Icma.az
close
up
RU
Psixoterapevt: “Sosial şəbəkələr üçün sərt cəza mexanizmi vacibdir“

Psixoterapevt: “Sosial şəbəkələr üçün sərt cəza mexanizmi vacibdir“

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Azərbaycanda yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformaları ilə bağlı yeni hüquqi tələblər qüvvəyə minib. Prezident İlham Əliyevin təsdiqlədiyi qanun dəyişiklikləri ilə platformaların azyaşlı və yeniyetmələrin təhlükəsizliyinin təmin olunması sahəsində öhdəlikləri artırılıb, bu tələblərin pozulmasına görə isə yüksək məbləğdə cərimələr müəyyən edilib.

Bu dəyişikliklər azyaşlıların internet təhlükəsizliyinin təmin edilməsinə nə dərəcədə təsir göstərə bilər?


Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:

"Qaydaların icrası üçün cəza və məsuliyyət mexanizmləri mütləq olmalıdır. Əks halda insanlar çox vaxt öz rahatlıqlarını pozmaq, əlavə məsuliyyət götürmək və müəyyən məhdudiyyətləri qəbul etmək istəməyəcəklər. Cəmiyyətdə hər bir qaydanın işləməsi üçün yalnız tövsiyə və çağırışlar kifayət etmir. Qaydaların pozulmasının nəticəsi də aydın şəkildə müəyyən edilməlidir". 

Psixoterapevt əlavə edib ki, qanun cəmiyyətdə mədəniyyət və məsuliyyət formalaşdırmalıdır, mədəniyyət isə hər zaman qanunun yaranmasını gözləməməlidir:

"Tarix göstərir ki, bir çox sosial normalar əvvəlcə hüquqi tələblərlə möhkəmləndirilir, daha sonra isə cəmiyyətin ümumi davranış vərdişinə çevrilir. İnsanlar müəyyən qaydalara əməl etdikcə, zamanla həmin qaydalar gündəlik həyatın normal bir hissəsinə çevrilir. Sağlam və təhlükəsiz cəmiyyət bəzən yalnız sivil yanaşmalarla deyil, həm də sərt qaydalar və onların icrasına nəzarət mexanizmləri ilə formalaşır. Xüsusilə uşaqların və yeniyetmələrin təhlükəsizliyi kimi həssas məsələlərdə məsuliyyətsiz yanaşmanın qarşısını almaq üçün hüquqi çərçivənin olması vacibdir. İnsanların düşüncə tərzi hər zaman yalnız könüllü iradə və şəxsi seçimlə dəyişmir. Bəzi hallarda məcburi tələblər, qanunlar və məsuliyyət tədbirləri cəmiyyətdə yeni davranış standartlarının yaranmasına səbəb olur".

Rövşən Nəcəfova görə, insan məsuliyyətli canlı deyil:

"Buna görə də cəmiyyətin ümumi maraqlarını qorumaq üçün aydın qaydalar və onların icrasını təmin edən mexanizmlər zəruridir. Azyaşlıların internet təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tətbiq olunan hüquqi tələblər yalnız məhdudiyyət yaratmaq məqsədi daşımır. Əsas məqsəd daha təhlükəsiz rəqəmsal mühit yaratmaq, platformaları məsuliyyətli davranmağa təşviq etmək və cəmiyyətdə internetdən daha şüurlu istifadə mədəniyyətinin formalaşmasına şərait yaratmaqdır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://moderator.az
archiveBu xəbər 05 Avqust 2026 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see335

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see306

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see295

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see291

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see286

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see285

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see263

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see260

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see256

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see254

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see243

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see233

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see226

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see225

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see220

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see210

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see202

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see201

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see193

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri