Icma.az
close
up
RU
Həmin şagird sığınacağa yerləşdirilib? Açıqlama

Həmin şagird sığınacağa yerləşdirilib? Açıqlama

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bir müddət əvvəl sosial şəbəkələrdə azyaşlı qızın makiyajla məktəbə getməsini əks etdirən görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu. Hadisədən sonra qızın 217 nömrəli məktəbdən xaric edildiyi və sığınacağa yerləşdirildiyinə dair məlumatlar yayılıb.

“Qafqazinfo” Oxu.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə yeniyetmənin sığınacağa yerləşdirilmədiyini deyib.

O qeyd edib ki, məktəbli yalnız reabilitasiya proqramı çərçivəsində bir müddət orada qalıb, hüquq və öhdəlikləri izah edilib. Hazırda isə ailəsinin yanındadır və təhsilini davam etdirir.

Binəqədidəki Elşən Sultanov adına 217 nömrəli tam orta məktəbin direktoru Əbülfət Əkbərov Bizim.media-ya açıqlamasında şagirdin məktəbdən xaric edilmədiyini vurğulayıb.

Direktor əlavə edib ki, hadisə məktəbdən kənarda baş verib, şagirdin makiyajlı gəlməsi ilə bağlı isə sadəcə daxili qaydalara uyğun olaraq xəbərdarlıq edilib.

“Yeniyetmə qız sosial şəbəkədə yayılan görüntüləri sadəcə “layk” xatirinə paylaşdığını və bunun bu qədər geniş müzakirələrə səbəb olacağını düşünmədiyini bildirib. Hadisədən sonra isə valideyni öz istəyi ilə qızı Kəmalə Ağazadənin rəhbərlik etdiyi sığınacağa aparıb və yeniyetmə orada 3-4 gün qalıb”.

Hazırda qızın məktəbə gəlmədiyini deyən direktor qeyd edib ki, sinif rəhbəri şagirdin valideyni ilə əlaqə saxlayıb. Valideyn tərəfindən məktəbə bildirilib ki, yeniyetmə sığınacağa yaxın ərazidə yerləşən başqa məktəbdə dinləyici qismində dərslərdə iştirak edəcək:

“Kəmalə xanım deyib ki, qız sığınacağa yerləşdirildiyi üçün hazırkı mərhələdə sistem bağlı olduğundan onun məktəbə gedib-gəlməsi çətin olacaq. Buna görə də sığınacağa yaxın məktəbdə dinləyici kimi dərslərdə iştirak edəcək. Sistem açıldıqdan sonra isə yerdəyişmə həyata keçiriləcək və şagird bizim məktəbdən başqa məktəbə köçürüləcək”, - direktor bildirib.

Əbülfət Əkbərov vurğulayıb ki, məktəbin şagirdi xaric etmək səlahiyyəti yoxdur və sözügedən yeniyetmə də məktəbdən xaric edilməyib:

“Bizim ixtiyarımız yoxdur ki, şagirdi məktəbdən xaric edək və belə bir hal da baş verməyib. Qızın sığınacağa yerləşdirilməsi ilə bağlı biz heç kimə müraciət etməmişik. Bu, valideynin öz arzusu və istəyi ilə həyata keçirilib. Hətta bildiyim qədəri ilə valideyni də bildirib ki, tək qadındır, maddi imkanı yoxdur və qızını saxlamaqda çətinlik çəkir”.

Direktor əlavə edib ki, şagird və valideyni istədiyi halda yeniyetmənin yenidən 217 nömrəli tam orta məktəbdə təhsil alması mümkündür:

“Şagird yerdəyişmə etmək istəməsə və yenidən bizim məktəbdə oxumaq istəsə, onun məktəbimizə qayıtmasına kömək edə bilərik. İndiyədək həmin şagirdin davranışı ilə bağlı müəllimlər tərəfindən hər hansı narazılıq bildirilməyib. Qiymətləri o qədər də yüksək olmasa da, intizamlı şagird olub. Onunla bağlı ilk dəfədir belə hal yaşanır”.

Əbülfət Əkbərov hadisənin məktəbdən kənarda baş verdiyini də diqqətə çatdırıb. Onun sözlərinə görə, yeniyetmənin makiyajla məktəbə gəlməsi ilə bağlı isə məktəbin daxili qaydaları çərçivəsində tədbir görülüb.

“Əslində həmin addımın məktəbə aidiyyəti yoxdur, hadisə evdə baş verib. Lakin qız makiyajla məktəbə gəldikdə dərsə buraxılmayıb və girişdə ona makiyajını silməsi bildirilib. O da sanitar qovşaqda özünü səliqəyə saldıqdan sonra dərsə keçib. Dırnaqları da uzun idi. Lakin məktəbdə gigiyenik qaydalara əsasən dırnaqlarının kəsilməsi tələb olunmayıb, sadəcə valideyninə məlumat verilib ki, şagird məktəbə uzun dırnaqla gəlməsin. Valideyn də bunu nəzərə alıb”, - deyə direktor əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 29 Sentyabr 2026 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see347

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see331

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see273

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see265

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see243

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see234

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see222

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see214

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see213

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see210

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see206

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see206

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see202

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see188

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see188

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see182

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see177

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see176

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see168

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri