Icma.az
close
up
RU
18 illik həsrətin sonu: Basketbol tariximizdə İLK

18 illik həsrətin sonu: Basketbol tariximizdə İLK

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Növbəti mövsüm Azərbaycan basketbolu tarixinə düşəcək. Belə ki, son ölkə çempionu "Sabah" FIBA bayrağı altında Avropada keçirilən klublar arasında ən yüksək yarış olan Çempionlar Liqasında iştirak edəcək. Bu, Azərbaycan basketbolu tarixində ilkdir.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Azərbaycanda basketbolun dirçəlişi

Son illər ölkəmizdə basketbol inkişaf dövrünü yaşayır. 2022/23 mövsümündə bir neçə illik fasilədən sonra Azərbaycan çempionatı bərpa olundu. Bundan sonra həm aşağı yaş komandalarında, həm əsas millidə, eləcə də qadın yığmasında və 3x3 basketbol komandalarında dirçəliş başladı. Təkcə onu qeyd etmək kifayətdir ki, 3x3 qadın basketbol millimiz keçən il Paris Yay Olimpiya Oyunlarında iştirak etdi. Ölkə çempionatında isə "Sabah" fırtınası əsir. Son 3 mövsümün çempionu olan paytaxt təmsilçisi Azərbaycanı avrokuboklarda da layiqincə təmsil edir.

18 illik həsrətin sonu

"Sabah" Basketbol Klubu olduqca gəncdir. Lakin artıq kifayət qədər nailiyyət əldə etməyi bacarıb. Klub 2022-ci ilin sentyabrında yaradılıb. Həmin ildən Azərbaycan Basketbol Liqasında çıxış etməyə başlayan bakılılar ilk mövsümündə çempion olaraq 18 illik fasilədən sonra ilk dəfə ölkəmizi FIBA Avropa Kubokunun təsnifat mərhələsində təmsil etmək hüququ qazanıb. Əsas missiyası ölkəmizdə basketbol idman növünə olan marağın artırılması və ölkəmizin beynəlxalq arenalarda uğurla təmsil olunması olan klub turnirin təsnifat mərhələsində bütün oyunlarda qalib gələrək sözügedən yarışın müntəzəm mövsümündə iştirak etmək hüququ əldə edib.

2023/2024 mövsümündə də Azərbaycan Basketbol Liqasının qalibi olan "Sabah" Azərbaycan basketbolu tarixində ilk dəfə ölkəmizi FIBA Çempionlar Liqasında təmsil edib.

Ən güclülərin arasında

2024/25 mövsümünün yekunlarına görə, Azərbaycan çempionu olan "Sabah" bu dəfə də ölkəmizi Avropada təmsil etmək hüququ qazandı. Ancaq əvvəlkilərdən fərqli olaraq, "futuristlər" indi birbaşa Çempionlar Liqasının müntəzəm mövsümündə yarışacaqlar. Bu, çox böyük nailiyyətdir. Turnirdə İspaniyanın "Qran-Kanariya", "Unisay", Almaniyanın "Alba Berlin", Türkiyənin "Qalatasaray", "Tofaş" kimi böyük klubları yarışır. İyulun 2-də müntəzəm mövsümün püşkü atılıb. Burada "Sabah"ın bəxtinə çox güclü komandalar düşüb. Püşkatmaya üçüncü səbətdən qatılan komanda təsnifat mərhələsinin qalibi, Çexiya "Nimburk"u və Almaniya təmsilçisi "Alba Berlin"lə üz-üzə gələcək. Azərbaycan təmsilçisi təcrübə cəhətdən dəqiqləşən hər iki rəqibindən geri qalır. "Nimburk" 20 qat Çexiya çempionu və 15 qat Çexiya Kubokunun sahibidir. Komanda müntəzəm olaraq avrokuboklarda çıxış edir. Hətta dəfələrlə basketbol üzrə Avropanın ən yüksək statuslu yarışı hesab olunan Avroliqada yarışıb.

Heyəti ulduz basketbolçularla dolu olan "Alba Berlin"

Digər rəqib "Alba Berlin" barədə ayrıca bəhs etməyə ehtiyac var. Klub Avropanın ən nəhəng komandalarından biridir. 11 dəfə Almaniya çempionu, bir o qədər də ölkə kubokunun qalibi adını qazanan klub avrokuboklarda ciddi nəticələr əldə edib. Təkcə onu qeyd etmək kifayətdir ki, berlinlilər son 6 mövsümdə Avroliqanın müntəzəm mövsümündə yarışıblar, hətta bir dəfə ən güclü 16 komanda arasına düşməyi bacarıblar. Tarixi ərzində FIBA Korats Kubokunu qazanan Almaniya təmsilçisi iki dəfə də Avropa Kubokunun gümüş medallarını əldə edib. Heyəti ulduz basketbolçularla dolu olan "Alba Berlin" növbəti mövsüm üçün Çempionlar Liqasının əsas favoritlərindən hesab olunur.

"Mübarizə apara bilərik"

FIBA Çempionlar Liqasında müntəzəm mövsüm oktyabrın 7-də start götürəcək. Ona qədər komandamızın qrupdakı sonuncu - üçüncü rəqibinin kimliyi də dəqiqləşəcək. Hələlik o bəllidir ki, "Sabah" xüsusən təcrübə baxımından qrupdakı rəqiblərindən geri qalır. Lakin komandanın Rimas Kurtinaytis kimi təcrübəli və bacarıqlı məşqçisi var. Litvalı çalışdırıcı hesab edir ki, rəqiblər nə qədər güclü olsalar da, "Sabah" onlarla mübarizə aparmaq gücündədir: "Alba Berlin" 24 illik fasilədən sonra yenidən FIBA bayrağı altında çıxış edəcək. Bu komanda uzun illər boyunca Avroliqanın daimi sakini olub. Səviyyəsi bəllidir. Məncə, turnirin favorit komandalarından biridir. "Nimburk"a gəlincə, bu komanda daha öncə FIBA Avropa Kubokunda "Sabah"ın rəqibi olub. İntizamlı, heyəti keyfiyyətli basketbolçulardan ibarət komandadır. Ötən mövsüm Çempionlar Liqasında 1/4 finala kimi irəliləyiblər. Təsnifat mərhələsində yer alan potensial rəqiblərimiz arasında da yaxşı komandalar var. Mən Fransa təmsilçisi "Elan Şalon"da oyunçu kimi çıxış etmişəm. Bir sözlə, Çempionlar Liqasında zəif rəqib yoxdur. Bizim rəqabətə davamlı heyətimiz formalaşır. Bu komandalarla mübarizə apara bilərik".

Həqiqətən, "Sabah"ın Endər Poladxanlı, Hassani Qravett, Klavs Kavars kimi təcrübəli və özlərini sübut etmiş basketbolçuları var. Lakin Çempionlar Liqasının müntəzəm mövsümü tamam yeni səviyyədir. Orada uğurlu çıxış etmək üçün heyətin gücləndirilməsinə ehtiyac olduğu dəqiqdir. Klub artıq transfer fəaliyyətinə başlayıb. Oktyabra qədər daha güclü "Sabah" formalaşacaq. İstənilən halda, bu, ilk mövsümdür və komandadan gözləntiləri çox yüksək etməyin faydası yoxdur. Hələlik "Sabah" təcrübə qazanmalı, yaxşı oyunla özünü göstərməyə çalışmalıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:266
embedMənbə:https://oxu.az
archiveBu xəbər 06 İyul 2025 19:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see271

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see255

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see209

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see202

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see191

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see189

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see188

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see179

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see176

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see173

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see173

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see172

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see171

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see170

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see168

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see168

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see166

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see166

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri