Icma.az
close
up
RU
Həsrətin sonu: Badaraya ilk addımlar!

Həsrətin sonu: Badaraya ilk addımlar!

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İllərin həsrəti sevincə çevrildi...

Bəzən bir dağın adı, bir bulağın səsi, bir evin qapısı insan üçün bütöv bir tarix, bütöv bir həyat deməkdir. Xocalının Badara kəndi təkcə coğrafi bir məkan deyil, uzun illər qəlbimizin yarası, xatirələrin beşiyi, həsrətin simvolu idi. Amma indi bu ad təkcə həsrət yox, qürur, zəfər, möhtəşəm dönüş deməkdir.

14 ailə köçürülüb

İllərlə xəritədə baxıb həsrətini duyduğumuz, dilimizə dua, könlümüzə nisgil etdiyimiz Badara kəndi artıq bizi gözləmir, bizi qarşılayır. Bu torpağın bağrında yatanlar da, buradan köç edənlər də öz doğma ocaqlarını unutmayanlar da Böyük Qayıdışın gününü gözləyirdi. Və nəhayət həmin gün 2025-ci il senytabrın 12-də reallaşdı. İlk mərhələdə kəndə 55 nəfərdən ibarət 14 ailə köçürülüb. Ailələrə tam təmir olunmuş və müasir tələblərə cavab verən fərdi yaşayış evlərinin açarları təqdim edilib. Prezident İlham Əliyev sentyabrın 15-də Xocalı rayonunun Badara kəndində olub. Dövlət başçısı kəndə köçmüş sakinlərlə görüşüb, onlarla söhbət edib.

İlin sonunadək 115 evin bərpası reallaşdırılacaq

Xatırladaq ki, Badara kəndi 1992-ci ildən Ermənistan silahlı qüvvələrinin işğalı altında olub. 2023-cü il sentyabrın 19-20-də aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində kənd yenidən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılıb. Cari ilin sonunadək 115, gələn il isə 128 evin bərpası planlaşdırılır.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, kənddə sosialyönümlü bir sıra layihələr icra olunub. Belə ki, mövcud elektrik və qaz xətləri bərpa olunub, transformator quraşdırılıb, sayğaclaşdırma işləri görülüb, yeni qaz xətti çəkilib, rabitə xətləri üçün dirəklər basdırılıb, kabelin çəkilişi isə davam etdirilir. Badarada park və bayraq meydanı yaradılıb, yollara asfalt döşənib.

Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir

Məlumdur ki, İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən sonra əsas hədəf 30 il işğal altında qalan, ermənilər tərəfindən tamamilə dağıdılıb yerlə-yeksan edilən ərazilərimizin yenidən qurulması və bərpasıdır. Azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işləri keçmiş məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasına hədəflənib. Böyük Qayıdış Proqramının birinci mərhələsi üçün əsas hədəf 140 min keçmiş məcburi köçkünün qayıdışının təmin edilməsidir. Qısa zamanda görülən genişmiqyaslı bərpa-quruculuq işlərinin fonunda soydaşlarımızın qayıdış ünvanlarının sayında artım hər birimizi qürurlandırır.

Prezident İlham Əliyevin mütəmadi olaraq Qarabağ və Şərqi Zəngəzura səfərləri çərçivəsində bu torpaqlara qayıdan sakinlərlə görüşləri qürurverici məqamlardandır. Artıq Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir, bu torpaqlarda yeni həyat başlayır. Tarixi Zəfərimizdən dərhal sonra başlanan bərpa-quruculuq işləri, icra edilən “Ağıllı şəhər” və “Ağıllı kənd” layihəsi çərçivəsində ilk olaraq sakinlərinə qovuşan Zəngilanın Ağalı kəndindən başlayan köç prosesi hazırda davamlılığı ilə diqqətdədir. Prezident hər bir müsahibəsində, çıxışında, beynəlxalq əhəmiyyətli tədbirlərdə daim diqqəti Böyük Qayıdış Proqramına əsasən görülən işlərə və soydaşlarımızın mərhələ-mərhələ bu torpaqlara köçməsinə yönəldir. Birinci mərhələdə 8 şəhərin və 100 kəndin yenidən qurulması əsas hədəf kimi qarşıya qoyulub. Artıq bu məqsədin reallığa çevrildiyi göz qabağındadır. Belə ki, sakinlərinə qovuşan Laçın, Füzuli, Xocalı, Şuşa, Cəbrayıl, Kəlbəcər şəhərləri ilə yanaşı xeyli sayda kəndlərimiz və qəsəbələrimiz də bərpa edilib. Dövlət başçısının bu günlərdə Füzuli, Xocavənd, Xocalı rayonlarına və Xankəndi şəhərinə səfəri çərçivəsində Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin, həmçinin Xocalı rayonunun Badara kəndində Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşü də bunun təsdiqidir.

Ölkə başçısının qətiyyətli siyasəti və həyata keçirilən praktiki işlər dünya ictimaiyyətinə nümayiş etdirir ki, Azərbaycan yalnız döyüş meydanında deyil, həm də iqtisadi inkişaf və quruculuqda böyük uğurlar əldə edir. İlham Əliyevin “Biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik” ifadəsi artıq reallıqda öz əməli təsdiqini tapmaqdadır. Dövlət başçısının düşünülmüş inkişaf strategiyası nəticəsində Qarabağ və Şərqi Zəngəzur yaxın gələcəkdə təkcə Azərbaycanın deyil, bütün regionun dayanıqlı inkişafının aparıcı mərkəzinə çevriləcək.

Səlim

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”” istiqaməti üzrə hazırlanmışdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 Sentyabr 2025 08:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri