Icma.az
close
up
RU
17 milyardlıq müharibə hazırlığı: Tətiyi kim çəkəcək?

17 milyardlıq müharibə hazırlığı: Tətiyi kim çəkəcək?

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Avropa İttifaqı (Aİ) Rusiya ilə mümkün müharibə ssenari üçün ilk addımı atıb. 

Belə ki, müharibəyə hazırlıq çərçivəsində qitə boyunca yol və dəmir yolu infrastrukturunu modernləşdirmək üçün 17 milyard avro xərclənəcək. Avropa İttifaqının nəqliyyat və turizm üzrə komissarı ApostolosTsitsikostas bu barədə "FinancialTimes" nəşrinə açıqlama verib. 

Onun sözlərinə görə, hazırkı avtomobil və dəmir yolları NATO texnikasının, xüsusilə də 70 tona qədər çəkisi olan tankların Şərq sərhədinə tez bir zamanda daşınmasına imkan vermir. Bu problemi həll etmək üçün isə 17 milyard avro vəsait xərclənəcək. 

Görünən odur ki, Avropa İttifaqı Rusiya ilə birbaşa müharibə üçün ilk addımı atdı. Bununla bağlı hazırlıq getdiyi artıq təsdiqlənir. Bəs yaxın perspektivdə Avropa İttifaqı ilə Rusiya arasında hərbi toqquşma yaşana bilərmi? 

Azad Vətən Partiyasının sədri Akif Nağı "Cümhuriyət"-ə açıqlamasında bildirib ki, Rusiya qətiyyən sakitləşmir: 

"Bu da Rusiya Prezidenti Vladimir Putinin şəxsi keyfiyyətləri ilə bağlıdır. Rəsmi Moskva hələ də rus şovinizmindən və ideyasından geri çəkilməyi bacarmır.Görünən odur ki, Rusiya yeni şəraitə uyğunlaşmır, dünyanın dəyişdiyini görmək istəmir və hər şeyi yenə də əvvəlki kimi hərbi güclə həll etməyə çalışır.  İndiyə qədər Rusiyanın son 200 illik tarixi ancaq silahla, işğalla, bu və ya digər ölkələrə hücumla doludur. Onlar bu şəkildə dövlətlərini qoruyub-saxlayıblar". 

Siyasətçi qeyd edib ki, indi isə hər şey dəyişib: 

"Müharibəni heç kim qəbul etmir. Rusiyanın özündə də insanlar bu müharibələrdən və vəziyyətin ağırlığından yorulublar. Amma rəhbərlik bunu başa düşmək istəmir. Ona görə Avropa üçün də təhlükə var. Bu təhlükə ondan ibarətdir ki, Rusiyanın rəhbərliyi Avropanın zəifliyini görür. 

Avropanın silah-sursatı, hərbi texnikası, pulu var, amma  güclü ordusu və döyüş ruhu yoxdur. Hətta NATO-nun özündə də bu çatışmır. Son illərin təcrübəsi göstərdi ki, nə ABŞ, nə Avropa, nə də NATO ordusu ciddi nəticə əldə edə bilib". 

Həmsöhbətimiz bunun səbəblərindən də danışıb: 

"Çünki insanlar artıq hərbdən uzaqlaşıb. Xüsusi hazırlanmış hərbi hissələr demək olar ki, yoxdur. Vaxtilə XIX əsrin sonunda Fransa xarici legionları ilə dünyaya meydan oxuyurdu, onları dünyanın istənilən yerinə göndərirdilər. İndi o da yoxdur. Həmçinin, İngiltərədə də belə hissələr mövcud deyil.

Almaniya isə İkinci Dünya müharibəsindən sonra ordu saxlamaq və silahlanmaq baxımından məhdudiyyətlərə məruz qalıb. İndi yavaş-yavaş bu məhdudiyyətlər aradan qaldırılır, amma yenə də Almaniyanın güclü hərbi qüvvəsi yoxdur". 

Partiya sədrinin sözlərinə görə, Rusiyanın hərbi gücü zəifləməsinə baxmayaraq, hələ də digər ölkələrdən üstündür: 

"Nəzərə almaq lazımdır ki, Rusiya Ukraynada təkbaşına bütün Avropaya qarşı döyüşür. Rusiyalı rəsmilər bununla və Ukraynada etdikləri ilə fəxr edirlər. Amma bu, əslində fəxr deyil, faciədir. Onlar Ukraynada etdikləri vəhşiliklərə görə utanmalı və xəcalət çəkməlidirlər. 

Çünki insanlar ölür, şəhərlər dağıdılır. Onlar isə bunu başa düşmək istəmirlər. Bütün bunların fonunda Avropa isə Rusiya ilə mümkün müharibə üçün hələlik tədbir görür. Bunun üçün yollar və dəmir yolları çəkilir. Amma əsas məsələ odur ki, texnika olsa belə, döyüşəcək ordu və ruh yoxdursa, bunun heç bir faydası olmaz". 

Akif Nağı vurğulayıb ki, Avropa Ukraynanı qabağa verib: 

"Amma Rusiya Ukraynadan sonra çox asanlıqla Avropaya daxil ola bilər. Polşa kimi ölkələr ciddi müqavimət göstərə bilməzlər. Kreml də bunu bildiyi üçün Avropanı hədələyir. Avropada artıq öz işini görür və bu istiqamətdə milyardlarla avro pul xərcləyir. 

Bu baxımdan, hesab edirəm ki, ondansa hər Avropa ölkəsi öz ordusunu gücləndirməlidir. Çünki texnikaya arxalanmaq məntiqsizdir. Bu gün artıq dronlara, pilotsuz uçuş aparatlarına üstünlük verilməlidir. Amma Avropa hələ də ağır texnikanı sərhədə yığmaqla məşğuldur. Düşünmürlər ki, hansısa məğlubiyyət ehtimalında ağır texnikanı oradan geri çəkmək çətin olacaq, bəlkə də rusların əlinə keçəcək. 

Ona görə də qərarların nə dərəcədə düzgün olduğu sual altındadır. Fikrimcə, Avropa liderləri bununla bağlı məntiqli qərar vermirlər".

Partiya sədri onu da əlavə edib ki, əgər Avropa Rusiya ilə müharibəyə hazırlaşırsa, daha çox hava hücumu və müdafiə sistemlərinə, raketlərə sərmayə qoyulmalıdır: 

"10 milyardlarla vəsait məhz bu istiqamətə yönəldilməlidir. Ümumilikdə isə Rusiya ilə müharibəyə hazırlıq işləri aparılsa da, yaxın zamanda bu ehtimalın reallaşması inandırıcı deyil. Bəlkə də bir neçə ildən sonra baş verə bilər. 

Ona görə ki, hazırda Rusiyanın Avropaya qarşı cəbhə açmaq marağı yoxdur. Hələlik Kreml Ukraynadakı hədəflərini tamamlamağa çalışacaq. Ukrayna isə nəfəsini dərmək üçün istədiyi şərtlərlə sülh müqaviləsi imzalamağa çalışır. Məncə, Kreml yaxın deyil, uzaq perspektivdə Avropa ilə müharibə ehtimalını nəzərdən keçirə bilər". 

Elmir Mustafa
"Cebheinfo.az" 

Açar sözlər: Rusiya Avropa müharibə Akif Nağı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 Avqust 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see165

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see159

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see144

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see134

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri