16 ildir su altında qalan kənd yenidən üzə çıxdı Fotolar
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyənin Sivas vilayətinin Hafik rayonunda yerləşən tarixi kənd illər sonra üzə çıxıb.
“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, bu, Pusat-Özen anbarında su səviyyəsinin azalması nəticəsində baş verib.
Belə ki, sözügedən kənd 2009-cu ildə tikilən su anbarı nəticəsində yoxa çıxıb. Lakin hazırda quraqlıq və suyun digər bölgələrə ötürülməsi səbəbindən anbardakı su səviyyəsi kəskin şəkildə azalıb.
Bildirilir ki, kəndin su altında qalmasından sonra illərlə yalnız məscidin minarəsi suyun üzərində görünürdü. Ancaq son həftələrdə suyun daha da çəkilməsi nəticəsində minarə ilə birlikdə məscidin günbəzi və kənd evlərinin bəziləri də tam şəkildə ortaya çıxıb.
Ərazidən çəkilən fotolar isə sosial şəbəkələrdə böyük maraq doğurub.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 08 Oktyabr 2025 10:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















