16 yaşlı uşaq yatan atasını tapança ilə başından vurub VİDEO
Sonxeber.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Samsunda 16 yaşlı oğlan atasını yatağında yatarkən tapança ilə başından vuraraq ağır yaralayıb. Hadisə səhər saatlarında Samsunun Atakum səmtində 9 mərtəbəli binanın 5-ci mərtəbəsində baş verib.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, əldə edilən məlumata görə, 16 yaşlı A.A evdə zorakılıq etdiyini deyərək atası A.Harunu yatağında tapança ilə başından atəş açıb. Hadisə yerinə təcili yardım və polis qrupları sövq edilib.
Ağır yaralanan A.Harun təcili yardımla Samsun Ondokuz May Universiteti Tibb Fakültəsi Xəstəxanasına aparılaraq əməliyyat olunub. Atasını tapança ilə vuran A.A. cinayətdə istifadə etdiyi atasına məxsus sənədli tapança ilə hadisə yerində polis tərəfindən tutularaq Samsun Təhlükəsizlik Müdirliyi Gənclik Şöbəsi Müdirliyi qruplarına təhvil verilib.
Polis hadisənin baş verdiyi evdə araşdırma aparıb. Hadisə ilə bağlı istintaq davam edir.
Vüsalə İbrahimli
Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 09 Dekabr 2024 11:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















