Icma.az
close
up
RU
19 yaşlı oğlan “səninlə məzələnirdim, əslində siqaretim var” deyən şəxsi bıçaqladı

19 yaşlı oğlan “səninlə məzələnirdim, əslində siqaretim var” deyən şəxsi bıçaqladı

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Quba rayonunda 2006-cı il təvəllüdlü Kənan şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Ayaza xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 17 aprel 2024-cü ildə Quba şəhəri, Meydan adlanan ərazidə yerləşən parkda baş verib. 
Kənan həmin gün saat 21 radələrində parkın içərisində əvvəllər tanımadığı Quba şəhər sakini Ayazla xoşagəlməz zarafat etməsi, mübahisənin gedişində söyüb təhqir etməsini bəhanə edib və bıçaqla onun qarın boşluğuna qəsdən bir dəfə zərbə vurub.
Hadisəni törədən Kənanın barəsində Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Kənan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Quba şəhəri, Meydan adlanan ərazidə yerləşən parkın içərisində restoranda yemək yeyib, daha sonra mağazaya getmək qərarına gəlib: “Mağazaya gedən zaman Ayazla qarşılaşdım. Əvvəllər mənim Ayazla münasibətim olmayıb, onu tanımamışam. Mən ondan siqaret istədim. Ayaz isə onda siqaret olmadığını bildirdi. Daha sonra Ayaz yenidən mənə “səninlə məzələnirdim, əslində siqaretim var” deyə bildirdim. Mən də əsəbləşərək Ayaza “mən səninlə tanışam ki, sən mənimlə məzələnirsən” deyə bildirdi”. 
Təqsirləndirən şəxs qeyd edib ki, daha sonra Ayaz ona hədə-qorxu gəlib və nalayiq ifadələr işlədib: “Mən Ayazın məni təhqir etməsinə dözə bilmədim və özümü Ayazdan müdafiə etmək məqsədi ilə üzərimdə olan bıçaqla Ayazın qarın nahiyəsinə 1 ədəd bıçaq zərbəsi yetirdim. Daha sonra Ayaz mənə yumruq atdı. Mən yenidən özümü müdafiə məqsədi ilə Ayazın qolunun altına və baş nahiyəsinə, mənə təpik atan zaman isə ayaq nahiyyəsinə xəsarət yetirdim. Zərbələrdən sonra bizim hər ikimiz yerə yıxıldıq. Bir müddət sonra ayağa qalxaraq evə getdim. Daha sonra könüllü şəkildə polisə təslim oldum”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, o, yaxınlaşan zaman Ayazgil 3-4 nəfər olublar: “Ayazın yanında olan şəxsləri tanıyırdım. Amma onlarla münasibətim olmayıb. mən birinci Ayazdan siqaret istəmişəm və Ayaz onda siqaret olmadığını bildirdikdən sonra Orxandan siqaret istədim. Hadisə gününə kimi Ayazla heç bir münasibətim olmayıb. Ayaz ünvanıma nalayiq söyüşlər söydü. Hadisə zamanı biz Ayazın yanındakı şəxslərdən bir az aralaşdıq. Parkda əlavə başqa şəxslər olmayıb. Hadisə vaxtı bıçaq mənim üzərimdə olub. Mən restoranda işlədiyim  üçün nəyisə doğramaq məqsədi ilə üzərimdə bıçaq gəzdirmişəm. İbtidai istintaq zamanı cinayət törətdiyim bıçağı təqdim etmişəm. Mən  birinci Ayazın qarın nahiyəsindən bıçaq zərbəsi vurmuşam. Mən zərərçəkmiş şəxslə barışmışam. Mən 9-cu sinfə kimi məktəbə getmişəm. Daha sonra ofisiant kimi işləməyə başlamışam”. 
Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Kənan 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:67
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Aprel 2025 18:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see213

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see212

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see191

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see174

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see172

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see167

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see166

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see166

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see163

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see159

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see155

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see148

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see144

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see144

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see140

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see138

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see138

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri