Antonelli “Formula 1” də erkən çempion ola bilər
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
“Mercedes”in pilotu Andrea Kimi Antonelli 2026-cı il mövsümündə “Formula-1”-in ən erkən dünya çempionu ola bilər.
İdman.Biz-in məlumatına görə, italiyalı pilotun Madriddə keçirilən İspaniya Qran-prisindəki qələbəsi mövsümdə səkkizinci olub. Antonelli komanda yoldaşı Corc Rasselllə xal fərqini 81-ə çatdırıb.
Çempionatın qalan doqquz mərhələsində maksimum 233 xal qazanmaq mümkündür. İlkin hesablamalara görə, qələbələrin sayındakı üstünlüyü nəzərə alaraq, titulunu təmin etmək üçün Antonelliyə daha 152 xal toplamaq lazımdır. 153 xal isə ona əlavə göstəricilərə ehtiyac olmadan çempionluq qazandıracaq.
Beləliklə, əlverişli şəraitdə italiyalı titulunu artıq oktyabr ayında keçiriləcək Sinqapur Qran-prisində rəsmiləşdirə bilər.
Bununla belə, vəziyyət mövsümün yekun təqvimindən də asılıdır. Qətər və Əbu-Dabi mərhələlərinin ləğv olunacağı təqdirdə, qazanılması mümkün olan xalların sayı azalacaq və bu da hesablamalara təsir göstərəcək.
Antonellinin “Formula-1” tarixində rekord müəyyən etmək şansı var. O, cari mövsümdə çempion olarsa, 2010-cu ildə 23 yaş 134 günlük ikən ilk titulunu qazanan Sebastian Fettelinin nailiyyətini əhəmiyyətli dərəcədə üstələyəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 14 Sentyabr 2026 22:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















