18 yaşında ÇL da debüt edən futbolçu: “Sanki virtual reallıqda idim”
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Real Madrid”in gənc futbolçusu Tyaqo Pitarç Çempionlar Liqasının pley-off mərhələsində “Benfika”ya qarşı keçirilən cavab oyunundan (2:1) sonra fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi qarşılaşmanın son dəqiqələrində meydana daxil olub. O, bir həftə əvvəl Lissabonda baş tutan ilk matçda da eyni ssenari ilə şans qazanmışdı. Bu görüşlər Pitarçın karyerasında “kral klubu”nun əsas komandasında ilk çıxışları kimi tarixə düşüb.
Gənc futbolçu emosiyalarını gizlətməyib:
“Bu komandada çıxış etmək xəyal idi. Özümü sanki virtual reallıq eynəyi taxmış kimi hiss edirəm. Çox da uzaq olmayan keçmişdə onlarla FIFA oynayırdım, indi isə bütün bunları real həyatda yaşayıram”.
Baxış sayı:116
Bu xəbər 26 Fevral 2026 10:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















