18 milyon şagird qara ayaqqabımı geyinəcək? Nazirlik açıqlama verdi
Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.
Türkiyə Milli Təhsil Nazirliyinin yayımladığı yeni qərarlarla məktəblərdə geyim azadlığının bitdiyi, bütün şagirdlər üçün qara ayaqqabı məcburiyyətinin gələcəyi barədə iddialar ortaya atılıb. Nazirlik bu xəbərlərə aydınlıq gətirib.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, nazirliyin mətbuat müşaviri Yılmaz Güney bildirdi ki, “bu istiqamətdə qəbul olunmuş, təsdiqlənmiş və ya işlənən hər hansı qərar yoxdur.”
Məsələni gündəmə gətirən Türkiyə Ayaqqabı Sənayeçiləri Dərnəyidir (TASD). Dərnək, nazirliklə görüşdə şagirdlərin dəri və kösə tabanlı ayaqqabı geyinməsinin faydaları barədə hesabat təqdim edib. Həmçinin saxta ayaqqabı bazarının son 10 ildə sürətlə böyüdüyünü əsas gətirərək bu qaydanın tətbiqini təklif edib.
TASD, idman ayaqqabılarının - xüsusilə saxta məhsulların -uşaqların ayaq inkişafına mənfi təsir etdiyini iddia edir. Dərnək həmçinin məktəblərdə ayaqqabı qaydasının olmamasının şagirdlər arasında “marka yarışına” səbəb olduğunu bildirir.
Lakin Milli Təhsil Nazirliyi bu təklifə müsbət yanaşmayıb və qara ayaqqabı məcburiyyəti barədə yayılan məlumatların həqiqəti əks etdirmədiyini vurğulayıb.
Hazırda Türkiyədə məktəbəqədər, ibtidai və orta təhsildə təxminən 18,7 milyon şagird təhsil alır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 31 Avqust 2025 13:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















