Icma.az
close
up
RU
3 iyun Ümumdünya Velosiped Günüdür

3 iyun Ümumdünya Velosiped Günüdür

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

2018-ci il aprelin 12-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası hər ilin 3 iyun tarixini Ümumdünya Velosiped Günü elan edib. Bu tarixin BMT-nin dünya və beynəlxalq günləri siyahısına daxil edilməsinin məqsədi Baş Assambleyanın velosipeddən bədən tərbiyəsi vasitəsi kimi istifadəni təşviq etmək, sağlamlığın və rifahın yaxşılaşdırılması, ətraf mühitin deqradasiyasının qarşısının alınmasıdır. Təşkilat qəbul olunan qətnamədə üzv dövlətləri iyunun 3-də cəmiyyətdə velosipedsürmə mədəniyyətinin formalaşdırılmasına, velosipedçilərin və piyadaların təhlükəsizliyinin artırılmasına yönəlmiş tədbirlər keçirməyə çağırır.

Xatırladaq ki, Qafqazın yeganə velosiped zavodu İsmayıllı rayonunun mərkəzindən 6 kilometrlik məsafədə, Diyallı kəndində yerləşir. Müəssisədə həvəskar və peşəkar idmançılar, böyüklər və balacalar üçün müxtəlif tipli velosipedlər istehsal edilir. “Made in Azerbaijan” brendi ilə istehsal olunan hər velosipedə 1 illik zəmanət verilir.

Velosiped sürmək ürəyimizə və ağciyərlərə müsbət təsir göstərir, əzələləri gücləndirir. Eyni zamanda, xərçəng, insult və ya diabet kimi xəstəliklərə tutulma şansı da azala bilər. Həkimlər həm 1-ci, həm də 2-ci tip diabetli insanlar üçün velosiped sürməyi daha yaxşı sağlamlıq vasitəsi hesab edirlər. O, qan şəkərinə və çəkiyə nəzarət etməyə də kömək edir.

Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, velosipedin ixtirasından uzun illər keçməsinə baxmayaraq, o, həm ekoloji, həm də sağlamlıq baxımından öz aktuallığını hər zaman qoruyub saxlayır: “Pedalla hərəkətə gətirilən velosipedlərin ixtirasından bəlkə də 100 ildən çox vaxt keçib. Amma yenə də bu nəqliyyat vasitəsi aktualdır və Azərbaycanda da velosipedə həmişə böyük maraq olub. Düzdür, Bakı şəhərində müəyyən obyektiv, subyektiv səbəblərdən velosiped, sadəcə, bir əyləncə, idman növü kimi böyük marağa səbəb olub, amma nəqliyyat vasitəsi kimi çox istifadə olunmayıb — söhbət Bakı şəhərinin özündən gedir. Amma bizim digər şəhərlərimizdə, bölgələrimizdə, rayonlarda, kəndlərdə velosipeddən həmişə istifadə edilib. Çünki velosiped, birincisi, sağlamlığın əlamətidir. Nə mənada? Yəni velosiped sürən insan artıq bəllidir ki, sağlamdır. Və həmçinin velosiped sürməklə də insan daha sağlam olur”.

Onun sözlərinə görə, ikinci məsələ, iqtisadi səmərəlilikdir. Məlumdur ki, yanacağa ehtiyac qalmır, insanın fiziki gücü ilə hərəkətə gətirilir. Yüngüldür, çox da sürətli deyil, qəza riski olduqca azdır. Hətta qəza olduqda belə ağır xəsarət alma riskləri azdır. Söhbət burada şəhər mühitində yox, kənd mühitində, bölgə mühitində idarəetmədən gedir. Və əlbəttə ki, əsas, cəmiyyətə, ətraf mühitə verdiyi töhfə onun ekoloji cəhətdən təmiz, sağlam bir nəqliyyat vasitəsi olmasıdır.

Nəqliyyat eksperti daha sonra bildirib ki, indi paytaxt Bakıda da, digər şəhərlərimizdə də velosiped sürənlərin sayı getdikcə artır. Velosiped sürənlər üçün həm lazımi şərait yaratmaq, həm onların təhlükəsizliyini təmin etmək, həm də ümumiyyətlə velosipedin özünü təşviq etmək üçün paytaxtda xüsusi velosiped zolaqları təşkil olunur. Artıq bir neçə ildir ki, bu proses fəal şəkildə həyata keçirilir.

Düzdür, bu gün şəhərin hər yerinə velosiped zolaqları çəkmək çətindir, hətta demək olar ki, qeyri-mümkündür. Bunun da şəhərsalma strukturu ilə bağlı müəyyən məlum səbəbləri var. Ancaq buna baxmayaraq, proses davam edir. Günü-gündən müşahidə edirik ki, nəinki gənc vətəndaşlarımız, artıq orta yaşlı insanlar da velosipeddən gündəlik tələbatlarını qarşılayan rahat bir nəqliyyat vasitəsi kimi fəal şəkildə istifadə edirlər.

Velosipedə marağın son illər artması çox müsbət haldır. Lakin bunun ümumi və kütləvi bir nəqliyyat vasitəsi səviyyəsinə çatdırılması üçün müəyyən addımların atılmasına ehtiyac var. Velosipedə maraq son illər artıb. Sadəcə bunu ümumi, kütləvi bir vəziyyətdə nəqliyyat vasitəsi səviyyəsinə çatdırmaq üçün velosiped duracaqlarının sayı artırılmalıdır. Həmçinin iş yerlərində işə velosipedlə gələn insanlar üçün müəyyən infrastruktur yaradılmalıdır. Tutaq ki, orada yaxalanma duşları ola bilər, əyin dəyişmə məntəqələri təşkil oluna bilər ki, velosipedlə vətəndaşlar daha fəal hərəkət eləsinlər. Səhər evdən işə, işdən evə gəlsinlər. Bax, bunun üçün bu məsələlərə ehtiyac var.

Və bir də çox təəssüf ki, bəzi avtomobil sürücüləri, müşahidə edirik ki, yollarda velosiped sürücülərinə qarşı bir qədər aqressiv olurlar. Hətta bilərəkdən qəza şəraiti, qəza riski də yaradırlar. Və bunun əksi də olur. Bəzən velosipedçilər də avtomobil yolunun ortası ilə, ya da ən sol zolaqla hərəkət edirlər. Və ya dəbilqəsiz olurlar. Yaxud da ki, sutkanın qaranlıq saatlarında fənərləri yanmadan hərəkət edirlər. Bu detallara da fikir vermək lazımdır. Hər iki tərəf üçün maarifləndirməni artırmaq lazımdır: “Mən özüm də vaxtilə, məktəb dövründə velosiped idman növü ilə aktiv məşğul olmuşam. Velotrekə getmişəm. O zaman biz buna bir idman növü kimi baxırdıq. Amma uşaq vaxtı sadəcə əyləncə növü kimi. İndi isə artıq velosiped nəqliyyat vasitəsinə çevrilir. Yəni, bu sevindirici haldır”.

Müşfiq MİRZƏ

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 İyun 2026 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see403

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see396

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see273

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see254

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see243

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see236

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see234

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see230

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see229

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see213

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see204

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see204

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see200

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see199

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see196

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see191

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see190

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see189

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri