“Volkswagen”də böhran dərinləşir Zavodlarda bağlanma təhlükəsi
Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.
Almaniyanın avtomobil nəhəngi “Volkswagen”in maliyyə itkiləri artıb. Çin avtomobillərinin güclənməsi və elektriklə işləyən maşınlara marağın artması şirkətin satışlarına mənfi təsir göstərib.
“Yeni Sabah” xəbər verir ki, “Volkswagen” 2026-cı ilin üçüncü rübündə 5,8 milyard avro zərər etdiyini açıqlayıb. Şirkətin satışları ötən ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz azalaraq 75,3 milyard avroya düşüb. Ötən ilin eyni dövründə də şirkət zərərlə üzləşmişdi. Həmin vaxt açıqlanan zərər 1,1 milyard avro təşkil etmişdi.
“Volkswagen”in əməkdaşları ilə bağlı qərarı da gündəmə gəlib. Şirkət 2030-cu ilədək işçilərin maaşlarını artırmayacağını açıqlayıb. Bundan başqa, avtomobil istehsalçısının Almaniyadakı dörd zavodunu bağlamağa hazırlaşdığı barədə xəbərlər yayılıb. Şirkət bu məlumatları təkzib etməyib. pizza
Dünyanın ən böyük avtomobil bazarı olan Çində rəqabətin sərtləşməsi “Volkswagen” və digər iri istehsalçıların satışlarına təsir göstərir. Tələbatın zəifləməsi avtomobil şirkətlərinin maliyyə itkilərini artırır. “Audi”, “Seat” və “Skoda” kimi markaları da birləşdirən “Volkswagen” qrupu ötən ay illik mənfəətinin 10 milyard avro azala biləcəyi barədə xəbərdarlıq etmişdi. Buna səbəb əsasən Çin bazarında çətinliklərlə üzləşən “Porsche” şirkətindəki payların dəyərinin azalması olub.
Çin istehsalı olan avtomobillər müasir istehsal texnologiyaları və qiymət baxımından əlverişli təklifləri ilə daha çox alıcının marağına səbəb olur.
Qeyd edək ki, Çin dünya üzrə elektrik avtomobillərinin istehsalının təxminən 75 faizinə sahibdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 29 Oktyabr 2026 17:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















