Icma.az
close
up
RU
Avtobuslarda məsafəyə uyğun ödəniş tətbiq OLUNACAQ? RƏSMİ AÇIQLAMA

Avtobuslarda məsafəyə uyğun ödəniş tətbiq OLUNACAQ? RƏSMİ AÇIQLAMA

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sərnişinlər şəhərətrafı və qəsəbələrarası avtobuslarda gediş haqqının düzgün hesablanmamasından narazıdırlar. Hazırda Azərbaycanda marşrut avtobuslarında ümumiyyətlə sabit tariflərlə ödəniş alınır, yəni məsafədən asılı olmayaraq hər kəs eyni məbləği ödəyir. Bu isə ölkədə marşrut avtobuslarında məsafəyə görə ödəniş sisteminin tətbiqi ilə bağlı müzakirələri yenidən aktuallaşdırır.
 

Qeyd edək ki, Nazirlər Kabineti 2020-ci ilə dair hesabatında “mütərəqqi beynəlxalq təcrübə”ni nəzərə alaraq avtobus və metroda sərnişinlərin gedəcəyi məsafəyə uyğun gediş haqqını ödəyəcəkləri ilə bağlı mexanizm hazırlamışdı. Belə ki, qısa məsafəni gedən sərnişinlə uzun məsafəni gedən sərnişin eyni məbləği ödəməyəcək. Lakin  bu mexanizm işləmir və nəticədə sadə vətəndaş əlavə xərcə düşür.


Əslində gedişhaqqının məsafəyə uyğun ödənilməsi təcrübəsi dünyanın əksər ölkələrində tətbiq edilir. Hətta bir sıra ölkələrdə gedişhaqqı üçün günlük, həftəlik və aylıq kartlardan istifadə olunur. Sosial vəziyyəti zəif olan və ictimai nəqliyyatdan gün ərzində daha çox istifadə edən təbəqələr üçün müəyyən güzəştlər mövcuddur. Buna misal olaraq Türkiyədə tələbələr aylıq  100 lirə (təxminən 10 manat) ödəməklə 200 gediş əldə edirlər. Eyni zamanda Almaniya hökuməti də 49 avroluq aylıq biletin tətbiqini təsdiqləyib. SSRİ vaxtı Azərbaycanda da bənzər bir  ənənə lakin fərqli bir formatda tətbiq olunub. Həmin dönəmdə sərnişinlərə sərfəli qiymətə aylıq biletlər satılıb.
Lakin, məsafəyə görə ödəniş sisteminin tətbiqi ilə, sərnişinlərin gedəcəkləri məsafəyə uyğun olaraq daha ədalətli qiymət müəyyən oluna bilər. Yəni daha az məsafə qət edən sərnişinlər daha az ödəniş edə bilər.
Bəs, Azərbaycanda məsafəyə görə ödəniş tətbiq olunması nə qədər realdır? Bu yöndə nə kimi addımlar atıla bilər?
Mövzu ilə bağlı millət vəkili Vüqar Bayramova  müraciət etdik.

O, nəqliyyat sektorunda ödəniş sisteminə yenidən baxılmasına və təkmilləşdirilməsinə ehtiyac olduğunu vurğuladı.
"Ödəniş sisteminin təkmilləşdirilməsi nəqliyyat sektorunda ödənişlərin sistemli şəkildə cəlb edilməsini asanlaşdıracaq. Bununla yanaşı, mütəmadi olaraq ictimai nəqliyyatdan istifadə edən insanların daha ucuz qiymətlərlə səyahət etməsinə imkan verəcək".
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərovun fikrincə, hazırki vəziyyətdə sözügedən sistemə keçid mümkün görünmür.
"Ötən il ictimai nəqliyyatda sərnişindaşımanın bu təkliflər əsasında təşkil olunması təklif edilib, müzakirələr aparılıb. Məqsəd ondan ibarət idi ki, dövlət daşıyıcılara subsidiyalar verir. Onlar da mütəmadi olaraq sərnişindaşımanı həyata keçirirlər. Hətta bir sərnişin olsa belə marşrutlar buraxılır. Bu, həm avtobus sayının artırılmasına gətirib çıxarır, həm də qiymətlərin diferensiollaşdırılması da mümkün ola bilər. Məsələn, bir təqaüdçü sərnişindən başqa məbləğ alına bilərdi, digərlərindən isə başqa. Lakin bütün bunları həyata keçirmək üçün razılaşmalar həyata keçməlidir", - deyə E.Cəfərov fikrini yekunlaşdırıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) isə bildirildi ki, marşrutlarda məsəfəyə görə differensial ödənişlərin tətbiqi üçün xüsusi infrastruktur qurulmalı, nağdsız ödənişlərə keçid tam təmin edilməlidir.
“Müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında ödənişlər məsafədən asılı olmayaraq 50 qəpik təşkil edir. Şəhərətrafı və qəsəbələrarası avtobuslarda tariflər isə məsafəyə görə dəyişir. Hazırda sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər görülür”.

Ayşən Rəhim, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://bizim.media
archiveBu xəbər 28 Fevral 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see198

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see196

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see183

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see172

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see148

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri