18 yaşlı qız nişanlısı tərəfindən ÖLDÜRÜLDÜ Hamilə imiş,..
Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır.
Türkiyədə gənc qız sevgilisi tərəfindən öldürülüb.
News24.az xəbər verir ki, İstanbulun Sarıyer rayonunun Kocataş məhəlləsində ötən gecə baş verən dəhşətli cinayətin təfərrüatları üzə çıxıb.
Belə ki, 18 yaşlı Oya Budak, keçmiş nişanlısı Samet T. tərəfindən silahla sinə nahiyəsindən vurularaq qətlə yetirilib. Hadisə zamanı 5 aylıq hamilə olan Budak ağır yaralı halda xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Gənc qız həkimlərin bütün müdaxilələrinə baxmayaraq, bətnindəki körpəsi ilə birgə vəfat edib.
Araşdırmalar zamanı məlum olub ki, Oya Budak təxminən 6 ay əvvəl cinsi istismara məruz qalıb və həmin hadisədən sonra hamilə qalıb. İstismarda təqsirləndirilən şəxsin evli və uşaqlı olduğu, hazırda isə həbsdə olduğu bildirilir.
Gənc qızın ailəsinin bu hamiləlikdən xəbəri olmadığı, nişanlısının ailəsinin isə bu vəziyyəti öyrəndikdən sonra Oya Budakı qəbul etmək istəmədiyi məlum olub. Bütün təzyiqlərə baxmayaraq, Oya Budakın əlaqəni davam etdirmək istədiyi bildirilir.
Oya Budakın ölümündən əvvəl yazışmaları da üzə çıxıb. Bu mesajlarda onun vəziyyətindən narahat olduğu, lakin qorxu və təzyiq içində yaşadığı sezilir.
Aqil
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 26 İyun 2025 16:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















