18 yaşlı braziliyalı hücumçu Mbappe və Holannın nailiyyətini təkrarlayıb
Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İngiltərənin "Çelsi" klubunun 18 yaşlı braziliyalı hücumçusu Estevao Villian Kilian Mbappe və Erlinq Holannın nailiyyətlərini təkrarlayıb.
"Report" "Opta"ya istinadən xəbər verir ki, o, start heyətində meydana çıxdığı ilk üç UEFA Çempionlar Liqası matçında 19 və ya daha az yaşda qol vuran üçüncü futbolçu olub.
O, bunu ötən gün Liqa mərhələsinin V turunda "Barselona"ya (3:0) qarşı görüşün 55-ci dəqiqəsində fərqlənməklə reallaşdırıb.
Estevao daha əvvəl start heyətində meydana çıxdığı "Ayaks"a (Niderland, 1:0) və "Qarabağ"a (Azərbaycan, 2:2) qol vurmağa nail olmuşdu. Buna qədər hücumçu UEFA Çempionlar Liqası matçlarında yalnız ehtiyatdan meydana daxil olurdu.
Qeyd edək ki, daha əvvəl "Real"ın üzvü Kilian Mbappe (18 yaş) və Erlinq Holann (19 yaş) bunu bacarmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 26 Noyabr 2025 13:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















