Icma.az
close
up
RU
173 ton yararsız əti ölkəmizə kim GƏTİRİB? Gizli faktlar ÜZƏ ÇIXDI

173 ton yararsız əti ölkəmizə kim GƏTİRİB? Gizli faktlar ÜZƏ ÇIXDI

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi ölkəyə idxal olunan bir sıra ət məhsullarında uyğunsuzluq aşkarlanıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaydığı məlumata görə nəzarət tədbirləri çərçivəsində ölkəmizə idxal olunan 170 tondan artıq ət məhsulu partiyalarından Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən götürülmüş nümunələrdə uyğunsuzluq aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq məhsul partiyalarının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə qərar qəbul edilib.
AQTA-nın bu addımı nə qədər təqdir edilsə də, sual doğuran bir çox məqamlar var.
Bu ətlər ölkəmizə kim tərəfindən və haradan gətirilib?
Məsələ ilə bağlı Bizim.Media-ya danışan Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib ki, AQTA-nın yaydığı məlumatdan görünür ki, nöqsanlar gömrük zonasında müəyyən edilib:
“Bu çox gözəl haldır. Uzun müddət idi ki, gömrük-keçid məntəqələrində AQTA-nın nümayəndəlikləri yox idi. Yalnız hava limanında belə bir nümayəndəlik vardı. Məndə olan məlumata görə, daha iki gömrük-keçid məntəqəsində AQTA-nın nümayəndəliyi açılıb. Bununla belə hələ də əksər gömrük məntəqələrində qurumun təmsilçiləri yoxdur. Bu da ümumi işin keyfiyyətinə mənfi təsir göstərir”.
Müsahibimiz AQTA-nın yaydığı son məlumatda bəzi çatışmazlıqların olduğunu da deyib:
“Aşkar olunan 12 fakt hansı müddətdə olub? Bu açıqlanmır. Gətirilən ətlərin təyinatı nədir? Bu da bilinmir. Məlumatdan aydın olur ki, fəaliyyətində nöqsan aşkar edilən şirkətlər ixtisaslaşmış şirkətlərdir. Yəqin ki, onlar əvvəllər də ölkəyə ət gətiriblər. Bu ətlər nə üçün və hansı təşkilatlara verilib? Bu da bilinmir.
Bir sözlə AQTA-ın açıqlamasında sual doğuran məqamlar çoxdur. İstehlakçı üçün bütün informasiyalara çıxış imkanı yaradılmalıdır. İstehlakçı bilməlidir ki, nə alır və aldığı haradan gətirilib?! Bu məsələdə şəffaflığın təmin olunması da AQTA-nın üzərinə düşür”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 03 Aprel 2025 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see197

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see145

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see137

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see137

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri