Icma.az
close
up
RU
1500 məktəbin BAĞLANMA təhlükəsi Nazir buna nə deyəcək?

1500 məktəbin BAĞLANMA təhlükəsi Nazir buna nə deyəcək?

Icma.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.

Bu ideya gerçəkləşərsə, kəndlər daha sürətlə boşalacaq; təkcə şagirdlər üçün deyil, müəllimlərə də ciddi problemlər yaranacaq

Təhsil Nazirliyi xərclərin optimallaşdırılması məqsədilə təxminən 4400 məktəbdən 1500-nün bağlanılmasını müzakirə edir. Bu, ciddi müzakirələrə və etirazlara səbəb olub. 

Bir neçə gün öncə elm və təhsil naziri Emin Əmrullayev qeyd etmişdi ki, ölkədə mövcud olan 4400 məktəbin təxminən 1500-də şagird sayı 100-dən azdır və bu səbəbdən rasionallaşmaya ehtiyac var: “4400 məktəbimizin təxminən 1500-də şagird sayı 100-dən azdır. Bu o deməkdir ki, sinifdə 7-8 şagird var. Məsələn, məktəbdə 1 dənə 6-cı, 7-ci, 8-ci sinif varsa, bu o deməkdir ki, o məktəbdə 7-8 saat kimya dərsi var, çünki sinif yoxdur. Məsələn, Daşkəsən rayonunda bir şagirdə çəkilən orta xərc təxminən Bakıda olan özəl məktəbin qiyməti - 8500 manata qədərdir, amma nəticə yoxdur. Əksinə, Bakıda 30-32 nəfər şagirdi olan məktəbdən biz daha yaxşı nəticə görürük. Önəmli məsələ müəllimin keyfiyyətidir. Sinifdə 1 uşaq olanda da, 30 uşaq olanda da dövlət 25 min manat pul xərcləyir. Bir uşağa o vaxt 25 min manat xərcləmək olar ki, orada nəticə var. Bizim belə 4 şagirdi, 4 sinfi, 32 müəllimi olan məktəblərimiz çoxdur. Uzun sözün qısası, rasionallaşmaya ehtiyac var, ağrılı proses olsa da, biz buna getməliyik”.

Düzdür, xüsusilə rayonlarda şagird sayı 100-dən az olan məktəblər var. Bunun səbəbi odur ki, rayonlarda işsizlik səbəbindən bir çox kənd boşalıb və əhali şəhərlərə transfer edib. Əgər 1500 məktəb bağlanarsa, bu, minlərlə şagirdin təhsilinə mənfi təsir göstərə bilər. Qonşu kəndlərdəki məktəblərə getmək ciddi problemlər yarada bilər. Məsələ məktəbləri bağlamaq yolu ilə deyil, əhalinin rayonlara, kəndlərə marağının artırılması ilə kompleks şəkildə hökumət tərəfindən həll edilə bilər. Uşaq azdır deyə məktəb bağlamaq, bunu xərclərlə əlaqələndirmək təhsilə və əhaliyə qeyri-ciddi yanaşma hesab oluna bilər. 

Məsələn, təhsil sahəsində dünyaya meydan oxuyan, nümunə göstərilən Yaponiyada cəmi bir şagirdə görə dəmir yolu stansiyası fəaliyyət göstərir. Bu ölkənin dəmir yolları şirkəti Hokkaydo adasında, ölkənin ən ucqar nöqtələrindən olan Kami-Şiratakidəki stansiyasını cəmi bir gimnaziya tələbəsinə görə bağlamır ki, həmin qız məktəbə gedib-gələ bilsin. Bu səbəbdən də həmin stansiyanı “bir nəfərlik dəmir yolu vağzalı” adlandırırlar.

Yaponiya Dəmir Yolları Şirkətinə məxsus qatar Kami-Şiratakidəki stansiyasında cəmi iki dəfə dayanır-gimnaziya tələbəsi dərsə gedəndə və qayıdanda. Yaxud dünya təcrübəsində ucqar yaşayış məntəqələrində 3-5 nəfərə görə məktəb açılması təcrübəsi var. 

Ceyhun Məmmədov

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov plenar iclasda çıxışı zamanı yeni məktəbəqədər və orta təhsil müəssisələrinin inşa edilməsinin önəmini vurğulayıb: “Əksər ərazilərdə ciddi şagird sıxlığı var. Rəsmi açıqlamalara əsasən, xərclərin optimallaşdırılması məqsədilə təxminən 4400 məktəbdən 1500-nün bağlanılması planlaşdırılır. Düşünürəm ki, məktəb həm də ideoloji və mədəni məsələdir. Eyni zamanda bu məsələ kəndlərin sürətli boşalmasına gətirib çıxaracaq”. 

Təhsil eksperti Kamran Əsədov isə Musavat.com-a açıqlamasında deyib ki, 1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər: “Məktəblərin bağlanması məsələsi yalnız iqtisadi qərar deyil, həm də sosial, mədəni və ideoloji təsirləri olan həssas məsələdir. Bu qərar xüsusilə kənd rayonlarında, dağlıq və dağətəyi ərazilərdə yerləşən məktəbləri əhatə edir. Lakin məktəblərin bağlanması təhsilin əlçatanlığı, şagirdlərin rifahı və regionların sosial-iqtisadi inkişafı baxımından ciddi problemlər yarada bilər. Azərbaycanda məktəblərin bağlanması əsasən şagird sayının azalması ilə izah edilir. Əhalinin kəndlərdən şəhərlərə və ya xarici ölkələrə kütləvi köçü nəticəsində bəzi kənd məktəblərində siniflərdə şagird sayı azalır. Məktəblərin saxlanması üçün ayrılan vəsait bu şərtlərdə səmərəsiz görünə bilər. Lakin bu vəziyyətin yalnız iqtisadi yanaşma ilə həlli mümkün deyil. Məktəb yalnız təhsil müəssisəsi deyil, həm də kəndlərdə sosial və mədəni həyatın mərkəzi, əhali üçün motivasiya mənbəyidir. Onların bağlanması əhalinin həmin əraziləri daha da sürətlə tərk etməsinə gətirib çıxara bilər. Bu proses isə kəndlərin boşalması və demoqrafik tarazlığın pozulması ilə nəticələnər. Dağ rayonlarında məktəblərin bağlanması xüsusi narahatlıq doğurur. Bu bölgələrdə coğrafi şəraitin çətinliyi, nəqliyyat və infrastruktur problemləri təhsilə çıxışı daha da çətinləşdirir. Şagirdlərin daha uzaq məsafələrdəki məktəblərə daşınması nəzərdə tutulsa da, bu proses yetərli səviyyədə təşkil edilmir. Köhnə mikroavtobuslarla həyata keçirilən daşınma təhlükəsizlik və rahatlıq baxımından standartlara uyğun deyil. Qış aylarında yolların sürüşkən olması, qarla bağlanması və avtobusların müntəzəm işləyə bilməməsi isə şagirdlərin məktəbə davamiyyətini daha da çətinləşdirir. Bu vəziyyət valideynləri övladlarını məktəbə göndərməkdən çəkindirir və erkən təhsildən yayınma hallarını artırır”.

Kamran Əsədovun fikrincə, məktəblərin bağlanması yalnız şagirdlər üçün deyil, müəllimlərə də ciddi problemlər yaradır:

“Bağlanan məktəblərdə çalışan müəllimlərin iş yerlərinin itirilməsi və ya digər məktəblərdə işlə təmin olunmaq üçün uzaq ərazilərə köçməsi tələb olunur. Bu, müəllimlərin ailə və sosial mühit baxımından çətinliklər yaşamasına səbəb ola bilər. Müəllimlərin kənd yerlərindən kütləvi şəkildə şəhərlərə köçməsi isə həmin ərazilərdə təhsil keyfiyyətinin daha da aşağı düşməsi ilə nəticələnə bilər. Bu vəziyyətin həlli üçün bir neçə əsas yanaşma tətbiq edilə bilər. İlk növbədə, bağlanma riski ilə üzləşən məktəblər üçün fərdi həllər nəzərdən keçirilməlidir. Şagird sayı az olan məktəbləri bağlamaq yerinə onların mərkəzləşdirilməsi, daha iri məktəblərlə birləşdirilməsi və ya yeni təhsil modelləri tətbiq edilməlidir. Məsələn, birləşdirilmiş siniflərdən və ya distant təhsil texnologiyalarından istifadə etməklə şagirdlərə təhsil almaq imkanı yaradılmalıdır. Texnologiya əsasında distant təhsil imkanları regionlarda təhsilin əlçatanlığını artırmaq üçün əvəzolunmaz vasitə ola bilər. Şagirdlərin daşınması məsələsi isə ciddi şəkildə nəzərdən keçirilməlidir. Daşınma üçün müasir, təhlükəsiz və rahat nəqliyyat vasitələrinin təmin edilməsi vacibdir. Bu nəqliyyat vasitələrinin müntəzəm olaraq texniki baxışdan keçirilməsi və hava şəraitinə uyğun təchiz edilməsi tələb olunur. Eyni zamanda, şagirdlərin dərs bitmə vaxtlarının uyğunlaşdırılması və daşınmanın daha koordinasiyalı şəkildə həyata keçirilməsi vacibdir. Daşınma prosesi zamanı şagirdlərin təhlükəsizliyi və rahatlığı təmin edilməzsə, təhsildən yayınma hallarının artması qaçılmazdır. Kənd məktəblərinin bağlanması əvəzinə onların modernləşdirilməsi və əlavə funksiyalarla təchiz edilməsi də nəzərə alınmalıdır. Məktəblər yalnız təhsil müəssisəsi deyil, həm də mədəniyyət və ictimaiyyət mərkəzi kimi fəaliyyət göstərə bilər. Məsələn, kənd məktəblərində peşə təhsili, sənət və mədəniyyət dərnəkləri və ya kənd təsərrüfatı sahəsində tədris proqramları təşkil edilə bilər. Bu, məktəblərin yalnız təhsil sahəsində deyil, həm də kəndlərin iqtisadi və sosial inkişafında mühüm rol oynamasına imkan yaradar. Əhalinin həmin əraziləri tərk etməməsi üçün isə dövlətin kəndlərin infrastrukturuna, yollarına və sosial xidmətlərinə diqqət yetirməsi vacibdir. Məktəb kənd icmasının əsas dayağıdır və onun bağlanması həmin icmanın gələcəyini təhlükə altına ata bilər. Təhsilin əlçatanlığı və keyfiyyəti yalnız məktəbin fiziki mövcudluğu ilə deyil, həm də bu məktəblərin müasir standartlara uyğun fəaliyyət göstərməsi ilə təmin edilməlidir. Dövlət bu məsələdə balanslı və inklüziv yanaşma nümayiş etdirməli, təhsil və sosial siyasəti daha koordinasiyalı şəkildə həyata keçirməlidir. Məktəblərin bağlanması yalnız müvəqqəti iqtisadi qənaət gətirə bilər, lakin uzunmüddətli perspektivdə həm təhsilə, həm də cəmiyyətin ümumi rifahına ciddi ziyan vura bilər. Bu səbəbdən bu məsələni daha dərindən və strateji şəkildə həll etmək lazımdır”.

Etiraz dolu açıqlamalardan sonra Elm və təhsil naziri Emin Əmrullayev ölkədə mövcud olan 4400 məktəbdən 1500-nün bağlanacağı barədə yayılan xəbəri təkzib edib.

Nazir sosial şəbəkədə məsələyə belə aydınlıq gətirib:

“Bu, doğru məlumat deyil. Bu barədə bir qədər sonra açıqlamamız olacaq. Bu, əvvəllər də qeyd etdiyim ”eşitdiyini və ya oxuduğunu doğru anlamamaq" problemindən irəli gələn məsələdir. Aydınlaşdırmaq üçün daha detallı məlumat ictimaiyyətə ən qısa zamanda təqdim ediləcək".
“Yeni Müsavat”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 28 Noyabr 2024 09:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see378

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see370

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see361

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see358

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see349

Kravçenko: Ukrayna iqtisadiyyatına dəyən ziyan 2026 cı ildə 10 milyard dollar təşkil edəcək

13 Sentyabr 2026 04:10see308

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see278

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see274

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see265

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see260

Bu gün SOCAR ın yaranma günüdür

13 Sentyabr 2026 12:24see247

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see242

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see239

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see236

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see236

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see222

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see222

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see208

Bədəndə çoxlu xalınız varsa, buna diqqət edin!

13 Sentyabr 2026 02:01see206

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri