17 İyun Ümumdünya Səhralaşma və Quraqlıqla Mübarizə Günüdür
Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu gün dünya üzrə səhralaşma və quraqlıqla mübarizəyə dair ictimai məlumatlılığı artırmaq, təbii sərvətlərin qorunmasına dəstək vermək və torpağın deqradasiyasına qarşı birgə səyləri gücləndirmək məqsədilə qeyd olunur.
Məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyi verib.
Torpaq həyatın əsas sütunudur. İnsan fəaliyyəti və iqlim dəyişikliyi nəticəsində isə torpaqların sürətlə deqradasiyaya uğraması, ərzaq təhlükəsizliyi və ekosistem sabitliyi üçün ciddi təhdid yaradır. Bu gün bizə göstərir ki, torpaq deqradasiyasının neytrallaşdırılması (TDN) – yəni torpağa neytral və ya müsbət təsir edən bir yanaşma – mümkündür və reallaşa bilər.
Birləşmiş Millətlər Təşkilatının Səhralaşma ilə Mübarizə Konvensiyası (UNCCD) çərçivəsində artıq 130-dan çox ölkə 2030-cu ilə qədər TDN hədəflərinə çatmağı öhdəsinə götürüb.
Bu il Ümumdünya Səhralaşma və Quraqlıqla Mübarizə Gününün “Torpağı bərpa et. İmkanların qapısını aç” şüarı torpağı bərpa etməyin yeni iş yerləri yaratmaq, ərzaq və su təhlükəsizliyini artırmaq, iqlim tədbirlərinə töhfə vermək və dayanıqlı iqtisadiyyat qurmaq baxımından nə qədər böyük potensiala sahib olduğunu vurğulayır.
Baxış sayı:78
Bu xəbər 17 İyun 2025 14:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















