19 yaşlı Antonelli Formula 1 də ilk qələbəsini qazandı
Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Formula 1 üzrə dünya çempionatının 2026-cı il mövsümünün ikinci mərhələsi — Çin Qran-prisi başa çatıb.
"Ölkə.az" xəbər verir ki, Şanxayda keçirilən yarışın qalibi "Mersedes" komandasının italyan pilotu Kimi Antonelli olub.
Bu, 19 yaşlı sürücünün karyerasında qazandığı ilk Formula 1 qələbəsidir. Qeyd edək ki, Antonelli 2025-ci ildən "Mersedes"in şərəfini qoruyur. O, daha əvvəl Formula 1 tarixində poyl-pozisiyasını (sıralama turunun qalibi) qazanan ən gənc pilot kimi tarixə düşmüşdü.
Yarışda ikinci yeri qalibin komanda yoldaşı, britaniyalı Corc Rassell tutub. Beləliklə, "Mersedes" mövsümün ikinci mərhələsində dubl etməyə nail olub. İlk üçlüyü isə "Ferrari" komandasının digər britaniyalı təmsilçisi, yeddiqat dünya çempionu Lyuis Hemilton tamamlayıb.
Çempionatın növbəti mərhələsi martın 27-dən 29-dək Yaponiyada keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 15 Mart 2026 14:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















