Icma.az
close
up
RU
150 yaşlı milli mətbuatın 34 illik “Səs”i

150 yaşlı milli mətbuatın 34 illik “Səs”i

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

34 il öncə, ölkənin ictimai-siyasi həyatının mürəkkəb dövründə mətbu salnaməmizə yeni bir qəzet daxil oldu- ”Səs” qəzeti. Yarandığı gündən səhifələrində dərc olunan gündəmin nəbzini tutan maraqlı yazılarla, operativ xəbərlərlə birincilər sırasında olan “Səs” müstəqilliyimizin bərpasının ilk illərində doğru sözlü və dövrün güzgüsü olduğu üçün saysız təqiblərə də məruz qalmışdır.

Yeni Azərbaycan Partiyasının 33 illik tarixinin arxivi hesab olunan “Səs” qəzeti həmin dövrdə Naxçıvan Muxtar Respublikasında yaşayan və fəaliyyət göstərən Ümummilli Liderimiz Heydər Əliyevin bütün çıxış və məruzələrini nəşr edən ilk mətbu orqandır. Elə bu səbəbdən də qəzet və qəzet əməkdaşları Ulu Öndərimizin Bakıya gəlməsinin qəti şəkildə qarşısını almaq istəyənlərin, bunun üçün min bir əngəl yaradanların, hakimiyyət davası aparan, xalqın iradəsinin əksinə olaraq hakimiyyətə gələnlərin və bu mövqeyə layiq olmadıqlarını qısa zaman kəsiyində ortaya qoyan qüvvələrin təzyiqinə məruz qalmışdır.

Dəfələrlə həmin qüvvələrin nümayəndələri redaksiyaya basqınlar etmiş, əməkdaşlara xəsarət yetirmiş, onları ölümlə hədələmiş, doğru yoldan sapdırmağa çalışmışlar. Lakin “Səs” adından da göründüyü kimi, dövrün haqq səsi, ədalət carçısı olmuş, bu qədər təqib və təzyiqlərə baxmayaraq tutduğu yoldan çəkinməmiş, ölkədəki özbaşınalıq şəraitində mövqeyini qoruyub saxlaya bilmişdir.

Bütün bunlar isə “Səs” ətrafında toplaşan jurnalistlərin ölkənin ictimai-siyası həyatındakı axsamaları aydın şəkildə görə bilmələri, həmin dövrdə siyasi meydanda olan qüvvələrin xalqı uçuruma apardıqlarını, onların millət üçün heç bir faydası olmadığını açıq şəkildə görə bilmələri, ölkə üçün hansı addımların düzgün olduğunu dərindən dərk etmələri nəticəsində olmuşdur.

34 ilin hər anında sözünü deyə bilən, ölkədə baş verən hadisələrə obyektiv münasibət göstərən, geniş təhlili yazılarla, araşdırmalarla gündəm olan “Səs” qəzeti redaksiyası həm də ötən illərin bir mətbu məktəbi olmuşdur. Burada çalışan onlarla əməkdaş zaman-zaman müxtəlif sahələrdə yüksək vəzifələrə irəli çəkilmiş, onların hər biri göstərilən etimadı doğrultmuşlar. Çünki necə deyərlər, onlar “Səs”in tərbiyəsini almış, bu gözəl kollektivin əhatəsində ərsəyə gəlmişlər.

Mən kollektivə yeni gələnlərdən olsam da, həm yaşım, həm də təcrübəm imkan verdi ki, buradakı kollektiv və sevimli qəzetimiz haqqında söz deyə bilim. Bəli, ölkə mediasının öncüllərindən olan “Səs” haqqında bir jurnalist olaraq eşitmişdim, lakin redaksiyada çalışandan sonra həqiqətən kollektivin əzmini, hər gün 16 səhifəlik qəzeti necə böyük zəhmətlə, sevgi ilə ərsəyə gətirdiklərini gördükdən sonra “Səs” haqqında deyilənlərin nə qədər yerində olduğunu öz-özlüyümdə bir daha təsdiqlədim.

34 il... 150 yaşlı milli mətbuatımızın 34 yaşlı xələfi. Bu, heç də az zaman deyil. Bir qərinədən artıq dövrdür. Xalqa, dövlətə, dövlətçiliyə 34 illik xidməti olan qəzet bu gün onun haqqında deyilən bütün yüksək fikirləri haqq edir. Çünki onun səsi düz bir qərinənin o başından gəlir. Bu səs ölkə tarixinin səsidir. İctimai-siyasi həyatımızın səsidir. Arxivində nüsxələnən 34 illik salnamənin səsidir.

Təsadüfi deyil ki, Ümummilli Liderimiz Heydər Əliyev də “Səs” qəzeti haqqında dəyərli fikirlər döyləmişdir: “Səs” qəzeti mənim üçün çox əziz qəzetdir. 1991-ci ilin fevral ayında, Azərbaycanda kommunist hakimiyyəti dövründə mən Ali Sovetdə çıxış edəndən sonra mənim çıxışım,- xatirinizdədir, o vaxt mənim çıxışımı hörmətdən salmağa çalışdılar, onu dərc etmək də istəmirdilər, amma mənə lazım idi ki, o, dərc olunsun,- “Səs” qəzetində dərc edildi. Mən Naxçıvanda işləyərkən bizim bir neçə tədbirlərimiz barədə yazıları “Səs” qəzetində dərc edə bildik. Nəhayət, “Səs” qəzeti “91-lər”in müraciətini dərc edib, mənim cavabımı dərc edibdir. Ona görə də “Səs” qəzeti bizim partiyanın tarixində ən mötəbər yer qazanmış bir qəzetdir. Görürəm ki, son vaxtlar özünün xüsusiyyətlərini itirmədən modernləşir, yaxşılaşır. Arzu edirəm ki, daha da modernləşsin və yaxşılaşsın.

Bəli, Ümummilli Liderimizin bu kəlamları “Səs”in pasportudur. Bu mətbu orqanın daim gələn və gələcək səsidir. Bu kəlamlar bu qəzetin qiyməti, dəyəri, ölkəmizin müstəqilliyi, suverenliyi yolunda mübarizəsi, əqidəsidir.

Ulu Öndərimizin qəzetimiz haqqında dəyərli fikirləri kollektivimizin qürurudur. Bu qürurla da “Səs” hər zaman dövlətimizin, dövlətçiliyimizin yanındadır. Çünki ötən bir qərinədə bu mətbu orqan nəyin doğru, nəyin yalan olduğunu görə-görə gəlmişdir. Bu səbəbdən də o, həmişə doğru olanların, xalqını, millətini düşünənlərin yanındadır. Bu siyasəti bəyənənlərin sırasındadır.

Bu doğru yolda bu gün 34 yaşı tamam olan qəzetimizə və dəyərli kollektivimizə uğurlar arzulayıram.

Mətanət Məmmədova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:267
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 Yanvar 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see516

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see384

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see289

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see284

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see277

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see277

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see269

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see248

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see247

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see246

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see243

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see230

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see222

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see217

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see217

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see196

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see188

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see181

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see175

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri