16 yaşlı oğlan atasını öldürdü: anasını döydüyü üçün
Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyənin Elazığ vilayətində 16 yaşlı yeniyetmə anasını döyən atasını bıçaqlayaraq öldürüb.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Abdullah Paşa məhəlləsində qeydə alınıb.
Məlumata görə, 39 yaşlı Y.B. evdə həyat yoldaşı ilə mübahisə edərək ona fiziki zorakılıq tətbiq edib.
Anasının döyüldüyünü görən 16 yaşlı oğlu U.E.B. hadisəyə müdaxilə edib. Bu zaman ata ilə oğul arasında dava düşüb. Dava zamanı yeniyetmə atasına bıçaqla xəsarət yetirib.
Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları çağırılıb. Ağır yaralanan kişi Fırat Universitetinin xəstəxanasına çatdırılsa da, həkimlərin müdaxiləsinə baxmayaraq, həyatını itirib.
16 yaşlı yeniyetmə polis tərəfindən saxlanılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 10 Noyabr 2026 19:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















