Icma.az
close
up
RU
2023 cü il Sentyabr qəhrəmanlığı

2023 cü il Sentyabr qəhrəmanlığı

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

II MƏQALƏ

Tarixi müqayisə

Müasir Azərbaycan tarixində 2023-cü il sentyabr uğurunun real yeri və rolunu obyektiv müəyyən etməyin vacibliyini geniş fəlsəfi kontekstdə dərk etməyin gərəkliyinin bir sıra məqamları ilə bağlı bu mövzuda I məqalədə müəyyən fikirlər ifadə etmişik. Bununla yanaşı, “Azərbaycan – Qalib dövlət” obrazının adekvat yaradılması məsələsi olduqca əhəmiyyətlidir. Sentyabr qəhrəmanlığı kontekstində məsələnin bu cəhəti daha aktual görünür. Çünki Azərbaycan cəmiyyətində yekdil mövqe vardır ki, hərbi əməliyyatlar baxımından çox qısa müddəti əhatə edən həmin zəfərli proses əslində dövlətin obrazının dərki aspektində dərin yanaşma tələb edir.

Məsələyə yanaşmanın çıxış nöqtəsi kimi Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü il yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibədə irəli sürdüyü tezislərdən ikisində ifadə edilmiş mənaları götürmək zəruridir. Çünki onlar dünya miqyasında qalib dövlət obrazının formalaşmasının nəzəri və konseptual cəhətlərinin ana xəttini təşkil edirlər. Dövlət başçısı Azərbaycanın nümunəsində bütövlükdə qalib dövlətin daim uğurlu olmasının fəlsəfi və siyasi-nəzəri şərtlərini yığcam ifadə etmişdir. Burada çox maraqlı məqam Azərbaycan Prezidentinin məsələni qısa, lakin bir-biri ilə sıx daxili məntiqi və semantik xüsusiyyətləri olan tezislərdə ifadə etməsidir. Həmin tezislər aşağıdakılardır:

Birincisi, “...indi bəzi ölkələr var ki, öz tarixi keçmişini, tarixi uğurları illər boyunca, onilliklər ərzində istismar edirlər. Halbuki onların özlərinin o zəfərlərə heç bir aidiyyəti yoxdur. Yəni biz o ölkələrdən olmaq istəmirik”.

İkincisi, “Biz nə etmişiksə etmişik, xalq da bunu qiymətləndirir və qiymətləndirəcək. Ancaq bu tarixi Zəfəri də bundan sonra daim istismar etmək düzgün olmaz. Çünki birincisi, siyasi nöqteyi-nəzərdən düzgün olmaz. İkincisi, cəmiyyətdə elə bir sakitləşmə ovqatı da yaradılmamalıdır”.

Burada bütövlükdə “qalib dövlət” obrazının fəlsəfi və siyasi qavramının sintezində əhəmiyyətli üç aspekti yığcam ifadə edilmişdir.

Qalib dövlət obrazı aktual zamanda

Azərbaycan Prezidenti bu məsələni yuxarıda vurğuladığımız birinci tezisində önə çəkmişdir. Bizcə, olduqca əhəmiyyətli məqamdır. Çünki tarixi keçmişinə aid etdikləri hər hansı hadisənin (bəzən həmin hadisənin onu xatırladanın real tarixinə də aiddiyyəti olmur) bu günün qalib dövləti olmağa real olaraq heç bir dəxli olmur. Bu, yanaşma kimi doğru və səmərəli deyildir. Əgər hər hansı dövlət belə bir yanaşma əsasında tarixi keçmişi uzun müddət istismar edirsə, o, gerçəkdə nəinki qalib dövlət obrazına sahib olur, hətta ciddi durğunluq mərhələsində çabalayır. Keçmişin istismarı bu gün dövlət kimi elə bir fəaliyyətin, uğurun olmaması əlamətidir.

Digər tərəfdən, belə psevdoqalib obrazı yaratmaq psixoloji olaraq cəmiyyəti passivləşdirməyə aparıb çıxarır. Real həyatda qələbə ruhunu daşımayan, onu duymayan və daxili yaşantı zövqünü hiss etməyən toplum, əlbəttə, passionar olmaq motivasiyasını itirmiş olacaq.

Deməli, əsl qalib dövlət obrazı aktual zamanda formalaşandır. Bu gün dövlət nail olduğu zəfərlər və uğurlar əsasında özünün gerçək qalib obrazını yarada bilər. Bu obraz aktiv formada ictimai şura təsir edir və onun yenilənməsini stimullaşdırır. Əlbəttə, belə bir yanaşma tarixi keçmişi qətiyyən kənara qoymur, əksinə, onun yaddaşın feili aspektdə cilalanması və layiqli yerini tutmasına obyektiv yanaşmanı təmin edir.

Bu tezislər Vətən müharibəsi və antiterror tədbirlərinin müasir dövlətçilik tariximizdə yeri və rolu məsələsinin əsas cəhətlərini ifadə edirlər. Ən əhəmiyyətli məsələlərdən biri dövlət başçısının bir tezisdə II Qarabağ müharibəsi ilə cəmi 23 saat 41 dəqiqə davam etmiş və ərazi bütövlüyü ilə suverenliyin tam təmini məsələlərini vahid siyasi məntiqi qiymətləndirmə müstəvisinə gətirmiş möhtəşəm yanaşmanı ifadə etməsidir.

Bizcə, müasir Avrasiya tarixində buna oxşar hal yoxdur. Prezident İlham Əliyev bu qiymətləndirməsi ilə müstəqillik baxımından prinsipial əhəmiyyət daşıyan ərazi bütövlüyünün bərpası ilə suverenliyin tam təmininin vəhdətini aktuallaşdırmışdır. Eyni zamanda, hər iki fenomen-prosesin tarixi aspektdə çox qısa müddətdə (44 gün+23 saat 41 dəqiqə) epoxal dəyişikliklər edə bilməsi potensialının daxili motivəedici gücünü önə çəkmişdir. Aktual zamanda qalib dövlət obrazının təməl tezisi bundan ibarətdir.

“Azərbaycan–Qalib dövlət” obrazının dərk edilməsi ilə bağlı gəlinən qənaətlərdən biri yuxarıda vurğulanan məqamlardan məntiqi alınır: Azərbaycan çox qısa aktual zamanda ciddi siyasi və geosiyasi yeniliklərə təkan verən möhtəşəm tarixi Zəfər əldə etmişdir. Bu Zəfərin başlıca fəlsəfi və siyasi-nəzəri xüsusiyyəti məhdud zaman çərçivəsində bir dövlətin öz ərazi bütövlüyü ilə tam suverenliyini bir-birinə qovuşdurması ilə bağlıdır. Bu iki faktor müasir müstəqil dövlətçiliyin fundamental kriteriyaları sırasına daxildir.

Vurğuladığımız qənaətdən 2023-cü il sentyabr qəhrəmanlığının qalib dövlət obrazının yaradılmasındakı tarixi və geosiyasi rolu haqqında nəticə ala bilərik. 23 saatda əldə edilən Zəfər Azərbaycanın dövlət kimi qalib obrazının Zamanda əbədi aktual olmasını təmin edən əzəmətli uğur nümunəsidir!

Bunlar Prezident İlham Əliyevin yığcam tezisinin potensial anlamlarından yalnız bir sıra aspektinə aid ola bilən fikirlərdir. İkinci tezisdə əks olunan mənalar bu baxımdan çox maraqlı və əhəmiyyətlidir. Onlar üzərində dayanaq.

Xalq qiymətləndirməsi

Dövlət başçısının “nə etmişiksə etmişik, xalq da bunu qiymətləndirir və qiymətləndirəcək” müddəasını ifadə etməsi qalib dövlət obrazının faktiki olaraq “qalib xalq” və ya “qalib cəmiyyət” obrazları ilə identikləşdiyini önə çıxarır. Etiraf etmək gərəkdir ki, bu, çox önəmli məqamdır. Çünki Zəfərin əbədi olması və gerçəkdən gənc nəslin psixologiyası və şüuruna müsbət nəticəverici təsir etməsi üçün toplumun həmin obrazı “mənəviyyatında yaşatması” şərtdir. Təcrübə göstərir ki, nəticəsindən və nüfuz dairəsindən asılı olmayaraq dövlətin əldə etdiyi qələbənin legitimliyi cəmiyyət tərəfindən qəbul edilmirsə, onun təsiri tez sönür. Bu da əksər hallarda insanlarda öz dövləti və cəmiyyətinə qarşı ya laqeyd münasibət formalaşdırır, ya da xüsusi hallarda ondan çox uzaqlaşdırır. Son olaraq qalib obraz tarixin arxivinə atılır.

Azərbaycan xalqı dövlətin qələbə obrazını nəinki aktiv dəstəkləyir, həm də onun yaradılmasının aparıcı faktoru olduğunu dərk edir. Bizim Konstitusiyamızda da müstəqil dövlətçiliyin, o cümlədən suverenliyin təməlində xalqın iradəsi, maraqları və suverenliyinin dayandığı aydın əks olunmuşdur. 2023-cü il 19-20 sentyabr hadisəsində əsgərlərimizin misli görünməmiş şücaətlər göstərməsinin təməl motivasiyası məhz xalqın iradəsidir! Deməli, qalib dövlət və qalib xalq obrazları bir-birini yaradır və tamamlayır ki, onun daşıyıcıları Azərbaycan rəhbəri, xalqı, ordusu və əsgərləridir! Bu, “Azərbaycan–Qalib dövlət” obrazının 23 sentyabr hadisəsi fonunda digər mühüm özəlliyidir.

Qalib dövlət obrazı ilə bağlı vurğuladığımız iki xüsusiyyət prizmasında başqa bir aktual məsələ ölkə rəhbərinin müsahibəsində dəqiq əksini tapmışdır.

Qalib dövlət obrazının gələcəyi

Qalib dövlət və qalib xalq obrazlarının bir-birini tamamlaması mühüm şərtdir. Onun üçün xüsusi siyasi yanaşma müəyyən etmək gərəkdir. Onun kriteriyaları elə olmalıdır ki, aktual zamanda formalaşmış qalib dövlət-xalq obrazını strateji kontekstdə perspektiv zamana proyeksiya etmək mümkün olsun. Azərbaycan Prezidenti həmin kontekstdə tezisin əhəmiyyətli xüsusiyyətini ayrıca ifadə etmişdir - tarixi Zəfəri “bundan sonra daim istismar etmək düzgün olmaz”. Eyni zamanda, Zəfəri istismar etməməyin iki əsas anlamı mövcuddur.

Birincisi, “siyasi nöqteyi-nəzərdən düzgün olmaz”.

İkincisi, “cəmiyyətdə elə bir sakitləşmə ovqatı da yaradılmamalıdır”.

Bu iki qısa alttezisin qalib dövlət-qalib xalq obrazı aspektində elmi, siyasi və ideoloji funksiyaları yüksək dərəcədə vacibdir. Əlbəttə, onları adi yanaşma ilə görməmək də olar. Lakin nəzəri-konseptual çərçivədə semantik dərinliklərə baş vurduqca strateji mahiyyətli aktual məqamlar aydınlaşır. O semantik üfüqdə siyasi nöqteyi-nəzərdən düzgün olmamaqla cəmiyyətin sakitləşməsi arasındakı daxili məna bağlılığı dərk edilə bilir. Kimsə şübhə etməsin ki, bu kimi nəzəri məqamları dərk etmədən qalib dövlət-qalib xalq obrazlarını toplum daşıya bilməyəcək. O cümlədən 2023-cü il sentyabr qəhrəmanlığı fraqmentar olaraq yaddaşlarda mövcud olacaq ki, qətiyyən qəbul edilməz haldır. Vurğulanan tezislərin təfəkkürümüzdə yeri və rolunun adekvat müəyyən edilməsi üçün öncə müasir fəlsəfi və siyasi-nəzəri elmdə “qalib-dövlət” obrazının ümumi xüsusiyyətlərinə baxmaq lazım gəlir.

“Qalib dövlət” obrazının ümumi cəhətləri

Çox da nəzəri dərinliklərə varmadan KİV formatının yaratdığı ifadə hüdudları daxilində, ümumiyyətlə, elmdə “qalib dövlət” anlayışının təsnifinə nəzər salaq. “Qalib dövlət” əsas ideoloji və mədəniyyət vahidlərindən biri sayılır. Bir qayda olaraq tarixən dövlətlər ondan hakimiyyəti legitimləşdirmək, cəmiyyəti toparlamaq və beynəlxalq aləmdə mövqeyini möhkəmlətmək üçün istifadə edirlər. Ancaq burada bir incə məqamı nəzərə almaq lazımdır. Ayrı-ayrı dövlətlər qalib dövlət obrazından istifadə etməkdə vurğulanan əlamətlərdən fərqli kontekstdə və məqsəddə yararlana bilərlər.

Məsələn, elə dövlət vardır ki, hakimiyyətin legitimliyi aspektinə üstünlük verir. Bir başqası, cəmiyyətin konsolidasiyası cəhətini ön sıraya çıxarır. Elə dövlətlər də mövcuddur ki, əsas diqqəti beynəlxalq arenada yerini möhkəmlətmək məqsədinə yönəldir. Müasir tarixi mərhələdə bu əlamətlərin müxtəlif nisbətini, məsələn, SSRİ və ABŞ-ın özlərini qalib hesab etdikləri məsələlərdə görmək olar.

SSRİ İkinci Dünya müharibəsindən sonra qalib dövlət obrazını qalib xalq və ya qalib cəmiyyət obrazına uyğunlaşdırmaq üçün daxili siyasətə deyil, ideoloji çərçivəyə, hərbi gücü daim artırmaq xəttinə və bu əsasda beynəlxalq rəqabət miqyasında sistemi qorumaq istiqamətində təşviq etməyə üstünlük verdi. Bu yanaşma nəticəsində SSRİ-nin qalib dövlət obrazının mərkəzi müddəası aşağıdakı məzmunda müəyyən edilmişdir: “faşizmdən dünyanın xilas olunması”, “sosialist quruluşunun təntənəsi”, “sovet insanı obrazının qələbəsi”. Bunlara uyğun əsas rəmzləri belə müəyyən edilmişdi: “Reyxstaq üzərində qırmışı bayraq”, “Qələbə Günü” və “xilaskar döyüşçü”. Zaman-zaman rəsmi olaraq ideoloji kontekstdə yaradılan bu obrazın sovet cəmiyyətinin “qalib xalq” obrazı ilə bağlı cəmiyyət üzvlərinin təsəvvürləri ilə ziddiyyət təşkil etdiyi üzə çıxdı. Sovetlər uzun illər həmin qələbəni yanlış məzmunda təbliğ və təşviq etdi.

Möhtəşəm tədbirlər, nümayişlər, paradlar, nəhəng təbliğat sistemi, simvolların daim təşviq edilməsi, ideoloji çağırışlar, güclü hərbi sistemin yaradılması və s. kimi hallar qələbənin açıqca istismarı formasında idi. Cəmiyyətin real vəziyyətə baxışı ilə təbliğatın yaratdığı mənzərə arasında ciddi uçurum dərinləşirdi və “ilğım dalğası” tədricən qalib dövlət obrazını “yuyurdu”. Bu, SSRİ kimi nəhəng hərbi, siyasi və mədəni sistemin çöküşü ilə nəticələndi.

Digər nümunə kimi ABŞ-ın “soyuq müharibə”dən qalib çıxması əsasında yaradılan “qalib dövlət” obrazını göstərmək olar. Bu obrazın üç mərkəzi faktoru vardı: totalitarizm üzərində qələbə, “azad dünya”nın lideri və qlobal hakim. Əsas rəmzləri: “tarixin sonu” konsepsiyası, pop-mədəniyyətin və dolların üstünlüyü. Bu rəmzlər də geniş miqyasda Amerika təbliğat maşını tərəfindən istismar edilmişdir və uzun müddət yeni heç nə yarada bilməmişlər. Amerika xalqı üçün yaradılmış qalib dövlət obrazı tədricən iflasa uğradı. İndi D.Tramp sanki bütün dünya üzrə həmin “obraz-bütləri” sındırmaqla məşğuldur. Yəni təcrübə göstərir ki, ABŞ da perspektivi olmayan qalib dövlət obrazı yaratmışdır.

Başqa nümunələr də göstərmək olar. Ancaq baxdığımız kontekstdə əsas sual belədir: dünyanın ən güclü dövlətləri belə qalib dövlət obrazı ilə qalib xalq obrazını uyğunlaşdıra bilməyə bilər. Həm də bu proses dövlət və cəmiyyət üçün böyük risklər çıxara bilər. Məhz məsələnin bu aspekti Azərbaycan kontekstində prinsipial anlam kəsb edir. Yəni Azərbaycan ranqında dövlət perspektivli “qalib dövlət” və “qalib xalq” obrazlarını necə formalaşdırmalıdır? Bu bağlılıqda biz qalib dövlət olaraq nələri istismar etməməliyik?

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Sentyabr 2026 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see315

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see266

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see225

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see222

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see218

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see217

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see217

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see217

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see213

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see212

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see210

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see200

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see196

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see190

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see190

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see181

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see177

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see177

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see177

Yeni yaranan planet aşkarlandı

23 Sentyabr 2026 22:47see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri