Icma.az
close
up
RU
18 yaşında!

18 yaşında!

Azpost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün müstəqil Azərbaycanın media məkanında özünəməxsus yeri olan Qaynarinfo.az xəbər portalının fəaliyyətə başlamasından 18 il keçir. Bu 18 il sadəcə zaman ölçüsü deyil; bu, gərgin əmək, prinsipial mövqe, jurnalist cəsarəti və peşəkarlıqla dolu bir yolun adıdır.

Qaynarinfo-nun əsası jurnalist Zahid Əzəmət tərəfindən qoyulub. Saytın əsas məqsədi, oxuculara operativ, obyektiv və etibarlı məlumatlar təqdim etməkdir. Yarandığı gündən etibarən, Qaynarinfo. gündəlik xəbərləri, analitik materialları və müxtəlif sahələrə dair məqalələri ilə geniş auditoriyaya xidmət göstərir.​

2008-ci ildə informasiya məkanına daxil olan Qaynarinfo, ilk gündən etibarən oxucuya dürüst, tərəfsiz və operativ xəbər təqdim etmək missiyasını özünə məqsəd seçib. Sayt yarananda nə sosial media bu qədər yayılmışdı, nə də informasiya bolluğu indiki qədər idi. O zamanlar xəbər yaymaq həm texniki, həm də etik baxımdan daha böyük məsuliyyət tələb edirdi. Qaynarinfo bu məsuliyyətin öhdəsindən uğurla gəldi.

Zaman keçdikcə Qaynarinfo təkcə xəbər portalları arasında deyil, ümumilikdə Azərbaycan jurnalistikasında xüsusi nüfuz qazandı. Sayt cəmiyyətin müxtəlif təbəqələrinə – siyasətçilərə, ziyalılara, gənclərə, oxucu kütləsinin ən müxtəlif kateqoriyalarına – doğma oldu.

Burada sadəcə hadisələrdən yazılmayıb, problemlər işıqlandırılıb, insan talelərinə toxunulub, ictimai rəy formalaşdırılıb. Saytın əsas üstünlüklərindən biri də analitik baxış, sorğu və araşdırmalar, eləcə də müsahibə janrında təqdim olunan orijinal materiallar olub.

18 ildə nələr baş verdi?

Bu müddətdə Qaynarinfo:

– 100 minlərlə xəbər paylaşıb,

– Minlərlə eksklüziv müsahibə və araşdırma materialları yayımlayıb,

– Onlarla jurnalistə peşəkar inkişaf mühiti yaradıb,

– Cəmiyyətin dövlət və ictimai institutlarla dialoquna körpü olub,

– Qarabağ müharibəsi, pandemiya, siyasi və sosial proseslər kimi mühüm hadisələri operativ və obyektiv şəkildə işıqlandırıb,

– Cəmiyyətin aktual problemləri gündəmə gətirib,

* Söz azadlığına və media etik qaydalarına sadiqlik nümayiş etdirib.

Media sürətlə dəyişir, texnologiyalar yenilənir, süni intellekt və sosial şəbəkələr informasiyanın yayılma qaydasını dəyişir. Bu şəraitdə Qaynarinfo da dinamik inkişaf yolundadır. Sayt öz platformasını daim təkmilləşdirir, vizual və məzmun baxımından müasir tendensiyalara uyğunlaşır.

Qaynarinfo.az təkcə xəbər yayımlayan platforma deyil, həm də jurnalistikanın inkişafına töhfə verən bir məktəbdir. Saytda fəaliyyət göstərmiş və göstərməkdə olan jurnalistlər bu peşəyə vicdanla və məsuliyyətlə yanaşıblar.

18 yaş – bir xəbər portalı üçün az deyil. Amma bu yaş həm də yeni mərhələnin başlanğıcıdır. Qaynarinfo qarşıdakı illərdə də şəffaflıq, obyektivlik və cəmiyyətə xidmət prinsiplərini əsas tutaraq fəaliyyətini davam etdirməyə hazırdır.

Qaynarinfo rəhbərliyi və kollektivi, gələcəkdə də oxuculara yüksək keyfiyyətli və etibarlı informasiya təqdim etməyi qarşısına məqsəd qoyub. Texnoloji yenilikləri izləyərək, saytın funksionallığını artırmaq və istifadəçi təcrübəsini daha da yaxşılaşdırmaq planlaşdırılır.​

18 yaşın mübarək, Qaynarinfo! Yeni zirvələrə doğru!

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://azpost.info
archiveBu xəbər 25 Aprel 2025 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see496

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see492

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see399

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see394

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see369

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see363

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see353

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see352

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see349

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see329

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see301

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see296

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see249

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see244

Uşaqlara vitamin verməklə immuniteti gücləndirmək mümkün deyil Səhiyyə Nazirliyinin eksperti

24 Noyabr 2026 22:15see242

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see225

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see223

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see215

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see211

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri