Icma.az
close
up
RU
Menu

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

Əldə olan pulu artırmaq üçün bunu edin!

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

La Liqa: Valensiyada triller

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Mətbuatımızın 35 illik “Səs”i TARİX

Mətbuatımızın 35 illik “Səs”i TARİX

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Səs” qəzeti həmişə böyük və qüdrətli Azərbaycanın səsi olacaq

Yanvarın 11-də Azərbaycan mətbuatının tarixində xüsusi yeri olan “Səs” qəzetinin 35 yaşı tamam olur. Hələ Sovet dövründən fəaliyyətə başlayan “Səs” qəzetinin yaranma zərurəti və keçdiyi yola necə xarakterizə etmək olar? Ötən 35 ildə qəzet öz fəaliyyətini necə qurub, cəmiyyətdə hansı imici qazanıb? Yazıda bu məsələlərə aydınlıq gətirməyə çalışacağıq.

“Səs” qəzeti xalqımız üçün çətin sınaqların başladığı bir dövrdə ərsəyə gəldi. O dövrdə respublikada ictimai-siyasi vəziyyət olduqca gərgin idi, ölkəmiz Ermənistanın işğal və soyqırım təcavüzünə məruz qalmışdı, yüzminlərlə qaçqın-köçkün öz doğma torpaqlarından didərgin düşmüşdü. Respublikada ağır sosial-iqtisadi problemlər hökm sürürdü. Fövqəladə vəziyyət elan edilmiş, mətbuata güclü senzura var idi. Belə bir ağır dövrdə müstəqil qəzetin fəaliyyətə başlaması çox çətin və cəsarət tələb edən bir iş idi. Lakin qəzetin yaradıcıları bu işin altına girdilər.

Beləliklə, “Səs” ictimai-siyasi qəzeti 1990-ci ilin noyabrında “Əlincə” Xeyriyyə Cəmiyyətinin orqanı olaraq qeydiyyatdan keçdi, 1991-ci yanvarın 11-dən dərc olunmağa başladı. Qəzetin ilk redaksiyası AMEA-nın Fizika İnstitunun 6-cı mərtəbəsində yerləşirdi.

Qəzet 1991-93-cü illərdə Heydər Əliyevin müsahibələrini və onun haqqında məqalələri, həmçinin ölkə parlamentindəki çıxışlarını, həmçinin, xarici mətbuata verdiyi müsahibələri tərcümə edərək ölkə ictimaiyyətinə çatdırırdı.

“Səs” qəzeti, əslində, Yeni Azərbaycan Partiyasının baza rolunu oynayıb və partiya yarandıqdan sonra onun əsas mətbu ruporu kimi fəaliyyətini davam etdirib. Partiyanın bəyanatlarını, yığıncaqlarını və sair tədbirlərini öz səhifələrində geniş işıqlandırıb.

Təsadüfü deyildi ki, 1992-ci ilin oktyabrında 91 nəfərdən ibarət ölkə ziyalıları həmin vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan Heydər Əliyevə "Səs" qəzeti vasitəsilə müraciət etdilər. Ümumilli lider bu müraciətə biganə qalmadı, öz cavab məktubunda Azərbaycan dövlətinin xilas yolunu, inkişaf strategiyasını açıqladı. Bu cavab da məhz "Səs" qəzetində dərc olundu.

Ümumilli lider hakimiyyətə gəldikdən sonra bütün kütləvi informasiya vasitələri kimi "Səs" qəzeti də öz fəaliyyətini normal şəkildə davam etdirir və həm ölkə rəhbərinin, həm də YAP-ın fəaliyyəti haqda cəmiyyəti məlumatlandırmaq missiyasını davam etdirdi. Məhz buna görə ümumilli lider YAP-ın 10 illik yubileyindəkı çıxışında "Səs"-i Azərbaycanın tarixinə düşmüş bir qəzet kimi xarakterizə etmiş və demişdi: "Səs" qəzeti mənim üçün çox əziz qəzetdir. Mən bu qəzetin xidmətlərini xüsusi qiymətləndirirəm. O zaman ki, mən Naxçıvanda işləyirdim və Bakıda bəzi dairələrdə Naxçıvana qarşı ədalətsiz hərəkətlər olurdu. "Səs" qəzeti cəsarətlə çox ağıllı şəkildə məqalələr yazır, öz fikirlərini deyirdi. İctimaiyyətdə düzgün fikir formalaşmasına səy göstərirdi. Bu qəzetə qarşı təzyiqlər olurdu, lakin qəzet öz ideyaları uğrunda mübarizə aparmağı bacarırdı. “Səs” qəzetinin YAP-ın yaranmasında, cəmiyyətin maarifləndirilməsində və məlumatlandırılmasında çox böyük rolu olub. "Səs" qəzeti tarixə düşmüş bir qəzetdir".

1991-ci ildən etibarən qəzetin səhifələrində tanınmış şəxslərin məqalələri dərc olunurdu. Onlardan bəzilərinin adlarını qeyd etmək istəyirik- Ziya Bünyadov, Bəxtiyar Vahabzadə, Əli Əhmədov, Fərəməz Maqsudov, Xəlil Rza, Kərim Kərimov, Əli Nağıyev, Murtuz Ələsgərov, Siyavuş Novruzov, Məlik Dadaşov, Səyyad Aran və başqaları. Bu günkü əməkdaşlarımız onların yaratdığı məktəbin layiqli davamçılarıdır.

Keçən 35 ildə “Səs” qəzetinin, həmçinin bütün mətbuatımızın keçdiyi yola qısaca nəzər salsaq bu tarixi dövrün necə mühüm bir nəticəyə gətirib çıxardığını görə bilərik.

90-cı illərdən sonra mətbuatımız yeni prinsiplərlə işləməyə başladı. Lakin keçid dövrünün problemləri bütün sahələrdə olduğu kimi, mətbuat sahəsində problemlər yaratmışdı. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan mətbuatının inkişafına dövlət dəstəyi gücləndi.

Ümummilli lider mətbuatın inkişafı üçün münbit şərait yaratdı. Bunun nəticəsidir ki, neçə-neçə yaşlı jurnalist Prezident təqaüdünə təqdim olundu, qəzetlərin nəşriyyata olan borcları donduruldu, həmkarlarımız müxtəlif mükafatlarla təltif olundular. Məhz bunun nəticəsidir ki, hər ilin yekununda ulu öndər Heydər Əliyev KİV tərəfindən "Mətbuatın dostu" adına layiq görülürdü.

Heydər Əliyevin siyasi kursu bu gün onun varisi tərəfindən layiqincə davam etdirilir. Prezident İlham Əliyev bu gün mətbuatın inkişafı üçün lazımi addımlar atır, tapşırıqlar və sərəncamlar verir.

Ölkə mətbuatının inişafına, müasir tələblərə uyğunlaşdırılmasına çalışılır. KİV-lərə verilən maliyyə yardımları, qrantlar, həyata keçirilən layihələr mətbuatımızın inkişafına təkan verir. Jurnalistlər arasında keçirilən müsabiqələrdə hər il onlarla həmkarımız maliyyə mükafatı qazanır.

Prezident İlham Əliyev də ümumilli liderin yolunu davam etdirərək, mətbuatın inkişafı naminə qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borcunu birdəfəlik ləğv edib və layiqli jurnalistlərə mükafatlar verib. Milli mətbuatımızın ildönümlərində Prezidentin sərəncamı ilə mətbuatımızın inkişafında xidmətləri olan jurnalistlərə fəxri adlar və sair mükafatlar verilir.

Bundan başqa, Prezidentin sərəncamı ilə jurnalistlər üçün 2 böyük bina tikilib və ümumilikdə 410 jurnaist ailəsi mənzillə təmin olunub. Jurnalistlərə belə dövlət qayğısına dünyanın çox az ölkəsində rast gəlinir. Bütün bunlar jurnalistlərin həyat və iş şəraitinin yaxşılaşmasına səbəb olur.

Bu gün ölkədə yüzlərlə media orqanı- qəzet, jurnal, televiziya, radio, informasiya agentliyi, xəbər saytı fəaliyyət göstərir.

“Səs” qəzeti bu günkü fəaliyyəti ilə də ümummilli lider Heydər Əliyevin siyasi kursunu, ideyalarını yaşadan və həyata keçirən müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasətinə, Yeni Azərbaycan Partiyasının fəaliyyətinə sadiqdir və daim bu amal uğrunda çalışır.

Qəzet ölkədə və dünyada baş verən hadisələri, insanların fikirlərini, əldə olunan uğurları və problemləri də öz səhifələrində işıqlandırır. Eyni zamanda, qəzetimiz dövlətimizin həyata keçirdiyi siyasətin ictimai rəyə təqdim olunması, obyektiv olaraq bu siyasətin xalqa çatdırılmasında fəal iştirak edir.

Torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən 2-ci Qarabağ müharibəsi dövründə, ondan əvvəl də, sonra da “Səs” Media Qrupu informasiya müharibəsində öz sözünü dedi, Azərbaycan həqiqətlərini, Ali Baş Komandanımızın fəaliyyətini ölkə ictimayyətinə və müxtəlif beynəlxalq dillərdə dünya ictimaiyyətinə çatdırmaq üçün əzmlə çalışdı.

Qəzetin internet saytı (sesqazeti.az) fəaliyyət göstərir və xarici ölkələrdə yaşayan azərbaycanlıların qəzeti oxuması imkanı var.

Qəzetin bazasında yaranan və qısa müddətdə ictimaiyyətin rəğbətini qazanan “Səs” İnformasiya Agentliyi (SİA) və “Səs” TV ilə birlikdə, ümumilikdə “Səs” Media Qrupunun redaksiya heyəti 40 nəfərə yaxındır. Ölkənin bir sıra bölgələrində müxbir postları var.

Dövrün tələblərinə uyğun olaraq, “Səs” qəzeti də daim yenilənir, müasir texnologiyalara yiyələnir. Azərbaycanda ilk dəfə olaraq qəzet səhifələrində dərc olunan materialların quar-kod vasitəsilə elektron olaraq videoformatda izlənə bilməsi üçün xüsusi sistem yaradılıb.

Şübhə yoxdur ki, "Səs" qəzeti başda olmaqla “Səs” Media Qrupunun kollektivi yeni informasiya texnologiyalarını mənimsəmək və beynəlxalq media məkanında tanınmış bir media platformaya çevrilmək sahəsində qarşıya çıxan həlli vacib çoxsaylı vəzifələrin öhdəsindən bacarıqla gələcək.

“Səs” qəzeti ölkə mətbuatında özünün xüsusi yeri ilə seçilir. Qəzet dövlət və xalq arasında münasibətlərin daha da yaxınlaşması, cəmiyyətin maarifləndirilməsi üçün mütamadi olaraq media layihələr həyata keçirir. Əlamətdar tarixi günlərdə qəzetin xüsusi buraxılışları, multimedia diskləri və digər əlavələri buraxılır. Qəzetin yubiley günlərində xüsusi nömrələr buraxılır.

Bir daha qəzetimizin bütün sadiq oxucularına əməkdaşlıq etdiyimiz bu 35 ildə bizimlə birgə olduqları üçün təşəkkür edirik. Bu təkcə bizim yox, həm də sizin bayramınızdır.

Nə qədər ki, Azərbaycan var, “Səs” qəzeti də olacaq. “Səs” qəzeti həmişə böyük və qüdrətli Azərbaycanın səsi olacaq.

Elçin Bayramlı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Yanvar 2026 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see960

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see421

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see375

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see358

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see284

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see268

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see257

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see221

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see219

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see215

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see212

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see210

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see208

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see204

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see191

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see186

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see186

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see181

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see173

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri