianın başlıca funksiyasıdır. Azərbaycanda da artıq xeyli müddətdir ki, bu istiqamətlərdə mühüm irəliləyişlər baş verir. 

Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirir ki, cəmiyyətinmizin maariflənməsində, ictimai şüur və dilimizin inkişafında mətbuatın xidmətləri əvəzsizdir: 

"2025-ci il 150 yaşlı Azərbaycan mətbuatının yubiley ilidir. Bununla bağlı Azərbaycan Prezidenti tərəfindən sərəncam imzalanıb və yubileyin keçirilməsilə bağlı tədbirlər planı təsdiq olunub. Bu, hər şeydən öncə milli maarifləndirmə tariximizin, yəni mətbuatın fəaliyyətə başlamasının tarixi yaddaşımızda yenilənməsi və mətbuatımızın keçdiyi yola nəzər salınması üçün yaxşı fürsətdir. Əslində, bu həm də bir milli hesabatdır. Mətbuatın əsas funksiyalarından biri kütləvi maarifləndirmənin, informasiya mübadiləsinin həyata keçirilməsidir. İctimai şüurda, dilin inkişafında da mətbuatın böyük rolu var. Mətbuat ictimai leksikonu, ictimai düşüncə və onun keyfiyyətini təyin edir”. 


Deputat qeyd edir ki, hazırki tarixi mərhələdə mətbuatın çoxsaylı funksiyalarına yeni və daha dərin funksiyalar əlavə olunmaqdadır:

"Mətbu tarixin inkişafında bütün dünyada yeni bir mərhələ başlayıb. Bu da yeni texnoloji və internet vasitələrinin ortaya çıxması ilə əlaqədardır. Yəni miqyas etibarı ilə medianın təmərgüzləşmə prosesi dərinləşib və böyüyüb. Azərbaycan mediası da bu gün yeni tarixi imkanlardan istifadə etməklə öz inkişafının yeni tarixi mərhələsinə qədəm qoyub. Bunun nə qədər uğurlu olduğunu qiymətləndirmək üçün də əlimizdə yaxşı imkanlar var. Çünki müstəqil Azərbaycan mətbuatı son 30 ildə müxtəlif mərhələlərdən keçməklə həm də informasiya müharibələrindən keçməyi bacarıb”. 

Ekspert bildirir ki, vətənimizin keşiyində durmaq qabiliyyətinin nümayişi baxımından 44 günlük müharibə dövründə də mətbuatımız üçün bir fürsət yarandı: 

"Azərbaycan mediası bu imtahanı da layiqincə verməyi bacardı. Həm informasiyanın yayılması, həqiqətlərin vətəndaşlarımıza çatdırılması, həm də ölkəmizə qarşı informasiya müharibəsi aparanlara qarşı informasiya savaşında iştirakımız mətbuatımızın funksional qurum olmaqla bərabər, səmərəli bir instituta çevrilməsinin göstəricisidir. Bu mənada hazırkı mərhələdə mediamızın milli maraqlarımızın, vətənimizin maraqlarının qorunması kontekstində fəaliyyətini yüksək qiymətləndiməliyik. Bu mübarizə hər gün bir qədər də böyüyür. Azərbaycan mediası da döyüşə-döyüşə inkişaf edir, püxtələşir və vətənimizin keşiyində layiqincə durmağı öyrənir”.   


Rüfət Sultan

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 30 May 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see155

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri