Icma.az
close
up
RU
Tramp Putinə müharibə ilə bağlı SON ŞANS VERDİ Kreml tətiyi basacaq, yoxsa…? KONKRET

Tramp Putinə müharibə ilə bağlı SON ŞANS VERDİ Kreml tətiyi basacaq, yoxsa…? KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Donald Tramp ötən həftə Rusiya və Ukrayna müharibəsi ilə bağlı sərt çıxış edəcəyini vəd etmişdi. Bu çıxışı o, NATO-nun yeni baş katibi Mark Rütte ilə ictimai görüşündə etdi. Amma bu çıxış gözlənildiyi qədər sərt olmadı – əksinə, bir sıra maliyyə və siyasi mesajlarla müşayiət olundu.

KONKRET.az xəbər verir ki, çıxışdan sonra panikaya düşən Rusiya fond bazarı dirçəldi və 2%-dən çox artım göstərdi. Trampın əsas mesajı: artıq Ukraynaya silah üçün pulu Avropa ödəyəcək. ABŞ-ın onun dövründə Ukraynaya “350 milyard dollar xərclədiyini” bildirsə də, əsl rəqəm təxminən 130 milyarddır. Üstəlik, 2024-cü ilin əvvəllərindən bəri Avropa ölkələri ABŞ-dan daha çox – 72 milyard avro dəyərində hərbi yardım edib (ABŞ – 65 milyard dollar).

Tramp çıxışı zamanı Putinə münasibətdə yenə də ehtiyatlı, lakin hörmətli ton saxladı. Rus liderini “sərt adam” adlandırdı, amma onu aldatmağın artıq keçməyəcəyini söylədi. Əvəzində Vaşinqtonun Rusiyaya qarşı 50 günlük “möhlət” verdiyini bəyan etdi – əgər bu müddətdə atəşkəsə dair razılaşma əldə olunmasa, Rusiya və onun ticarət tərəfdaşlarına qarşı 100%-lik ikincili gömrük rüsumları tətbiq ediləcək. Tramp qeyd edib ki, bu addım Konqresin razılığını tələb etmir. Halbuki Konqresin 500%-lik yeni sanksiya layihəsini isə artıq “mənasını itirmiş” adlandırıb.

Maraqlıdır ki, bu 50 günlük möhlətin, yəni sentyabrın əvvəlinədək olan dövrün seçilməsi ilə bağlı medianın versiyası var: guya 3 iyulda Putinlə Tramp arasında gizli danışıq olub və rus lider bu müddətdə böyük hücum planlaşdırdığını deyib. Tramp isə bu məlumatı Makrona ötürüb, o isə – adəti üzrə – “sızdırıb”.

Patriot kompleksləri və silah tədarükü

Trampın çıxışında əsas silah komponenti kimi Patriot hava hücumundan müdafiə sistemləri qeyd olundu. O bildirib ki, Ukraynaya 17 Patriot kompleksi tədarük ediləcək və bu dərhal başlayacaq. Amma bu bəyanatın reallığı sual altındadır: hazırda Ukraynada 7 belə sistem var, Zelenski maksimum 10 istəyirdi. Dünyada cəmi 180 Patriot kompleksi mövcuddur, 94-ü NATO ölkələrindədir və istehsalı illərlə çəkir. Hazırda yalnız Almaniya və Norveç 3 sistem verməyə razıdır, digər Avropa ölkələri isə hələlik 1–2 kompleks müzakirə edir.

İlkin silah paketi NATO xətti ilə 10 milyard dollar dəyərində ola bilər. Buraya qısa mənzilli raketlər, haubitsalar və orta mənzilli “hava-hava” raketləri daxil olacaq. ABŞ-ın bəzi KİV-ləri yazır ki, Tramp Ukraynaya JASSM tipli “hava-yer” qanadlı raketlərinin verilməsini də nəzərdən keçirir. Bu raketlər bazada 370 km, təkmilləşdirilmiş versiyada isə 900 km məsafəyə qədər hədəfləri vurur və Moskva, Volqaboyu, Krım və Novorossiyskə qədər ərazilər hədəf ola bilər.

Tramp bu çıxışında dondurulmuş Rusiya aktivlərinin müsadirəsindən danışmadı, baxmayaraq ki, bu ideyanı Konqresdə bəzi respublikaçılar irəli sürürdü. Ekspertlər hesab edir ki, belə bir addım ABŞ-Rusiya münasibətlərində keyfiyyətcə yeni və gərgin bir mərhələ yaradardı.

NATO vasitəsilə silah necə alınacaq?

NATO-nun öz büdcəsi cəmi 4,6 milyard dollardır, vəsait əsasən struktur xərcləri üçün nəzərdə tutulub. Alyansın özü silah ala bilməz. Plan budur ki, Avropa ölkələri xüsusi hesablar açacaq, bu hesablara Trampın adamları – ABŞ-ın NATO-dakı nümayəndəsi Metyu Uitaker və Avropadakı ABŞ qoşunlarının komandanı general Aleksus Qrinkeviç nəzarət edəcək. Toplanan pullar ABŞ silah istehsalçılarına yönləndiriləcək.

Trampın danışıqlar komandası dəyişir

Hazırda Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi kimi Kit Kellog Kiyevdədir. O, “sülh danışıqlarına” rəhbərlik edəcək. Əvvəllər bu funksiyanı S. Uitkoff yerinə yetirirdi və Kreml onunla ünsiyyətdən daha razı idi. Lakin Kellog hələ ki, Kiyevin ərazi güzəştlərinə getməsini açıq dəstəkləməyib. Onun, eləcə də Trampın üstünlük verdiyi ssenari: münaqişənin cəbhə xətti üzrə dondurulmasıdır. Əsas sual: 50 gün sonra bu cəbhə xətti haradan keçəcək?

Müşviq Tofiqoğlu

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://konkret.az
archiveBu xəbər 15 İyul 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri