Icma.az
close
up
RU
Keyn qəhrəman oldu və Holannın rekordunu yenilədi

Keyn qəhrəman oldu və Holannın rekordunu yenilədi

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Bundesliqada tur “Bavariya”nın derbidə inamlı qələbəsi ilə start götürdü.

İlk yarıda qol buraxmayan “Auqsburq” 90-cı dəqiqəyə yalnız 0:1-lə daxil olmuşdu. Amma penaltidən hesabı açan Keyn uzatma dəqiqələrində biri yenə də penaltidən olmaqla daha iki qol vurdu. Onun sonuncu qolu xüsusilə baxımlı alındı və bundesliqanın loqotipində yer alan hərəkəti xatırlatdı. “Rekordmayster” rəsmi matçlarda ardıcıl 6-cı qələbəsini qazandı. Özü də komanda bu oyunların hamısında qapısını toxunulmaz saxlayıb!
Bu tur yeganə sürpriz Zinshaymda qeydə alındı. Mövsümü zəif keçirən “Hoffenhaym” iddialı “Leyptsiq”lə ev oyununda dərsliklərə düşəcək əzmkarlıq nümunəsi sərgilədi. “Kəndçilər” 3 dəfə hesabda geri düşsələr də, hər 3 halda bərabərlik qolunu vurmağa müvəffəq oldular. Bu azmış kimi? bu möcüzəvi oyunun sonunda danimarkalı Bruun Larsen meydan sahiblərinə qələbə qazandırdı. Bu məğlubiyyət “öküzlər”in ikinci pilləni əldən verməsinə səbəb oldu. Çünki mövsümün əsas sürprizi “Ayntraxt” “Verder”i minimal hesabla məğlub etdi.
Misirli Marmuşun rəsmi matçlarda 4 oyunluq qol seriyası qırılsa da, bu dəfə səhnəyə təcrübəli Götse çıxdı. Nuri Şahin evdəki inamlı oyun sayəsində Dortmund “Borussiya”sının başında qalmaqda davam edir. “Arılar” bu dəfə “doğma divarlar” arasında mövsümü heç də zəif keçirməyən “Frayburq”u darmadağın etdilər. Səfərdə son 6 rəsmi matçın hamısında məğlub olan komanda ötən mövsümü də nəzərə alsaq, öz meydanında rəsmi oyunlarda ardıcıl 11-ci qələbəsini qazandı. Bu, bundesliqanın əsasının qoyulduğu 1963-cü ildən bəri dortmundluların ən yaxşı ikinci seriyasıdı!
Komandanın daha öncə yalnız 1994-də bundan daha yaxşı (14) seriyası olub. Son çempion “Bayer-04” “Haydenhaym”la ev oyununun əvvəllərində iki qol buraxaraq fanatlarına şok yaşatdı. Amma Xabi Alonsonun komandası çox tez özünə gələrək avrokuboklarda oynayan rəqibi darmadağın etdi. ÇL-də iştirak edən “Ştutqart” 3 oyunluq qələbəsiz seriyaya autsayder “Bohum”la oyunda son qoydu. “Bohum” hələ də bu mövsüm yeganə qələbəsiz komanda statusundadı. “Volfsburq” “Union”un müqavimətini son anlarda qırdı. Bu tur yeganə səfər qələbəsini “Maynts-05” əldə etdi. “Karnavalçılar” debütant “Holştayn”ı 3 cavabsız qolla yendilər.
11-ci tur
Bavariya – Auqsburq 3:0

Keyn, 63-p.; 90+3-p.; 90+5. (75000)
Bavariya: Noyer, Gerreyro (Laymer, 76), Upamekano, Kim Min Ce, Devis (Boe, 90+4), Kimmix, Qoretska, Olise (Sane, 76), Musiala (Müller, 88), Koman (Qnabri, 76), Keyn.
Borussiya D - Frayburq 4:0
Bayer, 7. Nmeça, 40. Brandt, 66. Gittens, 77. (81365)
Borussiya: Kobel, Ryuyerson (Kabar, 82), Anton, Şlotterbek, Bensebaini (Kouto, 78), Nmeça, Zabitser (Qross, 68), Brandt (Reyna, 78), Malen, Gittens (Dyuranvill, 78), Bayer.
Bayеr-04 – Haydenhaym 5:2
Palasios, 30. Şik, 32; 52; 71. Caka, 82 – Dorş, 10. Honsak, 21. (30000)
Bayer-04: Qradetski, Frimponq (Tella, 45+3), Ta, İnkapye, Tapsoba, Qrimaldo, Palasios (Andrix, 77), Caka, Virts (Terrye, 77), Qarsiya (Artur, 69), Şik.
Hoffеnhaym – Lеyptsiq 4:3
Hlojek, 17; 82. Bişof, 50. Larsen, 86 – Orban, 15. Nusa, 19. Nsoki, 67-öz qapısına. (28023)
Leyptsiq: Qulaçi, Henrixs, Klostermann (Qeertruyda, 46), Orban, Lukeba, Nusa, Vermeeren (Zayvald, 60), Kampl (Aydara, 76), Baumqartner, Şeşko (Uedraoqo, 60), Openda (Silva, 82).
Ştutqart – Bohum 2:0
Fürix, 53. Dil, 78. (59000)
Ştutqart: Nübel, Sterjiu (Çeys, 86), Ruo, Şabo (Hendriks, 86), Mittelştadt, Karazor, Miyo (Rider, 78), Vaqnoman, Fürix (Dil, 77), Demiroviç, Voltemade (Ştiller, 57).
Ayntraxt F – Verder 1:0
Götse, 45. (58000)
Ayntraxt: Trapp, Kollins, Kox, Teate, Braun, Tuta, Skiri, Götse (Larsson, 81), Knauff (Bahoya, 66), Ekitike (Matanoviç, 89), Marmuş (Çaibi, 81).
Borussiya M – Sankt Pauli 2:0
Plea, 13. Klayndinst, 44. (54042)
Holştayn – Maynts-05 0:3
Əmiri, 11. Burkardt, 37-p. Li Ce Sun, 53. (14500)
Volfsburq – Union 1:0
Baku, 71. (25000)
1. Bavariya 11 9 2 0 36-7 29
2. Ayntraxt F 11 7 2 2 27-16 23
3. Leyptsiq 11 6 3 2 18-9 21
4. Bayer-04 11 5 5 1 26-18 20
5. Borussiya D 11 6 1 4 22-18 19
6. Borussiya M 11 5 2 4 17-14 17
7. Frayburq 11 5 2 4 13-15 17
8. Maynts-05 11 4 4 3 18-14 16
9. Ştutqart 11 4 4 3 21-19 16
10. Union 11 4 4 3 9-9 16
11. Volfsburq 11 4 3 4 20-18 15
12. Verder 11 4 3 4 17-22 15
13. Hoffenhyaym 11 3 3 5 17-22 12
14. Auqsburq 11 3 3 5 13-23 12
15. Haydenhaym 11 3 1 7 15-20 10
16. Sankt Pauli 11 2 2 7 7-14 8
17. Holştayn 11 1 2 8 12-28 5
18. Bohum 11 0 2 9 10-32 2
Bombardirlər: Keyn (Bavariya) – 14, Marmuş (Ayntraxt F) – 11, Klayndinst (Borussiya M), Burkardt (Maynts-05) – 7.
Turun rəqəmi
50 – Keyn fenomenal məhsuldarlığını davam etdirir. İngiltərə yığmasının kapitanı “Auqsburq”la qarşılaşmada növbəti het-trikini rəsmiləşdirdi. Bu, onun “Bavariya”da 15 ay ərzində artıq 8-ci (!) het-trikidi. Ən əsası Keyn bundesliqada 43-cü oyunda 50 qol həddinə çatdı. O, turnirin tarixində 50 qol həddinə ən tez çatan futbolçu oldu. Əvvəlki rekord Holanna məxsus idi. Norveçli forvard bu qədər qola 50-ci oyunda çatmışdı. Digər pillələrdə Fridhelm Konitska (63), Uve Zeeler (67), Roy Makay (67) qərarlaşıb.
Turun ulduzu
Patrik Şik (Bayer-04) – Keyn iki qolu penaltidən vurduğundan biz bu tur het-trik edən digər ismə üstünlük veririk. Özü də nəzərə alaq ki, “Bayer-04” iki top fərqi ilə geridə idi və məhz Şikin qolları geridönüşdə həlledici rol oynadı. Onu da bildirək ki, çexiyalı forvard “Bayer-04”ün heyətində bundesliqada 3-cü dəfə bir oyuna ən azı 3 qol vurmağı bacardı. Klub tarixində daxili birincilikdə het-trik sayına görə Şiki yalnız Ulf Kirsten (7) üstələyir.
Turun sitatı
Uli Höness, “Bavariya”nın fəxri prezidenti:

“Fanatlarımıza indidən söz verə bilərəm ki, bu mövsüm çempionluq bizim olacaq. İndi əla durumdayıq və inamla turnir cədvəlinə başçılıq edirik. Əsas rəqiblərimiz “Bayer-04”lə “Leyptsiq”di ki, onlar da çox geridədi. Mənim oynadığım dönəmdə biz çempion olarkən buna sevinirdik. Amma indi mövsümün əvvəlində “biz çempion olmaq istəyirik” dedikdə bu, o qədər də əyləncəli səslənmir. Əksinə, insanlara darıxdırıcı gəlir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:250
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 02 Dekabr 2024 01:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri