Icma.az
close
up
RU
19 sentyabr 2023: iki il əvvəl, bu gün...

19 sentyabr 2023: iki il əvvəl, bu gün...

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Tarixi Zəfərdən sabitliyə: antiterror tədbirlərinin strateji nəticələri

Milli iradənin təntənəsi...

2020-ci lidən başlayaraq Azərbaycan Cənubi Qafqazda sülhü və təhlükəsizliyi bərpa etmək istiqamətində mühüm addımlar atmaqdadır. Ötən dövr ərzində əvvəlcə Vətən müharibəsi, sonra isə antiterror tədbirləri günümüzün sülh prosesinin aktuallaşması üçün real addımlar kimi yadda qaldı. Qeyd edilməlidir ki, 24 saatlıq lokal antiterror tədbirləri bölgənin həyatında yeni mərhələnin başlanğıcını formalaşdırdı - bunun nəticəsidir ki, artıq Cənubi Qafqaz hərbi təlatümlərlə və ya siyasi kataklizmlərlə deyil, təhlükəsizlik mühiti, əməkdaşlıq və inkişafla xarakterizə olunur. Bu, Azərbaycanın apardığı uğurlu siyasətin təntənəsidir.

Beləliklə, 2023-cü ilin 19-20 sentyabr günləri Azərbaycan tarixində yeni bir səhifə açdı. O günlərdə başlanan lokal antiterror tədbirləri təkcə hərbi əməliyyat deyildi - bu, əsrlər boyu davam edən ədalətsizliyə, torpaqlarımızda süni şəkildə yaradılmış separatizm yuvasına vurulan son zərbə idi. 44 günlük Vətən müharibəsindən sonra bölgədə qalan qanunsuz silahlı dəstələr və onların himayədarları hələ də Azərbaycan dövlətinin iradəsini sınamağa cəhd edirdilər. Lakin dövlətin dəmir yumruğu bu dəfə də özünü göstərdi: xalqın gözlədiyi tarixi məqam yetişdi...

Milli tariximizin dönüş nöqtəsi...

Antiterror tədbirləri cəmi bir gün, daha doğrusu 23 saat 43 dəqiqə davam etsə də, nəticələri yüzilliklər boyu xatırlanacaq. Çünki həmin gün bütün dünya milli iradə və güclü dövlətçilik prinsipləri qarşısında heç bir gücün dayana bilmədiyinin növbəti dəfə əyani şahidi oldu. Prezident İlham Əliyevin dediyi kimi “Azərbaycan öz suverenliyini tam bərpa etmişdir. Qarabağda separatçılıq birdəfəlik aradan qaldırılmışdır”...

Bu sözlər dövlətin və dövlət başçısının qətiyyətli mövqeyi olmaqla yanaşı xalqımızın tarixi arzularının gerçəkləşməsinin real ifadəsi idi. Artıq həmin tarixi əməliyyatlardan iki il ötür - arxaya boylandıqda biz yalnız hərbi-siyasi qələbəni deyil, həm də milli həmrəyliyin, dövlətin gücünün və xalqın birliyinin yaratdığı yeni reallıqları görməkdəyik.

Bu bir həqiqətdir ki, lokal antiterror tədbirləri milli tariximizin dönüş nöqtəsidir - bu əməliyyat həm də Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunması, separatizmə son qoyulması, milli suverenliyin bərpası və bölgədə yeni təhlükəsizlik mühitinin formalaşması baxımından müstəsna əhəmiyyət daşıyır. Antiterror tədbirləri təkcə Qarabağ reallıqlarını dəyişmədi  -  Azərbaycanın regiondakı mövqeyini gücləndirdi, beynəlxalq aləmdə dövlətimizin prinsipial qətiyyətini nümayiş etdirdi və gələcək inkişaf üçün yeni perspektivlər açdı...

Zəfər yolu...

5 il öncədən başlanan və ərazi bütövlüyümüzün, suverenliyimizin bərpasına yol açan Zəfər yoluna qısa nəzər salaq - 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etməyə nail oldu. Noyabrın 10-da imzalanan üçtərəfli Bəyanata uyğun olaraq isə sonrakı mərhələdə Ağdam, Laçın və Kəlbəcər şəhərləri bir güllə atılmadan Azərbaycana təhvil verildi.

Kapitulyasiyadan sonra məğlub Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayındı - manipulyasiyalara əl atdı. Öhdəliklərdən biri Azərbaycan ərazilərindəki hərbi hissələrini geri çəkməklə bağlı idi. 44 günlük müharibədən sonrakı üç il ərzində bu öhdəlik yerinə yetirilmədi. Ermənistan ordusunun təxminən 15 minlik kontingenti Azərbaycan ərazilərində qalaraq separatçılıq əməllərini davam etirir, tez-tez təxribatlara əl atırdı. İkinci Qarabağ müharibəsindən sonra ölkəmiz narahatlığını nəzərə çatdıraraq dəfələrlə Ermənistan rəhbərliyinə, onların xaricdəki havadarlarına, digər tərəflərə müraciət edib və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində qalmasının yolverilməz olduğunu əsaslandırıb. Rəsmi Bakı buna son qoyulmasını tələb edirdi. Amma Azərbaycanın haqlı tələbləri eşidilmədi. 2021-ci ilin noyabrında sərhəddə birinci silahlı toqquşmalar baş verdi. Müharibədən sonra ən qanlı toqquşma isə 2022-ci ilin sentyabrında şərti sərhədlərdə törədildi. 2023-cü ilin martında Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri Şuşa istiqamətində təxribatlara əl atdılar, aprel və may aylarında isə şərti dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutuldu. Eyni zamanda, mina terroru da davam edirdi. Ermənistandan Laçın - Xankəndi yolu ilə separatçılara çoxlu sayda minalar göndərilirdi.

Bir nömrəli post - bir nömrəli vəzifə...

Belə bir dövrdə separatçıların Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarını davam etdirmələri də narahatlıq doğurmaya bilməzdi. Həmin fəaliyyətlər nəticəsində sərvətlərimiz talanır, ekologiyaya ciddi ziyan vurulurdu. Bununla əlaqədar olaraq  Azərbaycanın bir-sıra vətəndaş cəmiyyəti təsisatlarının nümayəndələri və ekologiya fəalları 2022-ci il dekabrın 12-dən etibarən Şuşa-Laçın yolunda etiraz aksiyasına başladılar. Onlar separatçıların qanunsuz fəaliyyətlərinə, ərazilərimizə minalar və digər-silah-sursat daşınmasına son qoyulmasını tələb edirdilər.

44 günlük müharibədən sonra 23 saatlıq lokal xarakterli antiterror tədbirlərinə gedən yolda “Laçın” nəzarət-buraxılış məntəqəsinin qurulması çox mühüm bir hadisə oldu. Ekofəalların aksiyası ilə Laçın yoluna de-fakto nəzarət təmin olundu.  Bununla belə, separatçılar nəzarətsiz qalan torpaq yollarla Xankəndinə Ermənistandan silah-sursat, canlı qüvvə və digər hərbi təyinatlı yüklərin daşınmasını həyata keçirirməyə cəhdlər göstərdilər. Beynəlxalq hüquq normalarına istinad edən ölkəmiz isə 2023-cü  il aprelin 23-də Laçın - Xankəndi yolunun başlanğıcında sərhəd-keçid məntəqəsi qurdu.

Mahiyyətinə, xarakterinə, yerləşdiyi coğrafyaya, əhəmiyyətinə və vacibliyinə görə “BİRİNCİ POST” ünvanı qazanan Laçın dövlət sərhəd buraxılış məntəqəsi hər zaman havadarlarına güvənərək qeyri-qanuni həyat tərzi seçmiş, sürmüş və bu qeyri-qanuni fəaliyyəti artıq özünün həyat fəlsəfəsinə çevirmiş Ermənistanı, onu dəstəkləyənlərii və nəhayət həmin dövrdə artıq “son günləri”ni yaşayan separatçıları beynəlxalq hüquqa hörmət etməyə növbəti çağırış idi. Azərbaycan hər zaman olduğu kimi regionda qanunun aliliyinin təmin olunması üçün qəti addımları ilə seçilmişdi. Dövlət sərhəd buraxılış məntəqəsinin qurulması suveren hüquqlarımız çərçivəsində idi - Azərbaycan özünün Qərb sərhəddinə son 200 ildə ilk dəfə idi ki, özü nəzarət edirdi. Eyi zamanda, Laçın postu Azərbaycanın ərazi bütövluyünün rəsmi təsdiqi idi: bu post separatizmin, erməni faşizminin başının tam əzilməsi üçün ən real və təsiredici maxanizmə çevrildi.

Gücümüzün və iradəmizin bariz nümunəsi

20203-cü ilin sentyabırnda isə bütün daşlar yerinə oturdu - Azərbaycan ordusu 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığı təcrübəni və üstünlüyü 2023-cü ilin lokal antiterror tədbirlərində bir daha nümayiş etdirdi. Qısa müddətdə həyata keçirilən əməliyyat separatçı silahlı birləşmələrin tam tərk-silah edilməsini təmin etdi. Əməliyyatların cəmi bir gün ərzində nəticə verməsi həm hərbi planlaşdırmanın peşəkarlığını, həm də Azərbaycan Silahlı Qüvvələrinin yüksək döyüş hazırlığını təsdiqlədi. Siyasi müstəvidə isə bu tədbirlər separatizmin birdəfəlik ləğvi demək idi. Azərbaycanın suverenliyi BMT-nin tanıdığı sərhədlər çərçivəsində tam təmin olundu. Prezident İlham Əliyev bu uğur barədə belə demişdir: “Azərbaycan Ordusu yüksək peşəkarlıq və qəhrəmanlıq nümayiş etdirdi. Əməliyyatlar çox qısa müddətdə və minimum itkilərlə başa çatdı. Bu, bizim gücümüzün və iradəmizin bariz nümunəsidir.”

Suveren və bütöv Azərbaycan!

Dövlət başçmızın hər zaman bəyan etdiyi tezis bütün dünya tərəfindən təsdiq olundu - “Heç vaxt Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaradılmasına icazə verilməyəcək” fikri tam təsdiqini tapdı. 2023-cü ilin əməliyyatları ilə Qarabağda qondarma rejim ləğv olundu. Bu, Azərbaycanın dövlətçilik prinsiplərinin təntənəsi idi. Artıq ölkə ərazisində separtçılıq ləğv olunmuşdu. Konstitusiya və qanunların aliliyi isə bütün ərazilərimizdə təmin edilmişdi. Bu həm də gələcəkdə istənilən separatizm cəhdlərinə qarşı ciddi mesaj idi.

Lokal xarakterli antiterror tədbirləri çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı. Əməliyyat başlamazdan əvvəl bütün hərbi birləşmələrimizə ciddi tapşırıq verilmişdi ki, aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır. Azərbaycanın Müdafiə Nazirliyi yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yerləşdirilməsini nəzərə alaraq ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırdı. Bu barədə mobil SMS xidməti vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə məlumat göndərildi. Eyni zamanda, səsgücləndirici texniki vasitələrlə əhali xəbərdar edilir və məlumat vərəqələri paylanılırdı. Bu, Azərbaycanın növbəti humanist, beynəlxalq qanunlara hörmət göstərən bir dövlət olduğunu sübut etdi. Sentyabrın 15-də Prezident İlham Əliyev Xocalının Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşündə də bildirib ki, 19-20 sentyabr antiterror əməliyyatı onlara dərs oldu və hamıya dərs oldu: “Cəmi bir neçə saat davam edən hərbi əməliyyat separatçıların kökünü kəsdi və onların ümid bağladıqları yerlər də səssiz qaldı. Çünki Azərbaycan Ordusu qarşısında heç kim dura bilməzdi, Azərbaycan xalqı qarşısında heç kim dura bilməzdi, ona görə ki, biz haqlıyıq”.

Bərpa işləri uğurla davam edir...

Separatçı ünsürlərin aradan qaldırılmasından sonra Qarabağda infrastrukturun bərpası daha da sürətləndi. Zəngilan, Laçın, Füzuli və digər bölgələrdə yollar, hava limanları, elektrik şəbəkələri və sosial obyektlər istifadəyə verilmişdi - 2023-cü il əməliyyatlarının nəticəsi olaraq Qarabağın tam təhlükəsiz zona elan olunması bərpa işlərini yeni mərhələyə daşıdı. Dövlət başçısı Xocalının Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşündə bildirdi ki, uzun illər köçkün həyatı yaşamış insanlar ən gözəl şəraitə layiqdirlər: “Mən xatırlayıram, o vaxt işğal dövründə köçkünlərlə çoxsaylı görüşlərimdə deyirdim ki, sizin üçün dövlət şərait yaratmağa çalışır və biz bunu etmişdik. Təqribən 300 minə yaxın keçmiş köçkün dövlət tərəfindən evlərlə, mənzillərlə təmin edilmişdi. Ancaq hər dəfə çadır şəhərciyinin açılışında deyirdim ki, bu, müvəqqəti yaşayış yeridir. Qarabağ azad olunandan sonra sizin üçün Qarabağda daha gözəl şərait yaradacağıq, o da oldu”.

Qürur və qətiyyətin təsdiqi...

Azərbaycan xalqı bu əməliyyatı böyük qürur və qətiyyətlə qarşıladı. Xalq - ordu - dövlət birliyi öz gücünü bir daha oratya qoydu - 2023-cü il hadisələri milli birliyin, həmrəyliyin möhkəmlənməsində əsaslı rol oynadı.

2023-cü il antiterror tədbirlərinin ikinci ildönümündə Azərbaycan artıq tam başqa bir mərhələdədir. Qarabağda separatizm tarixin arxivinə göndərildi, ərazi bütövlüyü təmin olundu, bərpa işləri genişlənib. Azərbaycan regionun lider dövləti kimi çıxış edir və gələcək inkişaf yolunda inamla addımlayır. Bu gün bölgədə sülh arxitekturası yaratmağa köklənən Azərbaycan həmin tarixi günləri qürurla yada salır və gələcəyə böyük ümidlərlə baxır...

Pərviz SADAYOĞLU

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:48
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 Sentyabr 2025 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see287

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see235

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see224

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see201

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see192

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see183

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see178

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see171

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see169

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see164

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see164

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see162

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see145

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see142

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see142

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see141

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see140

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see137

Ferdi Kadıoğlu evlənib FOTO

17 Dekabr 2025 00:36see134

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri