Icma.az
close
up
RU
18 yaş əsgərlik üçün tezdir? Psixoterapevt danışdı

18 yaş əsgərlik üçün tezdir? Psixoterapevt danışdı

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bildiyimiz kimi, hərbi xidmətə çağırış yaşının yuxarı həddi 35 yaşdan 30 yaşa endirilir. 

Bununla bağlı “Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanuna dəyişiklik təklif edilib. Təklif olunan dəyişikliyə əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycanın kişi cinsli vətəndaşları olacaq. Xatırladaq ki, hazırkı qanunvericiliyə görə, həmin yaş həddi 18 yaşından 35 yaşadəkdir.

Bəs, aşağı yaş həddinin 18 olması hazırlıq baxımından gənclərə necə təsir edir? 18 yaş hərbi-psixoloji hazırlıq üçün kifayətdirmi?
Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov bildirib ki, hərbi xidmətə fiziki hazırlıq psixoloji hazırlıqla tənzimlənməlidir. Psixoloqun sözlərinə görə, hərbi xidmətə yollanan gənclərin tələblərə uyğunlaşmaq üçün əlavə fiziki hazırlıq və adaptasiya proqramlarında iştirakı vacibdir:

"Hər bir gəncin psixoloji inkişaf mərhələləri fərqlidir. Ailə və mühit onun formalaşmasında xüsusi rol oynayır. 

Şəxsiyyətin yeni mühitə uyğunlaşması bəzən zaman alır, bəzən isə mümkünsüz olur. Bəziləri üçün 18 yaş hərbi intizam və qərar qəbuletmə bacarıqları üçün erkən ola bilər. Xüsusilə, stresli və travmatik vəziyyətlərdə psixoloji dayanıqlıq hər kəsdə eyni səviyyədə olmur”. 

Həmsöhbətimiz bildirib ki, hərbi psixoloqların prosesdə iştirakı hərbi xidmətə çağırılacaq gənclərdə yarana biləcək psixoloji nizamsızlıqları  tənzimləyə bilər:

“18 yaşda gənclərin həyat təcrübəsi az olur. Bu müddət bəzən onların hərbi vəzifələrin məsuliyyətlərinə hazırlamaq üçün kifayət etmir. Bu yaş dövrü gənclərin təhsil və şəxsi inkişaf mərhələsinə təsadüf edir. Onların hərbi xidmətə erkən çağırılması bəzən təhsil və peşə planlarına əngəl yarada bilər. Belə ki, orta və ali məktəblərdə hərbi psixoloji yöndə maarifləndirmə  genişləndirilməlidir. Buna görə də hərbi xidmətə  çağırılan gənclər tələblərə uyğunlaşmaq üçün fiziki hazırlıq proqramlarında iştirak etməlidirlər". 

Əfsanə Rəcəb 
"Cebheinfo.az"

 

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Dekabr 2024 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see328

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see311

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see302

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see297

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see270

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see191

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see190

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri