16 yaşlı oğlanın gözündən diş çıxdı Fotolar
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Hindistanda həkimlər nadir tibbi halla qarşılaşıblar. Sol göz qapağında şişkinlik şikayəti ilə xəstəxanaya müraciət edən 16 yaşlı oğlanın göz yuvasında tam inkişaf etmiş köpək dişi aşkarlanıb.
“Qafqazinfo” xəbər verir ki, müayinə zamanı onun göz qapağındakı şişkinliyin səbəbinin diş olduğu müəyyən edilib.
Kompüter tomoqrafiyası (KT) müayinəsi dişin tac və kök hissələrinin göz yuvasının yuxarı nahiyəsində yerləşdiyini göstərib.
Aravind Göz Xəstəxanasında aparılan əməliyyatla diş uğurla çıxarılıb. Həkimlər bunun tibbi ədəbiyyatda göz yuvasının yuxarı hissəsində aşkarlanan ilk və yeganə ektopik diş halı olduğunu bildiriblər.
Ektopik diş normal yerləşməli olduğu nahiyədən kənarda inkişaf edən dişə deyilir. Həkimlər çıxarılan toxumanın saç, sümük və diş toxumaları ehtiva edə bilən teratoma tipli şiş olmadığını da müəyyən ediblər.
Adətən, çənə sinusunda rast gəlinən bu nadir inkişaf pozuntusunun təkrarlanma ehtimalının aşağı olduğu bildirilir. Əməliyyatdan sonra yeniyetmənin səhhətinin yaxşı olduğu qeyd edilib.


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 17 Oktyabr 2026 03:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















