Icma.az
close
up
RU
150 ildə milli mətbuatımız çoxseqmentli media institutuna çevrilib RƏYLƏR

150 ildə milli mətbuatımız çoxseqmentli media institutuna çevrilib RƏYLƏR

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Bütün medianın həvəslə gözlədiyi yubileydir. Hər kəs bir daha yəqin etmək istəyir ki, Azərbaycan dövləti builki yubileyi hansı çərçivədə təqdim edəcək. Milli mətbuatın yubileyləri müstəqillik illərində bir neçə dəfə qeyd edilib. Hər yubileydə dövlətin və şəxsən Prezidentin yubiley münasibətilə maraqlı təbrik jestlərini görmüşük.Yubileylərin hər 5- 10 ildən bir dəfə keçirilməsi ənənə şəklini alıb və dövlətin bu istiqamətdə də siyasətinin dönməz xarakter aldığını göstərir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin 150 illik sərəncamının məzmunu açıq ifadə edir ki, böyük və təntənəli yubiley tədbirləri görəcəyik: "Prezidentin sərəncamı geniş miqyaslı tədbirlər kompleksini özündə ehtiva edir. Eyni zamanda dövlətin mötəbər orqanları, eləcə də Mətbuat Şurası bu tədbirlərin keçirilməsi üçün cəlb edilib. Dövlət yubiley tədbirlərinin maliyyələşdirilməsini öz üzərinə götürüb. Bütün bunlar göstərir ki,150 illik yubiley Azərbaycan mediasına dövlət qayğısının parlaq nümayişi olacaq. Mətbuatın dövlət dəstəyinə ehtiyacı böyükdür və dövlətimiz olduqca bu dəstək davam edəcək".

Siyasi şərhçi qeyd edir ki, Mətbuat müstəqil dövlətimizin güc mənbələrindən birinə çevrilib: "Mətbuatımız da tükənməz gücünü öz növbəsində dövlətin himayəsindən alır. Biz əminik ki, milli mətbuatımızın ilk "beşik sakini " olan çap mediası da dövlətin himayəsi hesabına yaşamını davam etdirəcək .

150 ildə milli mətbuatımız çoxseqmentli media institutuna çevrilib. 150 illik dövr çap mətbuatından çoxseqmentli media institutuna doğru böyük inkişaf dövrüdür . 150 ildə dövlətimizin və medianın mühüm nailiyyətlərindən biri də möhkəm və dövlətçi media elitasının formalaşmasıdır. Media elitası dövlət elitamızın tərkib hissəsinə çevrilib. Bu da böyük nailiyyətdir.

Milli mətbuatımız müstəqillik dövründə tarixinin ən münbit inkişaf şəraitini tapıb. Bu ilk növbədə Heydər Əliyevin başlatdığı və himayə etdiyi böyük yoldur. Yolun davamını isə İlham Əliyevin dövründə yeni inkişaf səviyyəsində görürük".

Həmçinin "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı qeyd edir ki, Prezidentin mətbuatın 150 illik yubileyini qeyd etmək barəsində olan sərəncamını alqışlayırıq: "Azərbaycan milli mətbuatının 150 illik xidməti ilə bağlı verilmiş bu sərəncamın böyük tarixi əhəmiyyəti vardır. Çünki Azərbaycan milli mətbuatı 150 ildə xalqın və milli şüurun formalaşması istiqamətində böyük işlər görüb. Həmçinin 150 illik mətbuatımız Azərbaycanın 150 illik tarixini öz səhifələrində yaşadır və gələcək nəsillərə ötürür. O baxımdan Azərbaycan milli mətbuatı həm də millətin milli dəyəridir. Bu sərəncam cənab Prezidentimizin həmin dəyərə vermiş olduğu qiymətdir.

Bununla yanaşı Akif Aşırlı qeyd edir ki, 150 illik yubiley tədbirləri Azərbaycanda çox yüksək səviyyədə keçiriləcək: "Azərbaycan mətbuatı yalnız Bakı ilə məhdudlaşmır, eyni zamanda Tiflis, Gürcüstan, İrəvan milli mətbuatının Azərbaycan türkcəsində nümunələri nəşr olunmuşdu. Azərbaycan mətbuatının Türkiyə, Paris və Avropa ölkələrinə qədər uzanan tarixi mətbuat yolu vardır. Azərbaycan milli mətbuatının 150 illiyi çox yüksək səviyyədədir. Dövlət və ictimai qurumların, jurnalist təşkilatının bu yubileyə özəl birgə tədbirləri keçirilməlidir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:260
embedMənbə:https://sia.az
archiveBu xəbər 29 Aprel 2025 18:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see281

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see278

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see263

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see254

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see254

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see252

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see246

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see240

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see238

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see229

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see222

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see216

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see214

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see207

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see202

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see202

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see202

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see193

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri