Icma.az
close
up
RU
16 manat ödəniş icbari olmayacaq, könüllüdür AÇIQLAMA

16 manat ödəniş icbari olmayacaq, könüllüdür AÇIQLAMA

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kim ödəyəcəksə, icbari tibbi sığortanın imkanlarından istifadə edə biləcək

“Hökumətin yanaşması bundan ibarətdir ki, rəsmi iş yeri olmayanların böyük əksəriyyəti qeyri-rəsmi hansısa işlə məşğuldurlar”

 İşsizlərin, yəni qeyri-formal məşğul şəxslərin icbari tibbi sığorta üçün aylıq 16 manat ödəyəcəyi barədə “Tibbi sığorta haqqında” qanuna təklif olunan dəyişiklik anlaşılmazlıq yaradıb. Məlumdur ki, ölkəmizdə qeyri-formal işləyənlər var. Kimisi ev təmiri ilə məşğuldur, kafel-metlax düzən, santexnika işləri görən, evində tikiş maşını işlədib 10-15 manat qazananlar var. Qısası, sənətkar adlandırdığımız şəxslər var ki, rəsmi olaraq heç bir yerdə işçi kimi qeydiyaytada deyil, amma çörəkpullarını qazanırlar. Tikintidə çalışan fəhlələr, taksi sürücülüyü edənlər də həmçinin. Anlaşılmayan budur ki, belə şəxslər icbari tibbi sığorta haqqı ödəməyə necə cəlb ediləcək? İTS əməkdaşları insanları izləyəcək, güdəcəkmi, pul qazandı, ya qazanmadı? Məsələ, insanların necə, hansı prosedurla icbari tibbi sığorta haqqı ödəməyə məcbur ediləcəyidir. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bunun izahını verib. “Qafqazinfo”ya açıqlamasında millət vəkili bildirib ki, icbari tibbi sığorta sığortaların bir növüdür və məqsəd sığorta olunan şəxslərin sığorta hadisəsi baş verdikdə onlara dəyən zərərin, xəstəliyin və zədənin aradan qaldırılması üçün maliyyə təminatının yaradılmasıdır: “Əgər biz minik avtomobillərimizi, evlərimizi sığorta ediriksə və bu, icbari qaydada həyata keçirilirsə, həyatımızı niyə sığorta eləmirik? Dünyanın səhiyyənin icbari sığorta sistemində çalışdığı hər yerində müəyyən qrup insanları dövlət öz təminatına götürür, qalan şəxslər isə sığorta haqları ödəməklə, icbari tibbi sığorta haqqı əldə edirlər. Kimsə istəməsə ki, icbari sığorta ödəsin, özəl qaydada özəl klinikalarda müalicəsini ala bilər. Azərbaycanda da icbari sığorta qəbul olunanda sual yaranmışdı ki, bəs işləməyən şəxslərin sığorta məsələsi necə olacaq? O zaman cənab Prezidentin göstərişi ilə işləməyən şəxslər də bu kateqoriyaya daxil olundu”. Musa Quliyevin sözlərinə görə, ilkin mərhələdə bu insanlara böyük güzəşt olundu: “Beləliklə, məşğulluğundan asılı olmayaraq, hər kəsə icbari tibbi sığortadan faydalanmaq imkanı yaradıldı. Amma bu, müvəqqəti keçid qayda idi. İndi “Tibbi sığorta haqqında” qanuna təklif olunan dəyişiklikdən sonra gələn ildən dövlət qeydiyyatında olan şəxslər – uşaqlar, əlilliyi olan şəxslər, pensiyaçılar istisna olmaqla, formal və ya qeyri-formal işləyən şəxslər, yaxud qazanc mənbəyi məlum olmayan insanlar ayda 16 manat ödəməklə, icbari tibbi sığortadan yararlanmaq hüququ əldə edirlər. Bu, sosial ədalət prinsipinin qorunmasına xidmət edəcək. Yəni bir vətəndaş işləyirsə, yüksək əməkhaqqı alırsa, öz əməkhaqqısından yüksək icbari tibbi sığorta haqları ödəyirsə, digər vətəndaşlar niyə onun ödədiyi vəsaitdən özünün qatqısı olmadığı halda istifadə etməlidir? Bu suallar da cəmiyyətdə çıxa bilər”. O əlavə edib ki, bu qayda məcburi deyil, amma ödəniş etməyən vətəndaşlar icbari tibbi sığorta xidmətlərindən yararlana bilməyəcəklər. Parlamentari vurğulayıb ki, bu baxımdan, ayda 16 manat sığorta haqqı ödənilməsi bir il ərzində özəl sektorda instrumental müayinənin, MRT və ya USM qiyməti qədər də deyil: “Yəni bu mənada 16 manat böyük vəsait deyil. Bu, eyni zamanda vətəndaşların əməkhaqlarının leqallaşdırılması, iş yerlərinin qeyri-formaldan formala keçirilməsi məsələsində də öz rolunu oynayacaq. Bu mənada bu, müsbət addımdır. Qanun qəbul olunduqdan sonra İcbari Tibbi Sığorta Agentliyi qaydaları müəyyənləşdirəcək. Bunun ən sadə mexanizmi hər kəsin öz poliklinikasına müraciət edərək sığorta kartı almasıdır və ya hesab açdırmaq, o hesaba da vəsaiti aybaay ödəməkdir. Yaxud da bir illik sığorta haqqını ödəmək də mümkün olacaq”.

Bəs vətəndaş Dövlət Məşğulluq Agentliyində rəsmi qeydiyyata alınıb işsiz hesab ediləcəksə, o zaman necə olacaq?  

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov məsələni belə izah edib:

- Tutaq ki, kimlərsə sənətkarlıqla məşğuldurlar, hansısa təmir işlərini həyata keçirirlər və ya müxtəlif xidmətlər göstərirlər. Məsələn, təmir-tikinti briqadaları qeyri-formal şəkildə ev təmiri edir, fərdi evlər tikirlər və sair. Faktiki olaraq qazanc əldə edirlər, amma sığorta ödənişləri etmirlər. Onlar muzdlu əməyə cəlb olunmayıblar, VÖEN-ləri yoxdur, vergi uçotunda da deyillər. Bu kateqoriya həmin şəxslər üçün nəzərdə tutulub. Amma açığı, onların necə müəyyən ediləcəyi bir qədər qeyri-müəyyəndir. Yəni kimsə işsiz kimi uçota durmayıbsa və iş axtaran şəxs qismində müraciət etməyibsə, həmin şəxslərin qeyri-formal məşğul kimi avtomatik qeydiyyata alınacağı ehtimal olunur. Mən belə düşünürəm. O halda, doğrudan da işi olmayan insanlar gedib işsiz kimi qeydiyyata düşməlidirlər. Hər halda, bunun necə və hansı qaydada həyata keçiriləcəyi hələ məlum deyil. Söhbət ondan gedir ki, həmin şəxslərin qazancı var, lakin nə fərdi sahibkar kimi vergi uçotunda dururlar, nə də muzdla işləyirlər, yəni konkret əmək müqavilələri yoxdur. Bu mexanizm də məhz həmin şəxsləri əhatə edir.

İqtisadçı Natiq Cəfərli Sherg.az-a açıqlamasında qeyd etdi ki, 16 manat ödəniş icbari olmayacaq, könüllüdür:

- Yəni işsiz insan istəsə özünü sığortalayacaq. Amma bu, məntiqsiz görünür. İşsiz insan zatən işsizdirsə, necə ödəyə bilər həmin məbləği? Sadəcə, hökumətin yanaşması bundan ibarətdir ki, rəsmi iş yeri olmayanların böyük əksəriyyəti qeyri-rəsmi hansısa işlə məşğuldurlar. Kimisi çatdırılma xidmtəində, kimisi taksidə işləyir, kimisi ofisiant işləyir və sair. Bu, onlara aiddir. Qeyri-rəsmi işləyənlərə təklif olunur ki, 16 manat ödəyin. Bu, könüllüdür. Kim ödəyəcəksə, icbari tibbi sığortanın imkanlarından istifadə edə biləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:288
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 Noyabr 2025 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see525

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see486

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see358

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see278

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see273

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see264

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see261

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see258

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see251

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see236

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see235

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see235

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see231

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see219

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see210

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see206

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see200

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see182

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see173

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri